1985-ci ilin Milad bayramı ilə yeni il günü arası idi. Hamımız Berluskoninin əvvəllər İran şahı Rza Pəhləvinin mülkü olmuş Sent Moritzdəki evində idik. Berluskoni Milan klubunu almaq qərarını da məhz bu evdə verdi. Bu fikrə qarşı idim, çünki futbol klubunu almağın nə qədər xərc tələb etdiyini bilirdim. Ona görə də fikrin əla olduğunu, di gəl ki, Berluskoniyə baha başa gələcəyini dedim. Silvio mənə cavab vermədi. Sent Moritzdən çıxdıq. Milana getdiyimiz şəxsi, balaca təyyarəmizdə də yolboyu sakit oturdu. Üçümüz idik - O, uşaqlıq dostu Konfalonieri və mən. 40-50 dəqiqəlik uçuş ərzində səssiz-səmirsiz oturmuşdu. Berluskoni axırda Milanda "Linate" hava limanına enəndə qəfildən danışmağa başladı. Silvio Sent Moritzdən gəldiyimiz bütün yolu mənim bu sövdələşmə zamanı ehtiyatlı olmasının vacibliyi barədə etdiyim xəbərdarlıq və uşaqlıq dostu, çılğın "Milan" azarkeşi, bu məqamda sövdələşmə tərəfdarı olan Fedele Konfalonerinin entuziazmı haqda düşünübmüş. Təyyarədən enib beton yola çıxanda Berluskoni öz qərarını bizə bu cür elan etdi: "Gedək, "Milan"ı alaq!"
Adriano Qalliani'nin "Milan"la bağlı xatirələrindən...