Найти тему
Vətən sağ olsun!

ELXAN ATAXAN OĞLU AĞAYEV

Оглавление

Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.

Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]

Qrupun şəhid olmus kəsfiyyatcilarindan :

1.

ELXAN ATAXAN OĞLU AĞAYEV

1973-cü il iyunun 27-də Bakı şəhərində anadan olub.

1980-ci ildə 10 saylı məktəbə gedən Elxan 8-ci sinfi bitirdikdən sonra 88 saylı peşə məktəbində oxuyub. Peşə məktəbinin dərzilik kursunu 1991-ci ildə bitirib. İdman ustası kimi qara kəmərə layiq görülüb.

1992-ci ildə hərbi xidmətə gedib. Qəhrəman döyüşçü ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni «Vətən Naminə» medalı ilə təltif olunub.

https://az.wikipedia.org/wiki/Xocav%C9%99nd_%C9%99m%C9%99liyyat%C4%B1_(1997)

ƏBƏDI YASAYANLAR KITABI(JALƏ CƏFƏROVA)