"Quba Xanlığı" Telegram kanalı Bakıda, xalça muzeyində sərgilənən Quba qrupuna aid olan bir xalçadan sizlər üçün bəhs edir. Xalçada, "Tövrat"dan götürülmüş bir hekayənin, təsvir olunduğu səhnə var. Dini süjet İbrahim peyğəmbər, onun oğlu İshaq və gəlini Rebekkaya (Rəfəqə) həsr olunub. Belə ki, İbrahim əleyhissalam, Eleazar adlı nökərini vətəni Mesopotamiyaya, Hərran şəhərinə öz qohumlarının yanına oğlu İshaq üçün həyat yoldaşı seçməyə göndərir. Eleazar bu məqsədlə hədiyyələrlə dolu bir karvanla yola düşür. Səhərə yaxın bir vaxtda Eleazar dua edərək deyir: “Ey Allahım, mənə İbrahimə layiq bir gəlin, İshaqa isə uyğun bir həyat yoldaşı seçməkdə yardım et.” Səhər tezdən bir quyunun başına çatan Eleazar orada su götürmək üçün gələn qızlara yaxınlaşır və onlardan su istəyir. Bu zaman qızlardan biri ona belə cavab verir: “Mən sizə də, dəvələrinizə də su verərəm.” Eleazar qızdan kim olduğunu soruşduqda, onun Vafuilin qızı Rebekka olduğunu öyrənir. Daha sonra Eleazar Rebekkaya atasının yanına