J.P.Morgan: Apple iPhone 17-nin qiymətini qaldırmayacaq Ən böyük investisiya bankının analitiklərinin fikrincə, alma nəhəngi Trampın tariflərinə baxmayaraq, hələ də keçən ilki qiymətləri dəyişməz qoyacaq. Eyni zamanda, şirkət iPhone 17 Pro-nun 128 GB-lıq versiyasını yığışdıracaq və bu səbəbdən smartfonun başlanğıc qiyməti 256 GB-lıq iPhone 16 Pro ilə eyni olacaq. Yeni xəttin qiymətləri belə olacaq: • iPhone 17 - 128 GB üçün 800 dollar, • iPhone 17 Air - 128 GB üçün 950 dollar, • iPhone 17 Pro - 256 GB üçün 1100 dollar, • iPhone 17 Pro Max - 256 GB üçün 1200 dollar. #iphone17 #iphone17air #iphine17pro #iphone17promax