Fəth Əli Xanın II İrakli ilə Münasibətləri: Xanın Müəmmalı Vəfatına İkitərəfli Baxış
Birinci Hissə: II İrakli tərəfindən təşkil oluna biləcək sui-qəsd ehtimallarına baxış 🤝🏴 Fəth Əli xan 1789-cu ilin yanvarında Gəncə xanlığında, Şəmkir çayının sol sahilində yerləşən Şəmkir qalasının yaxınlığında Kartli-Kaxeti çarı II İrakli ilə görüşdü. Cavad xan da bu məclisdə iştirak edirdi, hansı ki görüşdən az əvvəl Quba xanına Gəncə qalasının açarlarını təqdim etmiş və Xana itaət etdiyini bildirmişdi. Görüşdə qərara alındı ki, II İrakli Cənubi Qafqaza, Fəth Əli xan isə İran Azərbaycanına nəzarəti təmin etsin...