Найти в Дзене
Quba Xanlığı

Tuti Bikə xanımın əsl adı nə idi?

Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə aparılan tədqiqatlar çərçivəsində, Tuti Bikə xanım ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ictimaiyyətə təqdim edilir. Araşdırmalar göstərir ki, “Tuti Bikə” xanımın əsl adı Ümmü Gülsüm olmuşdur. “Tuti Bikə” ifadəsi isə onun şəxsi təxəllüsü kimi formalaşmışdır. Eyni zamanda bəzi mənbələrdə o, “Ümxani Bikə” (yəni “xan anası”) adlandırılmışdır. Təxəllüsünün mənasına gəldikdə, “Tuti” — fars mənşəli bir söz olub, “bülbül”, daha geniş anlamda isə “şirin sözlü, məlahətli danışan qadın” mənasını verir. “Bikə” isə türkcə “bəy xanımı” və ya “zadəgan qadın” anlamına malikdir. Bu iki söz birləşdikdə “Tuti Bikə” təxəllüsü “şirindilli xanım”, yaxud “şirin danışığı ilə (şirindilli) tanınan bəy (xan) xanımı” kimi tərcümə olunur. Telegram-da bu yazının daha geniş versiyası mövcuddur. 1. https://t.me/QubaKhanate/618 2. “Tuti Bikə Məqbərəsi”ndə dəfn olunan şəxslərlə bağlı: https://t.me/QubaKhanate/619 ⚡️ Fəth Əli xan Gavduşan döyüşündə məğlub
Оглавление

Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə aparılan tədqiqatlar çərçivəsində, Tuti Bikə xanım ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ictimaiyyətə təqdim edilir.

Tuti Bikə kimdir?

Araşdırmalar göstərir ki, “Tuti Bikə” xanımın əsl adı Ümmü Gülsüm olmuşdur. “Tuti Bikə” ifadəsi isə onun şəxsi təxəllüsü kimi formalaşmışdır. Eyni zamanda bəzi mənbələrdə o, “Ümxani Bikə” (yəni “xan anası”) adlandırılmışdır.

Təxəllüsünün mənasına gəldikdə, “Tuti” — fars mənşəli bir söz olub, “bülbül”, daha geniş anlamda isə “şirin sözlü, məlahətli danışan qadın” mənasını verir. “Bikə” isə türkcə “bəy xanımı” və ya “zadəgan qadın” anlamına malikdir. Bu iki söz birləşdikdə “Tuti Bikə” təxəllüsü “şirindilli xanım”, yaxud “şirin danışığı ilə (şirindilli) tanınan bəy (xan) xanımı” kimi tərcümə olunur.

Telegram-da bu yazının daha geniş versiyası mövcuddur.

1. https://t.me/QubaKhanate/618

2. “Tuti Bikə Məqbərəsi”ndə dəfn olunan şəxslərlə bağlı: https://t.me/QubaKhanate/619

👑⚔️ Tuti Bikə: Dərbəndin Dəmir Ledisi

⚡️ Fəth Əli xan Gavduşan döyüşündə məğlub olduqdan sonra xanlığın ərazisinin böyük hissəsini itirdi. Əmir Həmzə ərinin yoxluğunda Tuti Bikənin idarə etdiyi Dərbəndi hiyləgərliklə ələ keçirməyə cəhd etdi. Əmir Həmzə şəhərə yaxınlaşıb bacısına xəbər verdi ki, Fəth Əli xan döyüşdə həlak olub və onun cənazəsini Dərbəndə gətirib. Lakin, Tuti Bikə qardaşının planlarını pozdu, şəhər divarlarına çıxdı və qoşunlarına vuruşmağı və atəş açmağı əmr etdi. Qala divarlarından döyüşə Tuti Bikə özü rəhbərlik edirdi. Bir müddət sonra Əmir Həmzəni Müşkürə çəkilməyə məcbur etdi. Dərbənd tarixinin tədqiqatçısı Kozubski və Hacınski yazırdı: “Fəth Əli xanın mərd arvadı Tuti Bikə ... kişi möhkəmliyi ilə şəhəri qardaşına qarşı müdafiə etdi, o, qalanın üzərində sanki bir aslan kimi idi, hər şeyə rəhbərlik edir və əmrləri özü verirdi". Bakıxanov yazır ki, "qardaşının hiyləgər təklifini nifrətlə rədd etdi və kişi paltarı geyinərək şəhərin divarlarında hər yerdə peyda olurdu ... onun qorxmazlığı Dərbənd müdafiəçilərini və sakinlərini ruhlandırırdı". Berezin qeyd edirdi ki, “Tuti Bikə şəhəri Dərbəndi əri üçün xilas etdi, o, dilbər, ağıllı və cəsur hökmdar idi”.

⚡️ O, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. Dərbəndin müdafiəsini təsvir edən bizə məlum olan bütün müəlliflər yekdilliklə vəzifəyə sədaqəti qardaşına qarşı ailə hisslərindən üstün olan Tuti Bikənin igidliyindən, məsuliyyətindən, şücaətindən, liderlik məharətindən bəhs edirlər. Tuti Bikə 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə (https://t.me/QubaKhanate/18) dəfn olunmuşdur.

📌 Maraqlı fakt: AMEA Dilçilik İnstitutu gənc alimlərin yetişdirilməsində, vətən və xalq qarşısında əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə bir neçə elm xadimini, “Tuti Bikə” adına mükafatla təltif edib.

#TutiBikə | Bot (https://t.me/QubaKhanateBot) | Dzen (https://dzen.ru/qubakhanate) | Telegram (https://t.me/QubaKhanate) | @QubaKhanate