Qəhrəman ordumuz Qarabağı, nəhayət ki, azad etdi. Sual verilə bilər ki, bəs biz bundan sonra nə etməliyik. İndiki dövrdə bizə nə lazımdır – Zəngəzur, İrəvan? Xeyr... Bizə indiki dövrdə demokratiya lazımdır. Nə üçün? Güclənmək üçün.
Məhz insan haqları, demokratiya, ədalət hökm sürdüyü ölkələrdə gerçək inkişaf baş verir və nəticədə həmən ölkələr güclənir. Azərbaycan bugün bərbad vəziyyətdədir: iqtisadiyyat çöküb, keçmişdə olmuş iri sənaye müəssiləri çoxdan metallolom kimi satılmış, məhv edilmişdir, kənd təsərrüfatı bərbad vəziyyətdədir, indiki oliqarxlar kəndçilərin suyunu öz tarlalarına çəkərək kənd təsərrüfatlarını məhv edirlər. Azərbaycanın bir neçə milyon əhalisi əmək mühacirətə məcbur edilmiş və Azərbaycanın güclənməsində iştirak etmirlər.
Bu bəlaların mənbəyinin bir ünvanı var - xalqı talayaraq yüzlərcə milyard dolları xaricə daşımış indiki antimilli, oğru, yezid iqtidarı. Bəlalardan qurtulmaq üçün biz öncə bu iqtidardan qurtulmalıyıq. Milli qüvvələr, ilk növbədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onunla müttəfiq olan sağlam ictimai qüvvələr gerçək, düzgün seçkilər nəticəsində hakimiyyətə gətirilməlidir. Məhz ondan sonra biz az müddət ərzində müasir sərmayədarlıq (kapitalizm) sistemini tətbiq etməklə sürətli iqtisadi, social, siyasi, mədəni inkişafa başlaya bilərik.
Eyni zamanda yeni tənmayadarlıq (bu yeni istilah mənimdir) ictimai quruluşun tətbiqinə başlanması üçün bir neçə müəssisədə tənmayadar istehsalat münasibətləri sınaqdan keçirilməsini təşkil etmək lazım olacaqdır. Sonradan həmən müəssisələr əsasında iqtisadiyyatda tənmayadar sektorunu qura bilərik.
Bu tamamı ilə yeni növ tənmayadar müəssisələrin təşkilinə ehtiyac haradan qaynaqlanacaqdır? Məsələ ondadır ki, indiki sərmayədarlıq quruluşu uzun müddət sürətlə dayanaqlı qaydada inkişaf edə bilmir. Çünki sərmayədar quruluşun qanunlarına görə sürəkli inkişaf dərin və dağıdıcı iqtisadi böhranla yekunlaşır. Həmən böhran da cəmiyyətin gəlirlərinin düzgün paylanmaması uçbatından baş verir. Xalqın milli gəlirinin həlledici kütləsinin cüzi sayda olan sərmayədarların əlində cəmlənməsi nəticəsində xalqın alıcılıq qabiliyyəti zəif qaydada artaraq iqtisadiyyatın hasil etdiyi məhsulu mənimsəyə bilmir və nəticədə dağıdıcı böhranlar qaçılmaz olur. Sərmayədarlığın bu cür dağıdıcı böhranlardan yayınmaq üçün bizə postsərmayədar cəmiyyətə, yəni tənmayadarlıq quruluşuna keçmək lazım gələcək.
Tənmayadar cəmiyyətində müəssisələr əmək kollektivlərin mülkiyyəti olacaqdır. Bəli, indiki sərmayədar ölkələrində əmək kollektivinin mülkiyyətində olan xalq, yaxud fəhlə müəssisələri mövcuddur. Lakin bu xalq müəssisələri sərmayədarlığın əvəzinə gələ biləcək yeni növ müəssisələr kimi təsbit oluna bilmirlər. Niyə? Çünki xalq müəssilərində əzəldən mülkiyyət qeyri-bərabər paylarla işçilər arasında paylanır. İşdən çıxan işçilərin payları müəssisədə qalaraq işləyənlər arasında qeyri-bərabər qaydada paylanır. Nəticədə bir müddət sonra müəssisənin əsas sərmayəsi köhnə işçilərin əlində cəmləşir. Həmən işçilər də öz paylarını kənara satmaq üçün xalq müəssisənin nizamnaməsinə müvafiq dəyişikliklər tətbiq etməklə onu adi sərmayədar müəssisəsinə çevrilməsinə nail olurlar.
Sərmayədar müəssisəsindən fərqli olaraq tənmayadar müəssisəsində mülkiyyət işçilər arasında bərabər paylarla paylanacaqdır. Nəticədə tənmayadar müəssisəsində mülkiyyətin işçilərin az hissəsində toplanması sürəci mümkün olmayacaq. Yəni, tənmayadar müəssisəsinin sərmayədar müəssisəsinə çevrilməsi hadisəsi baş verməyəcəkdir. Bu isə o deməkdir ki, tənmayadar iqtisadiyyatı, tənmayadarlıq quruluşu həqiqətən postsərmayədar quruluşu olacaqdır.
Tənmayadar müəssisəsində onun mülkiyyətinin az sayda işçilər arasında təmərəküzləşməsi sürəci baş verə bilmədiyinə görə işçilərin əsas məramı mülkiyyətin toplanması deyil, daha məhsuldar işləməsi məramı olacaqdır. Nəticədə isə tənmayadar müəssisəsi sərmayədar müəssisəsi ilə müqayisədə daha məhsuladar və uğurlu olacaqdır.
Ən başlıcası odur ki, tənmayadar cəmiyyətində ictimai gəlir az sayda oliqarxlar arasında deyil, fərdi ölçülərinə görə nisbətən bir-birlərinə yaxın olan hissələrlə xalq kütləsinin üzvləri arasında cəmləşəcəkdir. Bu isə o deməkdir ki, xalqın alıcılıq qabiliyyəti durmadan artacaqdır və sərmayədar cəmiyyətində baş verən böhranların tənmayadar cəmiyyətində baş verməsinin ehtimalı xeyli dərəcədə az olacaqdır.
Tənmayadar cəmiyyətində iqtisadi böhranın baş verməsi ehtimalı əsasən tənmayadarlığın ilk sinkretik mərhələsinə aid ola bilir. Məsələ ondadır ki, bu mərhələdə tənmayadar sektoru ilə yanaşı həmçinin sərmayədar sektoru da olacaqdır. Yəni, tənmayadarlığın ilk sinkretik mərhələsində onun tərkibində olacaq sərmayədar sektorundan qaynaqlana biləcək böhran ehtimalı vardır. Ancaq tənmayadarlığın ikinci mərhələsində - üzvi (orqanik) mərhələsində artıq sərmayədar sektorun bir hansısa önəmli dərəcədə rolu qalmadığına görə iqtisadi böhranlara son qoyula bilər.
Tənmayadarlığın üzvi mərhələsinə qədəm qoymasına biz haradasa 20-i ildən sonra başlaya bilərik, o şərtlə ki, yaxın bir il ərzində Azərbaycanımız indiki vəhşi sərmayədarlıq mərhələsindən qurtula və sivil sərmayədarlıq mərhələsinə başlaya bilər. Bunun üçün isə Azər xalqı 2024-cü ildə indiki quldur, cinayətkar yezid iqtidarına son qoymalıdır. Bu baş verərsə, biz az müddətdə o dərəcədə güclənəcəyik ki, artıq nəinki Zəngəzurun, bütün keçmiş İrəvan xanlığının ərazisini rahat yollarla Azərbaycana qaytara biləcəyik.
Bəs sonra bizi nə gözləyir? Bu haqda məlumat möhtəşəm görücü Mişel Nostradamusdan gəlir. Daha dorusu, mən tərəfindən kəşf edilimiş Nostradamusun şifrəsi sayəsində mənə məlum oldu ki, Urusiyyətin indiki diktatoru, dəccal Vladimir Putin çevriliş nəticəsində 2029-cu ilin əvvələrində dar ağacından asılmaqla edam olacaq. Ondan sonra Urusiyyətdə demokratiya tətbiq ediləcəkdir.
Nostradamusa görə, azərlilər (Nostradamus bu adımızı “Azoarains” şəklində verir ki, bu da “Azərlilər” adımızla eynidir) Xilaskarın (azərli İmam Mehdinin) başçılığı altında toplanacaq böyük ordumuz zülm içində yaşayan İran xalqların xahişi ilə 2032-ci ildə İran xalqların yardımına gələrək onları cinayətkar molla rejimindən azad edəcək.
2033-cü ildə 100 milyonluq Azər xalqı Azərbaycan Cümhuriyyəti, İranı və Türkiyəni konfederativ Azəristan (bu ad mənim təklifimdir) superdövlətində birləşdirəcəkdir. Azəristanın mərkəzi Bakı şəhəri olacaqdır. Nostradamus Azəristanın tərkibində cəmi 7 ölkənin olmsaını göstərir. Bu ölkələrin adlarını Nostradamus bildirmirsədə, lakin Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosundakı açdığım gizli informasiya dibindən öz original texnologiyamla əldə etdiyim məlumata görə Azəristanın daxilində Azərbaycan Cümhuriyyəti, Türkiyə, İran, Türkmənistan, Gürcüstan, İraq və Suriyadan ayrılacaq sünni hissəsi olacaqdır.
Yeri gəlmişkən, rəmzi vasitələrlə Salvador Dalinin tablosunda həmçinin tənmayadarlıq quruluşu da öz əksini tapmışdır.
30-cu illərdə Azəristan türk ölkələrini Turan İttihadında (Assosiasiya) birləşdirəcək. XXI əsrin ortasına qədər Turan İttihadının qarşısında duracaq iki əsas vəzifə bunlardır: birincisi, Çinlə 40-cı illərin ortasında baş vercək az müddətli müharibəyə hazırlaşmaq, ikincisi, Günəş sistemimizə beşinci dəfə yaxınlaşmaqda olan Tifon adlı neytron ulduzun dağıdıcı təsiri altında XXI əsrin tən ortasında törənəcək dəhşətli beşinci Qiyamətə hazırlaşmaq.
Qiyamət nəticəsində bəşəriyyətin üçdə ikisi məhv olacaq. Lakin Azəristanın rəhbərliyi altında həm türk dünyasının birləşmiş ordusu Çinin Qazaxıstan istiqamətində baş verəcək hücumunu dəf edəcək, həm də türk dünyası Qiyamətdən az itki ilə çıxacaq.
XXI əsrin ikinci yarısında isə Azəristan dünyanın yeganə fövqəldövlətinə çevriləçək. Gözəl səslənən, asan mənimsiyən, mükəmməl azəri türk dilimiz isə yeni dünya dili olacaq, yəni, indiki dünya dili mövqeyini tutan və qavranması çətin olan ingilis dili bu mövqedən bizim təbii rəqabət nəticəsində kənarlaşdırılacaq.
Azər Həsənli. Azərbaycan. 05.10.2023