Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]
İki medal və «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub.
Qrupun şəhid olmus kəsfiyyatcilarindan :
5.
AQŞİN ƏLİ OĞLU HƏSƏNOV
1977-ci il yanvarın 27-də Bərdə rayonunun Piyadalar kəndində anadan olub. 1983-cü ildə Qabil Bayramov adına 8 illik məktəbə gedən Aqşin, 1991-ci ildə məktəbi bitirdikdən sonra həmin il 105 saylı Bərdə peşə məktəbinə daxil olub. 1994-cü ildə bu məktəbi traktorçu ixtisasına yiyələnərək bitirib. 1995-ci ildə hərbi xidmətə çağırılıb.
Ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni və «Vətən Naminə» medalı ilə təltif olunub.
https://az.wikipedia.org/wiki/Xocav%C9%99nd_%C9%99m%C9%99liyyat%C4%B1_(1997)
ƏBƏDI YASAYANLAR KITABI(JALƏ CƏFƏROVA)