"Quba Xanlığı" komandası Azərbaycan Milli Xalça Muzeyində açılmış “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisini ziyarət edib (may 2025, Bakı).
Səfəvi dövründə xalçaçılıq sənətinin çiçəklənməsi, Quba, Qarabağ, Bakı və Şirvan kimi toxuculuq mərkəzlərində nəfis xalça istehsalının genişlənməsi Azərbaycan sənət tarixinin ən parlaq səhifələrindən biridir.
"Quba Xanlığı" Telegram kanalı olaraq, Azərbaycan Milli Xalça Muzeyində sərgilənən 4–5 əsr yaşı olan Quba xalçalarını sizə təqdim edirik.
Bu qiymətli irsin qorunması və nümayişinə görə təşkilatçılara, eləcə də kolleksiya sahibi Əmir Oskoueiyə dərin təşəkkürümüzü bildiririk.