Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]
Qrupun şəhid olmus kəsfiyyatcilarindan :
2.
VÜQAR RZAXAN OĞLU YARƏHMƏDOV
4 avqust 1974-cü ildə Bakıda anadan olub. Dörd yaşında ailəsi ilə birlikdə Türkmənistan SSRİ-in Çeleken şəhərinə köçüb. 1981-ci ildə Çeleken şəhərindəki 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib.
1988-ci ildə ailəsi ilə Bakıya qayıtdıqdan sonra 59 nömrəli məktəbin 9-cu sinfində təhsil alıb. 1991-ci ildə həmin məktəbi bitirib. 1992–1996-cı illərdə
Ryazan Ali Hava-Desant Komandirləri məktəbində oxuyub. 1996cı ildə də həmin məktəbi bitirib leytenant rütbəsi alıb. 1996-cı ilin avqustundan Azərbaycan ordusunun N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb.
Xüsusi əhəmiyyətli dövlət tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olan Vüqar Yarəhmədov ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni və «Vətən Naminə» medalı ilə təltif olunub.
29 oktyabr 1996-cı ildə ailə quran qəhrəmanın 5 noyabr 1997-ci ildə dünyaya gələn oğluna atasının adı qoyulub.
https://az.wikipedia.org/wiki/Xocav%C9%99nd_%C9%99m%C9%99liyyat%C4%B1_(1997)
ƏBƏDI YASAYANLAR KITABI(JALƏ CƏFƏROVA)