Найти тему
Fuad Sherifov

"Allah, cənnətə qayıt" – "Real" azarkeşlərinin sevimli futbolçusu "Milan"da

Fernando Redondo çox əsəbi görünür, sanki əvvəlcədən yazılmış senari üzrə hərəkət edir. Onun üçün heyrətamiz ola biləcək illər haqqında məyusluq, təssüf və kədər içində danışır.

"Real” və "Milan” arasında əldə olunmuş razılığa əsasən, Redondo 11 milyon funt sterlinq müqabilində "rossonerilər”lə müqavilə imzaladı. Bu, "Santyaqo Bernabeu”nu tərk etməyi ağlından keçirməyən dayaq yarımmüdafiəçisini, sözün əsl mənasında, təəccübləndirmişdi. "Madridlilər"in yeni prezidenti Florentino Peres argentinalının razılığını belə almamışdı.

Redondo açıqlaması ilə hamını təəccübləndirmişdi: "Onu bilirəm ki, bu transfer barədə qəzetdən xəbər tutmuşam. Çərşənbə günü axşama kimi "Real”dan heç kəs mənimlə əlaqə saxlamayıb”.

Bir neçə gün əvvəl o, öz yaxınlarına, ətrafındakı hamıya "Real”ı tərk etməyi planlaşdırmadığını demişdi. "Tenerife”nin sabiq futbolçusu təzəlikcə komandasının Çempionlar Liqasını qazanmasında böyük rol oynamışdı. Redondo azarkeşləri, azarkeşlər isə onu sevirdi... Dəfələrlə nümayişkaranə şəkildə komandadan getmək variantını təkzib etmişdi.

Redondo: "Real” mənim komandadan getmək istədiyimi açıqlamaqla azarkeşlərin inamını zədələdi. Bunun şahidi olmaq çox ağır idi. Bu, həqiqət deyildi və istəmirəm ki, dediklərim tərəddüdə səbəb olsun. Belə hərəkətlər yalnız bir məqsədə xidmət edirdi: adımı və imicimi ləkələmək”.

Qarşısıalınmaz və eleqant yarımmüdafiəçi üç il ərzində komandasının iki dəfə Çempionlar Liqasını qazanmasına yardımçı olmuşdu. Bu uğurlar sayəsində UEFA onu klublar səviyyəsində "ilin ən yaxşı futbolçusu” seçdi.

Keçid İspaniyada səs-küyə səbəb oldu. Azarkeşlərin kütləvi etiraz aksiyaları ilə diqqət çəkirdi, "Santyaqo Bernabeu”nun divarları təhqiramiz ifadələrə "şahidlik edirdi"... Futbolçunun şəxsi keyfiyyətləri heç vaxt Madriddə şübhə doğurmurdu, onun "Milan"a keçidi sadəcə siyasi motiv daşıyırdı. Belə ki, Redondo "Real”ın prezidentini müəyyənləşdirmək üçün keçirilən seçkilərdə açıq şəkildə Peresi yox, Lorentso Sansı dəstəkləyirdi. Sans düşünürdü ki, 1998 və 2000-ci illərdə qazanılan ÇL zəfərləri onun postunu toxunulmaz edəcək, amma səhvə yol vermişdi.

Florentino Peres Sans dönəmində rəhbərliyin yaratmaz fəaliyyətindən bəhs edir, klubun maliyyə sıxıntılarını qabardır, həmçinin komandaya "yeni siyasi” xətt gətirəcəyinə dair vədlər verirdi. O, "qalaktikos” epoxasının yaradılacağını və hər il minimum bir ulduz futbolçunun transfer ediləcəyini deyirdi. Onun əlindəki ilk "kozır” isə Luiş Fiqu idi, hansı ki, Peres məhz portuqaliyalının adını ön plana çıxararaq seçki kampaniyasına başlamışdı. Yeni prezident bütün Avropanı təccübləndirmişdi. Belə ki, yeni postuna təyinatından bir neçə gün sonra rekord məbləğə - 60 milyon avroya Luiş Fiqunun transferini reallaşdırmışdı. 

Redondo 1997/98 mövsümündəki qələbədən sonra ikinci dəfə Çempionlar Liqasını qazandı, hansı ki, bu, "Real”ın 1966-cı ildən sonra bu turnirdə ilk qələbəsi idi. ÇL-də iştirak Redondonun vizit vərəqəsi idi. O, "Old Trafford”da həmin gecə (19 may 2000 ci il) özündən söz etdirməyi bacarmışdı.

Redondo Henninq Berqi çaşdırmaqla, dabanı ilə onun ayaqları arasından Raula əlçatmaz qol ötürməsi etdi. Oyundan sonra İvan Kampo zarafatla, "Əgər o, bunu mənimlə etsəydi, dayanmadan Buenos-Ayresə qaçardım” demişdi. Ser Aleks Ferqyuson isə argentinalının butsilərinin maqnitdən olub-olmaması barədə sual vermişdi. Həmin oyunda bir insan bir çox ulduzdan şounu oğurlamışdı. Qonaqların 6 nömrəsi meydanda diqtə edən tərəf idi, Roy Kinə müqavimət göstərməyə imkan yaratmırdı. O, oyunun gedişatını əlində saxlayır və tempə nəzarət edirdi.

Bütün baş verən hadisələri bir kənara qoyub, onu xüsusi vurğulamaq lazımdır ki, "Milan” dünyanın ən istedadlı futbolçularından birini transfer etmişdi. Hansı ki, Adriano Qalliani onun transferini reallaşdırmağı çoxdan arzulayırdı. Redondo meydanı görməyi və texnikası ilə həm hücum, həm də müdafiə planında uğurlu idi. O, müdafiəyönlü oyun planında əsl dayaq yarımmüdafiəçisi ampluasında idi. 

Fabio Kapello Redondonu "texniki cəhətdən inanılmaz” adlandırmışdı, amma Pirineydə ona braziliyalıya qarşı nümayiş etdirdiyi aqressiya və kobudluqlara görə "Rivaldonun kabusu” ləqəbini vermişdilər. 

"El Principe” üçün səhnə açıq idi: "Milan"da izini qoya bilərdi. Şəhər Avropa futbolunun zirvəsinə qayıtmaq ehtirası ilə yanırdı və bu, görünür, elə həmin məqam idi.

-2

Redondonun İtaliyaya gəlişi uğursuz alındı. Bu həmdə hadisələrin sonrakı gedişatına da təsir etdi. Belə ki, Redondo "Milanello"da məşq zamanı əzələ zədəsi aldı və bu, onun debütünü müəyyən müddətə təxirə saldı. Sonradan argentinalın ilk zədəsinin ikinci zədə ilə müqayisədə adi bir şey olduğu məlum olacaqdı. Redondo bu səfər sağ diz vətərlərinin yırtılması səbəbindən uzun müddətlik sıradan çıxdı. İlkin müayinələr futbolçunun altı ay sonra qayıda biləcəyini desə də, əməliyyat sonrası ağırlaşmalar Berluskoninin də səbr kasasının daşmasına səbəb oldu. "Rossonerilər"in sahibi "Real”ı futbolçunun zədəyə meyilli olmasını və onun sağlamlıq durumunu gizlətməkdə ittiham etsə də, sonradan bu, "madridlilər" və həkimlər tərəfindən təkzib olundu, çünki əməliyyat sonrası ağırlaşmalara səbəb zədənin özünün çox ciddi olması idi. Buna baxmayaraq, Berluskoninin hirsi soyumur və o, qarşıda bu cür problemlərlə qarşılaşmamaq məqsədilə 2002-ci ildə "Milan Lab”ı təsis edir. Zədə səbəbindən Redondo iki il yarım meydanlardan kənar qalmalı idi. Bu zədədən sonra onun nə karyerası, nə də dizi tam olaraq bərpa oluna bildi.

Uğursuzluqlar sözügedən periodda da ondan əl çəkmir və ətrafındakı vəziyyət əlavə təzyiqləri bərabərində gətirirdi. Bərpa müddəti və nə vaxt meydana qayıdacağı ilə bağlı suallar onda kluba artıq yük olması ilə bağlı fikir formalaşdırmışdı. Nəticədə Redondo özündə güc tapıb, "Milan"a gəldiyi gündən ona verilən ev, avtomobil və bərpa müddətində klubdan alacağı məvacibdən imtina edir. Klub isə onun bu qərarını qəbul etmir. Qalliani futbolçunun xarakterinə lazımi qiyməti verir: "Mən karyeram boyu bu cür hadisə ilə heç vaxt rastlaşmamışam. Redondo - heyrətamiz insandır”.

Nəhayət, 2002-ci ilin dekabrında İtaliya kuboku çərçivəsində "Ankona”ya qarşı oyununda futbolçu "Milan”da debüt edir və bu, futbolçunun A Seriyasında ilk oyunundan bir neçə gün əvvələ təsadüf edirdi. Tam dolmuş "San Siro” onun "Roma"ya qarşı oyuna Şevçenkonu əvəz edib, meydana daxil olmasını sinxron şəkildə, ayaqüstə alqışlarla izləyirdi. Bu, onun üçün son alqışlar deyildi. Qarşıda "Milan”ın Madriddə "Real”la oyunu var idi. "Rossonerilər” artıq növbəti mərhələyə vəsiqəni təmin etdiklərindən, səfərdəki oyun vacib xarakter daşımırdı. Həmin gün baş məşqçi Karlo Ançelotti Redondonu, ayrı düşdüyü yerli publikaya "hədiyyə etdi". Oyundan əvvəl, isinmə hərəkətləri zamanı futbolçunun adı stadionda səslənsə də, bu, həmin gecə sonuncu belə hal deyildi. Belə ki, 79-cu dəqiqədə Redondo Andrea Pirlo ilə əvəzlənəndə stadion buna inanılmaz reaksiya göstərdi. Azarkeşlər stadionda, üzərində "Allah, cənnətə qayıt” yazılmış banner açılmışdı.

-3

Özününü üçüncü Çempionlar liqası trofeyini Redondo "Milan”da, karyerasının ən yadda qalan finalını keçirdiyi "Old Trafford”da "Yuventusa” qarşı oyunda qazandı. Həmin mövsümdən sonra ona daha bir il müqavilə təklif olundu. Argentinalı çox az meydanda olduğu mövsümdə "Milan”la 17-ci Skudettonu qazandı. 

"Milan” azarkeşləri onun inanılmaz sol ayağından və "qırmızı-qara" forma ilə çıxdığı cəmi 33 oyundan həzz aldılar. "Breşiya"ya qarşı oyunun son otuz dəqiqəsini unutmaq fikrim yoxdu. Mövsümün son oyunu həm də futbol tarixinin ən yaxşı futbolçularından biri üçün də vida matçı idi. İtaliyada keçirdiyi illər Redondo üçün təəssüf və suallarla yadda qaldı: "Əgər belə olmasaydı...? Amma bu illər ərzində "Prins” həm də azarkeşlərin qəlblərini oğurlamağı bacardı. Müasir dövrdə buna çox az rast gəlmək mümkündür. O, əbədi olaraq "Milan” azarkeşlərinin yaddaşlarında qalacaq - həm meydanda, həm də ondan kənarda.

Zədələr və məhdud oyun vaxtı ciddi argentinalının, gələcəyin hüquq tələbəsinin ən yaxşı keyfiyyətlərini "San Siro”dan məhrum etdi. Onun karyerası inanılmaz yüksəlişlər və sürətli enişlərlə yadda qaldı. Güclü, təbiətin bəxş etdiyi istedada sahib və intellektual ikinci Fernando Redondo dünyaya gələcəkmi? Bilmirəm, hələlik belə bir işartı yoxdu...

Tərcümə: Fuad Şərifov