Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aq