Найти тему
Azer Hasanli

PEYĞƏMBƏR MİŞEL NOSTRADAMUS FƏLƏSTİN-İSRAİL MÜHARİBƏSİNİN GEDİŞATI VƏ NƏTİCƏLƏRİ HAQQINDA

XVI əsrin möhtəşəm görücüsü olmuş Mişel Nostradamusun kəhanətlərinin deşifrələnmələri külli sayda yazılmış kitablarda təqdim edilmişdir. Lakin bu kitabların heç birinə inanmaq olmaz. Nəyə görə? Çünki bu kitabların müəllifləri Nostradamusun kəhanətlərinə dair deşifrə açarını bilmirlər. İddia edə bilərəm ki, Nostradamusun həmən deşifrələnmə kodu mən tərəfdən kəşv edilimişdir. Odur ki, müdafiə olunan Fələstinlə həmlə edən İsrail arasında baş verən indiki müharibəyə dair Nostradamusun kəhanətləri üzrə təklif etdiyim deşifrlənmə yenidir və orijinal xislətlidir. Lakin Nostradamusun gələcəyə dair, məncə, bizim Yer səyyarəmizin informasiya sahəsindən və həmçinin yadplanetlilərdən əldə edilən informasiyaların məzmununun açılması üçün təkçə deşifrə açarının bilməsi yetərli deyil. Nostradamusun kəhanətlərinin dolğun tərzdə deşifrələnməsi üçün tədqiqatçı böyük əmək sərf etməlidir, və onun tarix, iqtisadiyyat, coğrafiya, etnoqrafiya, xalqların mədəniyyətləri və həyatın digər sahələri üzrə biliklərə malik olması tələb olunur. Bununla yanaşı, tədqiqatçının müvafiq informasiyaların axtarıb tapılması qabiliyyəti xüsusi önəm daşıyır.

Ümumiyyətlə, Nostradamusun kəhanətlərini deşifrə etməsi çox yorucu, zəkalı və həcmli işdir ki, ondan səmərəli nəticələrin əldə edilməsi üçün məxsusi iş şəraitin olması tələb olunur. Həmən şəraitin məndə olmaması ucbatından kəhanətlərin deşifrə işini hələlik saxladım sonraya, yəni, Azərbaycanda demokratik quruluşun ehya edilməsi dövrünə. Odur ki, indiki Fələstin-İsrail müharibəsinə dair əsas bilgilərin əldə edilməsini mən Nostradamusun bütün senturiaların materialı üzrə deyil, ancaq onun Fransa kralı II Henrixə yazdığı məktubundakı kəhanətlərin deşifrəsi üzərində qurmuşam. Onu da demək lazımdır ki, bir sıra tədqiqatçıların rəyinə görə, Nostradamusun bu məktubunda olan kəhanətləri məxsusi, aparıcı əhəmiyyət daşıyır.

Nostradamusun kəhanətlərinin araşdırılması ilə məşhurlaşan ingilis tədqiqatçısı John Hogue-nin urus dilinə tərcümə edilmiş «Нострадамус: Полное собрание пророчеств / Джон Хоуг. – Пер. с англ. И Гаврилова. – М.: ФАИР-ПРЕСС, 2004. – 864 с.» kitabında olan Nostradamusun krala məktubunun mətni əsasında kəhanətlərin deşifrələnməsini aşağıdakı tədqiqatımda təqdim edirəm. Nostradamusun epistola qaydasında yazılmış bu məktubun mətnini John Hogue ayrı-ayrı xırda “Ep” adlı qisimlərə bölərək onları nömrələmişdir.

Nostradamusun bu məktubunun Fələstin-İsrail müharibəsinə aid olan hissəni mən Ep 122 ilə Ep 134 arasında müəyyənləşdirirəm. Onu da bildirim ki, məktubun bu hissəsində olan kəhanətlər üzrə John Hogue tərəfindən verilmiş təfsirlər onun təxəyyülünə və coşğun fantaziyasına əsaslansalarda, lakin adətən bu təfsirlərin gerçəkliklə heç bir əlaqəsi yoxdur.

NOSTRADAMUSUN KƏHANƏTLƏRİ ÜZRƏ MÜHARİBƏNİN BAŞ VERƏCƏYİ ƏRAZİ BÖLGƏSİNİ MÜƏYYƏN EDƏK

Ep 122 Yeni basqın dəniz sahillərindən baş verəcək, o məqsədlə ki,

Sierra Morena birinci müsəlman əsirlikdən qaytarıla bisin.

Hadisələr meydanını Sierra Morena kimi təqdim etməklə John Hogue Nostradamusun verdiyi bu epistolanın mətnini təhrif edir. Nostradamusa aid olan mətnində “Sierra Morena” deyil, “Sault Castulum” haqqında yazılır. Fransız dilində “Castulum” sözünün mənası “Qala, Saray” deməkdir.

Vikipediyadan əldə etdiyim məlumata görə, Sierra Morena isə İspaniyanın güneyində olan Meseta yaylasının güneyində yerləşmiş silsilə dağların adıdır. Yəni, tədqiqatçı John Hogue hadisələrin baş verəcəyi meydanı qismində İspaniyanı görür. Bu onun yanlış rəyidir.

“Sault” sözünün tərcüməsi “duz”-dur. “Castulum” isə fransız dilində “Qəsr, qala, saray” mənasındadır. Beləliklə, “Sault Castulum” mənaca “Duz qalası” deməkdir. Niyə Nostradamus burada “duz” kəlməsini işlədir? Məsələ ondadır ki, birincisi, bu qala duzlu dənizin sahilində, yəni, Aralıq dənizinin (türkcə daha düzgün və ilkin tarixi adı – “Ağ dənizi”) sahilində yerləşir, ikincisi, dünya tarixində ancaq Qəzzada Ağ dənizinin sahilyanı hissəsinin dibi altında Ağ dənizə davam edən tunellər qazılmışdır. Həmən torpaqaltı tunellərlə fələstinlilərin üzgücülərdən ibarət xüsusi döyüş dəstələri dənizə çıxaraq İsrailə dəniz tərəfindən həmlələr edirlər. Beləliklə, “Sault Castulum” - “Duz qalası” indiki Qəzza şəhərinin altında və onun sahilyanı dəniz hissəsində qazılmış tunellərdən ibarət olan və döyüş üçün hazırlanmış tunellər şəbəkəsini bildirir.

Bundan başqa, epistolanın aşağıdakı qisimlərindən aydın olur ki, Nostradamus İspaniyadan deyil, Yaxın Şərqin Aralıq dənizinin sahilindən, daha doğrusu, tarixi Fələstinin yerləşdiyi qədim Xanaan bölgəsindən bəhs edilir.

Bu torpaqlara Misirdən miladdan öncə 11-ci əsrdə gəlmiş yəhudilərlə müqayisədə indiki fələstinlilərin əcdadları olmuş xanaanların və filistimlilərin bu torpaqlarda miladdan öncə 2-ci miniliyində bir neçə əsr öncə yaşaması bəllidir.

Ərəblərin Xanaana VII əsrdə basqınından sonra sami dillərində danışan fələstinlilər islamı qəbul etmiş və sami dillərinə aid olan ərəb dilinə tədricən keçmişlər.

Belələiklə, Ep 122-də söz ondan gedir ki, dəniz sahilində yerləşmiş lokal bölgəyə yeni basqın baş verir. Həmən lokal bölgə qismində möhkəmləndirilimiş Qala -“Castulum” çıxış edir ki, orada müsəlmanlar yaşayır. Araşdırmam göstərir ki, hərbi cəhətdən möhkəmləndirilmiş və müsəlmanların yaşadığı sahilyanı məkan indiki Qəzza bölgəsidir, haradan ki, bugün İsrail hərbi yolla köklü, müsəlman fələstin xalqının qovulmasına çalışır.

Ep 123 Onların hücumları əbəs yerə olmayacaq, və bir vaxtlar keçmişdə

İbrahim Peyğəmbərin yaşamış yerlərə elə adamların hücumu olacaq ki,

onlar

Ep 124 həyatı sevən adamlara pərəstiş edirlər.

Göründüyü kimi, silahlı hücumlar İbrahim Peyğəmbərin keçmişdə yaşadığı məkanı istiqamətində baş verir. Bəllidir ki, İbrahim Peyğəmbərin əsli qədim Şumer dövlətinin Ur şəhərindəndir. Şumerlər Güney Azərbaycanından (indiki İran) çıxmış türk azərliləridir (“türk” istilahı da Güney Azərbaycanda yaşamış Turuk elinin adındandır). Təsadüfi deyil ki, İbrahim Peyğəmbərin atasının adı “Azər” olmuşdur. İbrahim Peyğəmbərin təbliğ etdiyi təkallahlıq məfkurəsi onun bütpərəst soydaşları tərəfindən qəbul edilməmişdir. Odur ki, İbrahim Peyğəmbər Ur Şəhərindən getməyə məcbur olmuş və öncə indiki Türkiyənin güneyində yerləşən Hərran şəhərinə köç etmişdi. Sonradan isə İbrahim Peyğəmbər Fələstinin yerləşdiyi Xanaan bölgəsində məskən salmışdı. İbrahim Peyğəmbərin dəfn olunduğu yer də Fələstinin Xevron (El-Xəlil) əyalətinin Patriarxlar mağarasıdır. Beləliklə, Ep 123-də “keçmişdə İbrahim Peyğəmbərin yaşamış yerlərə ... hücum olacaq” ifadəsi Fələstinə qarşı olacaq hücumdan bəhs edir. Hücum edəcək adamlar isə o şəxslərdir ki, “həyatı sevən adamlara pərəstiş edirlər” (Ep 124).

“Həyatı sevən adamlar” qismində John Hogue Amerika Birləşmiş Ştatların (ABŞ) amerikalılarına işarə edir ki, bu da düzgün işarədir. Lakin öz xəyalında John Hogue Amerikanın yeni müharibəsində iştirakını İbrahim Peyğəmbərin keçmişdə yaşadığı Xanaana qarşı deyil, tamamılə başqa yerdə, yəni, İran (Fars) körfəzində yerləşən bölgəsinə qarşı olacağını zənn etməklə yanlışlığa yol verir.

Fələstinin ayrılmaz hissəsi olan Qəzza bölqəsinə İsrail ordusunun ölümcül həmlələrin baş verməsində İsrail yəhudiləri əsas ümidlərini ABŞ-nın bu müharibədə iştirak etməsinə bel bağlayırlar. ABŞ-nın hərbi və digər dəstəyi olmasaydı, sionistlər bu müharibənin başlanmasına cəsarət etməzdilər.

Göründüyü kimi, göstərilmiş Ep 123 və Ep 124 epistoların məzmunu İsrailin Qəzzaya qarşı indi başladığı müharibənin əsas xüsusiyyətləri ilə eynidir. Yəni, Nostradamusun kəhanətlərində müdafiə olunan Qəzza ilə hücum edən İsrail arasında baş verən müharibədən bəhs edilir. İsrail tərəfindən bu müharibə çoxdan planlaşdırılımışdır, və İsrail öz fitnəkarlıqlarla Qəzzanı bu müharibəyə fəal surətdə sövq etmişdir.

BU MÜHARİBƏDƏ BAŞ VERƏCƏK ƏSAS HADİSƏLƏRİN TƏQDİMATINA KEÇƏK

Ep 125 Aaxen şəhəri də mühasirəyə alınacaq və hərbi qüvvələrin

ən qüdrətlisi ona hər tərəfdən hücum edəcək.

Düşünürəm ki, Aaxen şəhərinin adını yazmaqla Nostradamus əslində Qüds (Yerusəlim) şəhərini maskalandırılmış qaydada təqdim etmişdir. Bu təxminimin izahatına keçək. Məsələ ondadır ki, yəhudi kökənli Nostradamusun kəhanətlərini 16-cı əsrdə yazdığı zaman yaşadığı Fransada yəhudi qırgınları baş verirdi. Həmçinin katolik inkvizisiyası Nostradamusun kəhanətlərinə şübhə ilə yanaşaraq, qıcıqlanırdı ki, bu da Nostradamus üçün təhlükəli idi. Odur ki, Nostradamus öz kəhanətlərində ehtiyatla davranamağa məcbur idi ki, bunun sayəsində inkvizisiya məhkəməsindən yayına bilsin. İsa peyğəmbərin çarmıxa çəkildiyi Yerusəlim şəhərinin adını öz kəhanətlərində çəkilməsi Nostradamus üçün təhlükəli idi, çünki katolik inkvizisiyanı qıcıqlandıra bilərdi. Odur ki, Ep 125 kəhanətində alman Aaxen şəhərinin adını yazmaqla, Nostradamus indiki Qüdslə əlaqədar Fələstin-İsrail müharibəsində baş verəcək hadisələr haqqında informasiyaları məcazi qaydada təqdim etməyə məcbur olmuşdur.

Bəs nəyə görə fikrini bu cür maskalanması üçün Nostradamus məhz Aaaxen şəhərinin adından istifadə etmişdir? Məsələ ondadır ki, Böyük Karl kralın (768-814-cü illərdə frank kralı) sərəncamı ilə İsa peyğəmbərə məxsus olan əşyalar Qüdsdən gətirilərək həmən Aaxen şəhərində saxlanılırlar.

Böyük Karlın imperiyasının paytaxtı Aaxen şəhəri seçilmişdir. Güdsdən gətirilmiş və xaçpərəstlik üçün mühüm olan müqəddəs əşyaları – Mübarək Məryəmın libası; körpə İsa Məsihin uşaq bezləri; çarmıxdakı əzablar zamanı İsa Məsihin bədənində olmuş qanlı sarğı kimi əşyaların Aaaxen şəhərində saxlanılması üçün Böyük Karl orada əzəmətli məbəd tikdirmişdir. Həmən məbəddə xaçpərəstlər üçün önəmli olan digər müqəddəs əşyalar da yığılmışdır. Buna görə də Aaxen şəhəri dünya xaçpərəstləri üçün kütləvi ziyarət yerinə çevrilmişdir. Beləliklə, Ep 125 kəhanətində Aaxen şəhərinin adının çəkilməsi inkvizisiya tərəfindən ola biləcək potensial ittihamlar baxımından Nostradamus üçün tam təhlükəsiz idi.

Yerusəlim şəhərinin adını məcazi təqdimatı üçün Aaxen şəhərinin adından istifadə etməsi həmçinin cəlbedici ola bilirdi ki, bu da xaçpərəstliyin törənişində İsrailin oynadığı roluna qarşı xaçpərəstlikdə olan müvafiq konsepsiya ilə bağlıdır. Belə ki, bu konsepsiya xaçpərəstliyin törənişində İsrailin rolunu kiçilməsinə yönəlmişdir. Bunun üçün də bu konsepsiyada deyilir ki, güya tanrı yəhudilərə etinasızlıq etmiş və əvəzinə yunanları yanına çağırmışdır. Buna əsaslanaraq xaçpərəst konsepsiyasında bildirilir ki, yeni İsrail qismində tanrının seçimi artıq Bizansla bağlıdır. Güya məhz buna görə də Əhdi-Cədid yunan dilində yazılmışdır. Xaçpərəst konsepsiyasına müvafiq olaraq Konstantinopolu artıq İkinci Yerusəlim adlandırmağa başlamışlar. Beləliklə, Əhdi-Cədid vasitəsilə xaçpərəstlik məfkuratı İncıllə bağlı olan yəhudi tarixinin nəzəri üstünlüyünü ortadan qaldırmış olur.

Türklərin 1453-cü ildə Konstantinopolun fəthindən və Bizans imperiyasının ləğv edilməsindən sonra Avropanın müxtəlif şəhərləri “Yeni Yerusəlim” adına iddia etməyə başlamışlar. Orta əsrlərdə Mərkəzi-Batı Avropada “Yeni Yerusəlim” adına alman şəhəri Aaxen iddia edirdi. Öz kəhanətində Yerusəlimin maskalandırılmış təqdimatı üçün Nostradamus məhz Aaxen şəhərinin bu iddiasından istifadə etmişdir. Məcazi təqdimatı üsulunu işlətməklə Nostradamus Ep 125-də Aaxen şəhərinin adını göstərməklə əslində Yerusəlim şəhərinə işarə edirdi.

Beləliklə, Ep 125-də bildirilir ki, hücum edən hərbi güvvələrin arasında ən qüdrətli olan hissəsi tərəfindən Aaxen deyil, məhz Yerusəlim şəhəri mühasirəyə alınacaqdır. Hesab edirəm ki, bu Ep 125-ci kəhanətində sionistlərə və onlara dəstək verən Batının xaçpərəst ölkələrin hərbi qüvvələrinə qarşı bölgədə döyüşən geniş ərəb-islam koalisiyaya daxil olan ordulardan bəhs edilir.

Ep 126 Onların hərbi dəniz qüvvələri batı xalq tərəfindən zəiflədiləcək.

Məncə, burada “batı xalq” qismində çıxış edənlər anqlosakslardır, yəni, ingilislər və ABŞ-nın ingilis mənşəli sakinlər. Bugün ABŞ-nın və Böyük Britaniyanın hərbi donanmalarına aid təyyarə daşıyan gəmilərin Xanaanın dəniz sahillərinin yaxınlığında mövqe tutması İsrail əlehdarlarına aid olan dəniz qüvvələrin bölgəyə daxil olmasının qarşısını alır. Nəticədə İsrailə qarşı çıxanlar dəniz tərəfindən onun üzərinə hücum edə bilmirlər.

Ep 127 Bu səltənət viran olacaq, və onun

ən iri şəhərləri sakinlərindən məhrum olacaq, onların içərisinə

daxil olanlar isə

Ep 128 Allahın qəzəbinin qisasına tuş gələrək, məhv olacaqlar

Beləliklə, Ep 127-dən aydındır ki, İsrail “səltənəti” müharibəni uduzacaq və darmadağın olacaqdır. Onun ən iri şəhərlərini isə, ilk növbədə Tel-Avivi və Qüdsü, əhali tərk edəcək.

Bununla belə, Ep 127 və Ep 128 kəhanətlərində mən qalib islam ordularına Nostradamusdan ünvanlanmış ciddi xəbərdarlığını görürəm. Belə ki, Nostradamus xəbərdarlıq edir ki, əhalisindən tam boşalmış Tel-Aviva və Qüdsə qalib ordular daxil olmasınlar, çünki onlar orada məhv ola bilərlər.

Zənnimcə, burada söhbət sionistlərin məkrliyindən gedə bilər. Yəni, ən iri şəhərlərin əhalisini təxliyyə edəndən sonra, sionistlər bir tələ qura bilərlər. Belə ki. onlar formal olaraq məğlubiyyətlərini elan edərək, qalibləri arxainləşdirərək, qalib orduların bu boşalmış şəhərlərə tam daxil olmasını görəndən sonra, dərhal onlara ölümcül zərbə endirəcəklər.

Düşünürəm ki, burada söz sionistlərin islam ordularına qarşı taktik nüvə silahı olan neytron bombaların istifadəsindən gedə bilər. “Allahın qəzəbinin qisasına tuş gələrək, məhv olacaqlar” cümləsinin mənası məhz bu silah növündən istifadəsinə işarə edir. Belə ki, dini baxışlara münasib olaraq, Tanrının məkanı səmalarda təsəvvür edilirsə, deməli düşünmək olar ki, “Allahın qəzəbinin qisası” səmadan enəcək, yəni, sionistlərin zərbəsi səmadan gələcək. “Allahın qəzəbi” qisas şəklində olduğu üçün onun qisasının gerçəkləşməsi, adətən, ölüm edamı şəklində təsəvvür edilir.

Beləliklə, Nostradamus xəbərdarlığ edir ki, əgər islam orduları boşaldılmış şəhərlərə daxil olacaqlarsa, onda islam orduların üzərinə səmadan sionistlər ölümcül zərbələri endirəcəklər. Səmadan gələcək bu zərbələrin xüsusyyəti ondan ibarət olacaq ki, islam orduları tələf olacaq, lakin boşaldılmış şəhərlərdə olan binalarına xəsarət dəyməyəcək. Nəticədə İsrail müharibədə qələbə əldə edəcək, boşaldılmış şəhərlərin yəhudi sakinləri isə zərər görməyən evlərinə qayıda biləcəklər. Bu cür məkrli planın həyata keçməsi üçün ən münasib silah növü qismində neytron bombaları çıxış edir.

Axı neytron bombaları partlayanda binaları dağıtmır, lakin bu bombalar öz neytron şüalanması ilə binalarda, küçələrdə olan insanları məhv edəcək. Odur ki, islam orduları bu boşaldılmış böyük şəhərlərə daxil olmamalıdırlar.

Məlum olanda ki, sionistlər İsrailin iri şəhərlərindən yəhudi əhalisini sürətlə və kütləvi qaydada təxliyyə edirlər, dərhal Qüdsün müsəlman əhalisinin şəhərdən təxliyyəsini təmin etmək lazım olacaq.

İslam orduları boşaldılmış şəhərlərə girmədən, onlardan yan keçərək irəli getməldirlər ki, Fələstini də, İsraili də faşist sionist ordudan azad etsinlər. Ancaq İsrailin ordusu tam darmadağın olandan sonra, onun kapitulyasiyası və tərk-silahsızlaşması təmin edəndən sonra və neytron bombalarla təjjarələrin göyə qalxmasının qarşısını almaq üçün bütün hava limanlarını ələ keçirəndən sonra islam orduları boşaldılmış şəhərlərə daxil ola bilərlər. Hərçənd daha yaxşı olardı ki, ABŞ-ın və Böyük Britaniyanın təyyarə daşıyan gəmiləri də Xanaan sahillərinə yaxın olan dəniz sularından rədd olandan sonra islam orduları Tel-Aviva və Qüdsə daxil olsunlar.

Nəhayət, diqqət yetirək buradakı “Allahın qəzəbinin qisasına” cümləsindəki “qisas” kəlməsinə. Qisas əsasən iki cür olur – xeyir qüvvələrin qisası və şər qüvvələrin qisası. Fələstin-İsrail müharibəsində haqq-ədalət Fələstin tərəfindədir. Odur ki, Fələstin xeyir qüvvəsidir. Özgənin torpağına hücum edən, fələstin xalqını Vətənindən qovan İsrail isə şər qüvvəsidir.

Göstərilən cümlədə “qisas” şər qüvvəsi İsrailə aiddir. İsrail elan etmişdir ki, fələstinlilərin Qəzzadan cari ilin 7 oktyabrda İsrailə qarşı baş vermiş sərhədyanı hücumuna cavabı qisas olacaq. Lakin bu hücumun baş verməsində çox güman ki, İsrailin xüsusi xidmətlərinin də gizli iştirakı vardır. Axı İsrail fələstinlilərin bu hücumundan xəbərdar idi. Çünki Misir onları 3 gün öncə bu hücum haqqında xəbərdar etmişdir. Birdə ki, bu hücum təfsilatları, baş verdiyi şəraiti ona işarət edir ki, fələstililərin bu hücumun belə asanlıqla baş verməsində İsrailin xüsusi xidmətlərin əli vardır.

Axı İsrailə fələstinlilərin bu hücumu lazım idi ki, fələstin xalqını tamamilə Fələstindən qovulması üçün bəhanə əldə edə bilsin. Odur ki, fələstinlilərin İsrailə 7 oktyabr hücumu İsrailin şər qüvvələrinin fələstin soyqırımın strateqiyasının bir hissəsidir.

Fələstinlilərin 7 oktyabr hücumunda təkçə XƏMAS-ın silahlı qüvvələri iştirak etməmişlər, Qəzza əhalisinin bir hissəsi öz təşəbbüsü ilə bu hücuma qoşulmuş və 75 illik işğalın, on minlərlə öldürülmüş, Vətənindən milyonlarla qovulmuş fələstinlilərin əzablarına görə qisasını almışdır.

Şər və xeyir arasında bu cür mübarizə gedişatı qaçılmazdır. Bu mübarizədə şər İsrailin indiki qisasının qlobal mənası nədir? Qlobal mənası odur ki, şər İsrailin qisası xeyir qüvvələrini qəflət yuxusundan oyatsın, həlledici hərəkətə gətirsin, təşkilatlandırsın və şər İsrailə ölümcül zərbə endirsin ki, nəhayət ədalət zəfər çalsın.

Nostradamus da bizə xəbərdarlıq göndərir ki, əgər xeyir qüvvələrin zəfərini istəyiriksə, onda islam orduları İsrail tərəfindən qurulacaq tələyə düşməməlidirlər, yəni, əhalidən boşaldılmış Tel-Aviva və Qüdsə daxil olmadan hücumu tam zəfərə qədər davam etdirməlidirlər.

Ümidvaram ki, Nostradamusun xəbərdarlığına dair təqdim etdiyim deşifrə münasib insanlar, ölkələr (ilk növbədə İran və Türkiyə) tərəfindən islam ordularının rəhbərliyinə vaxtında çatdırılacaqdır.

BU MÜHARİBƏNIN BÖLGƏ ÜÇÜN FƏSADLARI

Ep 129 Uzun müddətdir ki, böyük sitayiş yeri olmuş məqbərə

üstü açıq qalaraq

Ep 130 göyün, Günəşin, Ayın kainati baxışlarına məruz qalacaq

Ep 131 Bu müqəddəs yeri iri və xırdabuynuzlu heyvanların saxlaması üçün pəyəyə

döndərəcəklər və küfr əməllər üçün uyğunlaşdıracaqlar

İsa peyğəmbərin Dirilmə məbədi, daha çox Isanın məqbərəsi kimi tanınan “Böyük sitayiş məqbərə”-si Qüdsün xaçpərəst məhəlləsində yerləşir. Güya ölümündən sonra dirilmiş İsa Peyğəmbərə sitayiş etmək üçün bütün dünyadan gələn xaçpərəstlər bu məbədə axışırlar. Ep 129-Ep 131-dən göründüyü kimi müharibə bitəndən sonra dirçəlmiş tarixi Fələstinin sərhədləri xaçpərəst ölklələr üçün bağlı qalacaq. Buna görə də bu məbədi xaçpərəst zəvvarlar uzun müddət ərzində ziyarət edə bilməyəcəklər. Axı məhz xaçpərəst ölkələr sionistlərə rəğbət göstərmiş, sionist faşizmini bəsləmiş, cəzasızlıq şəraitində sionistlər tərəfindən fələstinlilərin öldürülməsində, kütləvi surətdə Fələstindən qovulmasında sionistlərə dəstək vermişlər ki, nəticədə qudurmuş, cəzasızlıqdan azğınlaşmış İsraili fələstin xalqına qarşı indiki müharibəyə gətirib çıxarmışdır. Bu müharibədə İsrailin məqsədi fələstin xalqının soyqırımını həyata keçirməsi və onu Fələstin Vətənindən tam qovulmasından ibarətdir.

Ep 132 İlahi, bu zaman hamilə qadınların başlarına çox pis bədbəxtlik gələcək,

sonra isə bədbəxtlik əsas dogu başçısının və onun

hiddətlənmiş xalqının əksəriyyətinin üzərinə gələcək, hansı ki,

Ep 133 məğlub ediləcək, ölümə düçar olacaq, əziləcək, sağ qalanlar isə

quzey və batı xalqların arasında pərən-pərən olacaq; onun övladları,

xeyli qadınlar tərəfindən doğulmuş nəsilləri

zindanlara atılacaqlar

Ep 134 Və o zaman üçün kralın peyğəmbərinin bu kəhanəti

baş tutacaq: “Kaş ki, əsirlərin iniltilərini o, eşidə bilsin ki,

ölüm cəzasına məhkum edilmişlərin uşaqlarını azad edə bilsin”.

Göründüyü kimi, İsrail xalqı üçün müharibə əsl fəlakətli bəlaya çevriləcəkdir, onun əksəriyyəti məğlub ediləcək, ölümə düçar olacaq, sağ qalanlar isə Avropa və Amerika xalqların arasında yerləşməklə pərən-pərən olacaq. Bəli, İsrailin faşist rəhbərliyi tərəfindən 75 il ərzində yəhudilər arasında fələstin xalqına qarşı yaydığı nifrət münasibəti sonda yəhudi xalqının özünə qarşı yönələcəkdir.

Bəs Ep 134 kəhanətinə görə Yaxın Doğuda fələstinlilərə qarşı müharibəyə və onların kütləvi qaydada məhv edilməsinə çağırışlar etmiş o, “əsas dogu başçısı” kimdir? O başçı İsrailin baş naziri Benyamin Netanyahu-dur. Məhz Netanyahu cari ilin sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən Yaxın Doğunun elə xəritəsini nümayiş etdirmişdir ki, orada artıq Fələstin göstərilmir, xəritənin üzərində isə Yaxın Doğunun xəritəsində tezliklə baş verəcək dəyişikliklər haqqında yazı var. Xatırladıram ki, İsrailin faşist rəhbərliyinin və ona dəstək verən nasist firqələrin məqsədi Nil çayından Fərat çayına qədər ərəb ölkələrin və hətta Türkiyə və İranın hissəsləri hesabına Ulu (Böyük) İsrail dövlətinin yaradılmasından ibarətdir.

Bu həmən nasist Benyamin Netanyahu-dur ki, cari ilin oktyabr ayının 30-da İsrail ictimaiyyəti qarşısında İncildəki 1 Şamuel kitabından oxuduğu ayədə amalik ərəb qövminə qarşı təlimat vardır. Miladdan öncə 11 əsrdə Misirdən gəlmiş və ərəblərin Xanaandakı torpaqlarını tutmağa çalışan yəhudilərə qarşı amaliklər vuruşmuşlar. Benyamin Netanyahunun oxudugu ayədə yəhudilərə bütün amaliklərini, o cümlədən körpə uşaqları, onların analarını, və hətta onlara məxsus olan ev heyvanlarını öldürülməsinə çağırış edilir. Həmən ayəni oxuyandan sonra Netanyahu ayənin məzmununu indiki fələstinlilərə qarşı münasibətlə bağlayaraq, söyləyir: “Biz onlarla bu cür davranacağıq...”, yəni, Netanyahu bütün fələstinlilərin – uşaqların da, böyüklərin də total qaydada öldürülməsinə yəhudilərə çağırış edir.

Bəli, fələstinlilərə qarşı soyqırımının baş verməsini hal-hazırda informasiya şəbəkələrində hər gün müşahidə edirik. Fələstinlilərin Qəzzada olan xəstəxanaların,məktəblərin, evlərin, qaçqın düşərgələrin barbarcasına bombardmanları, minlərlə fələstinlilərin öldürülməsi ki, onların yarısına yaxın hissəsini uşaqlar təşkil edir, fələstinlilərdə yəhudilərə qarşı elə böyük güvvədə hiddət və nifrət oyadır ki, nəticədə artıq İsrail yəhudilərı üçün baş verə biləcək yeni cavab Xolokostun qohusu gəlir.

İsrail yəhudilərinə müraciət edirəm: avantyurist, faşist rəhbərliyi tərəfindən yəhudi xalqı zombiləşdirilərək əslində total, yeni Xolokost istiqamətində aparılır, odur ki, ya siz, yəhudilər, təcili olaraq bu rəhbərliyə qarşı dərhal üsyana qalxmalısınız, yaxud da hər şeyinizi ataraq ölkədən təcili qaçın.

SONRADAN NƏ BAŞ VERƏCƏYİ HAQQINDA QISACA MƏLUMAT

Bu müharibə tamamlanandan sonra Yaxın Doğu ölkələrində geniş yeniləşmə, çağdaşlaşma sürəclərinə start veriləcəkdir. Yaxın Doğu ölkələrində 2040-cı ilə qədər bütün monarxiya və diktatura rejimləri ləğv ediləcək və demokratik quruluşlar tətbiq olunacaq.

Ep 135 İlahi, sonradan səltənətlərin hökmdarları və şahzadələri

nə cür böyük təzyiqə məruz qalacaqlarlar, ələlxüsus onlardan o kəslər ki,

dənizin yaxınlığında və ondan

Ep 136 doğu tərəfdə yerləşirlər, boyük cəmiyyətdə onların [xalqların] dilləri qarışacaqdır;

latın xalqların dilləri və ərəblərin dilləri

quzey Afrikadakı qarşılıqlı təmas sayəsində qarışacaqdır. Və bütün bu

Ep 137 doğu hökmdarlar qovulacaqlar, darmadağın olacaqlar və məhv ediləcəklər

bir o qədər də quzey hökmdarların gücü sayəsində deyil,

lakin yaxınlaşmaqda olan

Ep 138 bizim əsrin sayəsində və gizlincə birləşmiş üçlük vasitəsilə ki, onlar bir-birlərinə

qarşı pusku vasitəsilə qarşılıqlı hücumlardan istifadə edirlər;

Ep 139 və bu triumviratın yeniləşməsi yeddi il davam edəcəkdir; hərçənd

bu birliyin təsiri bütün dünyaya yayılacaqdır.

Epistolada göstərilmiş kimi, Yaxın Doğu ölkələrində baş verəcək köklü dəyişikliklər sürəcində müəyyən rolu “qüzey hökmdarlar”, o cümlədən Urusiyyət, oynaya biləcəklər. Lakin Yaxın Doğudakı baş verəcək çağdaşlamanın əsas təkanverici qüvvəsi qismində bu bölgənin üç aparıcı aktoru – Türkiyə, İran və Azərbaycan çıxış edəcəklər (Ep 138). Qövmi tərkibinə görə əsasən Azər xalqından ibarət olan bu üç ölkə eyni vaxtda həm gizlincə əməkdaşlıq edəcəklər, həm də Yaxın Doğuda təsir uğrunda bir-birləri ilə rəqabət aparacaqlar. Bir tərəfdən, Azərbaycan və Türkiyə, digər tərəfdən isə, İran arasında baş verəcək bu cür əməkdaşlıq və kəskin rəqabət durumu bu üçlük arasında onların 2033-cü ildə mərkəzi Bakı şəhərində olmaqla yeni konfedreativ Azəristan superdövlətində birləşməsinə qədər davam edəcək.

Onu da bildirim ki, məhz bu Azəristan superdövlətin 2033-cü ildə yaranma tarixi Nostradamusun yazdığı kimi “bizim əsrin”, yəni, bəşəriyyətin “qızıl əsrin”, daha dəqiq desək, Nostradamusun hesablamalarına münasib olaraq, dünyanın yaranmasından 7-ci minilliyin başlanması tarixi olacaqdır.

Azəristan superdövlətin rəhbərliyində bu üç birləşmiş ölkələrin nümayəndələri arasında intriqalar davam edəcəksə də, lakin bu üç ölkədəki Azər qövmlərin arasında qarşılıqlı yaxınlaşma gücləndikcə həmən rəqabətlilik münasibətləri tədricən sönəcəklər. Bununla yanaşı Azəristanın tərkibi Azəristana daxil olacaq ölkələrin – Türkmənistanın, Gürcüstanın, İraqın və Suriyanın sünni hissəsinin hesabına genişlənəcəkdir. Həmən “triumviratın” bu cür “yeniləşməsi yeddi il davam edəcəkdir” (Ep 139), yəni, 2040-cı ilə qədər.

40-cı illərdə isə Azəristan konfederasiyası dünyanın aparıcı qüvvəsi qüdrətini əldə etməyə başlayacaqdır ki, bu da Ep 139-da öz əksini tapır: “bu birliyin təsiri bütün dünyaya yayılacaqdır”.

Azər Həsənli.Azərbaycan.

11.11.2023