Найти тему
Azer Hasanli

CÜMHURBAŞKANI ƏRDOĞANIN 2023-2033 İLLƏRDƏ TÜRKİYƏDƏ YERLİ, 2033-cü İLDƏN SONRA AZƏRBAYCANDA ÜMUMTÜRK, KÜRƏSƏL FƏALİYYƏTİ HAQQINDA

Yaxın onlarca il ərzində bəşəriyyətin əsas iqtisadi, siyasi, sosial sürəcləri yaxınlaşan Qiyamətlə (Apokalipsis) bağlı olacaq. Tifon adlı neytron ulduzu beşinci dəfə Günəş sistemindən keçməklə öz nəhəng cazibə qüvvəsi sayəsində beşinci Qiyaməti törədəcək. Nəticədə milyardlarla insan məhv olacaq, xeyli ölkələr yer üzündən silinəcək, o cümlədən Kanada bütövlüklə, Amerika Birləşmiş Ştatların (ABŞ) isə yarısı ABŞ-ın sahili yanında Sakit ümmanında baş verəcək kürəsəl zəlzələ (deprem) nəticəsində Sakit ümmanın sularına qərq olacaq.

Odur ki, həmən Tifon neytron ulduzu yaxın zamanlarda kosmosda aşkar olunan kimi ABŞ və Kanadadan onlarca milyon insanın köçü başlayacaqdır. O cümlədən, ABŞ-ın 6 milyonluq yəhudi əhalisi oradan axın edəcək. Yəhudilərin bu axının xeyli hissəsi Yaxın Şərqə, ilk növbədə İsrailə yönələcəkdir. Keçmişdə ABŞ yəhudilərin İsrailə köçmək fikirləri yox idi, hərçənd ABŞ sionistləri hər vəchlə İsrailin ərazisini ərəb ölkələrin hesabına genişləndirməyə can atataraq bununla əlaqədar müxtəlif işğalçı lahiyələri irəli sürmüşlər.

Suriyada 2011-ci ildən başlayaraq baş verən müharibə əsasən məhz dünya sionist təşkilatların ABŞ-ın əli ilə yaratdığı İŞİD tədhişçi (terrorist) təşkilatın, onlar tərəfindən hər çür dəstək alan tədhişçi kürd PKK/YPG təşkilatların sayəsində mümkün olmuşdur. Türkiyə və İranın İŞİD-ə qarşı hərbi əməliyyatlar sayəsində onun Suriyada fəaliyyəti xeyli zəifləmişdi. Lakin indi ABŞ və İsrail kürd tədhişi PKK, YPG təşkilatların əli ilə yenə də Suriyanı parçalamaq və onun ərazisi hesabına Böyük İsrailin yaradılması peşindədirlər. Tifon ulduzunun kəşfindən sonra ABŞ-dan İsrailə yəhudilərin baş verəcək kütləvi axının nəticəsində antiərəb fəaliyyətin əsaslı surətdə artmasını öngörməsi mümkündür. Bu isə Yaxın Doğuda siyasi vəziyyətin xeyli kəskinləşməsinə səbəb olacaqdır. Möhtəşəm görücü Mişel Nostradamusun verdiyi məlumata görə, Yaxın Doğuda yeni ərəb-sionist müharibəsi 30-cu illərdə baş verəcəkdir.

Sionistlərin Suriyaya qarşı işğalçı planların qarşısında ilk növbədə Türkiyənin dayanmasını nəzərə alsaq, aydın olar ki, yaxın zamanda Türkiyədəki iqtidara qarşı həm ölkə daxilində, həm də xaricdə dünya sionist mərkəzlərin təşkil edəcəyi həmlələr kəskin surətdə artaçaqdır. Türkiyə daxilində fəaliyyat göstərən PKK, FETÖ aqenturasına Dünya sionist təşkilatlar tərəfindən iri maliyyənin ayrılması nəticəsində onların həmən təxribat həmlələrin artması baş verə bilər. Digər tərəfdən, Həmçinin yaxın illər ərzində Türkiyəyə qarşı Batı ölkərin, ABŞ-ın tərəfindən iqtisadi, siyasi hücumların artmasını, Suriyada, İraqda isə PKK/YPG tədhişçilər tərəfindən türk əsgərlərinə qarşı hücumların çoxalmasını proqnozlaşdırmaq olar.

Heç təsadüfi deyil ki, hal-hazırda Batı ölkələrin, ABŞ-ın Türkiyəyə qarşı kampaniyaların əsas məqsədi Türkiyə çümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın və onun vətənpərvər takımın hakimiyyətdən getməsini təşkil etməsindən ibarətdir. Bu həmlə uğurlu olarsa, ondan sonra dünya sionizmi Yaxın Şərqdə Suriya və digər ərəb ölkələrinə qarşı artıq birbaşa İsrail tərəfindən yeni müharibənin başlanması ehtimalı xeyli artacaqdır. Belə fövqəladə şəraitdə Türkiyədə sabitliyi, istikrarı qorumaq üçün hal-hazırda güclü iqtidara ehtiyac böyükdür ki, bu ehtiyacı məhz cümhurbaşkanı üsul-idarəsi sayəsində Ərdoğan və onun vətənpərvər takımı tərəfindən təmin etməsi mümkündür. Odur ki, zənnimcə, yaxın beş il ərzində obyektiv səbəblərə görə Türkiyənin indiki idarəetmə sistemi daha münasibdir.

Bu cür ağır şəraitdə Türkiyənin dayanıqlığını xeyli artıracaq digər amil Azərbaycanda iqtidara yaxın zamanda milli, vətənpərvər, mütərəqqi qüvvələrin gəlməsi olacaqdır. İmam Mehdi, Xilaskar, Yeni insan (bu isimlər eyni insana aiddir) tərəfindən irəli sürüləcək yeni inkişaf məfkurələrin həmən mütərəqqi qüvvələr tərəfindən gerçəkləşdirilməsi nəticəsində həm Azərbaycanda, həm də Türkiyədə inkişafın səmərəliliyi və dayanıqlığı əsaslı surətdə artacaqdır.

İmam Mehdinin məhz bizim zamanda, yəni Qiyamətin ərəfəsində zühur edəcəyi təsadüfi deyil və bu haqda möhtəşəm görücü Mişel Nostradamus Fransa kralı II Henrixə yazdığı məktubunda məlumat verir. Həmən məktubda Nostradamus yazır ki, 73 il və yeddi ay müddətində mövcud olmuş “yeni Babilin” çökməsindən sonra Xilaskarın zühuru sürəci baş verəcəkdir. Tədqiqatçılar haqlı olaraq “yeni Babilin” qismində 73 il yeddi ay mövcud olmuş və 1991-ci ildə çökmüş Sovetlər imperiyasını göstərirlər. Nostradamus 10 senturiyanın 75 katrenində bildirir ki, “Uzun zamanlar gözlədiyimiz şəxs Avropada deyil, Asiyada peyda olacaq”, bu katrenin digər tərcümədə isə dəqiqləşdirilir ki, Xilaskar “Avropa ilə Asiyanın kəsişdiyi yerdə peyda olacaq”. Yeri gəlmişkən, cografi cəhətdən Bakı “Avropa ilə Asiyanın kəsişdiyi” məkanda yerləşir.

Kral II Henrixə yazdığı məktubunda Nostradamus göstərir ki, Xilaskar “digər kiçik Mesopotamiyanın azad şəhərində təsbit olacaq”. Nostradamusun məlumatlarını tədqiq edən tədqiqatçılar həmən Kiçik Mesopotamiyanın (İki çay arası) və azad şəhərin harada yerləşməsini bilmirlər.

Tarixdə təsbit edilmiş İri Mesopotamiya (İkiçayarası) ovalığı indiki İraq ərazisində axan Fərat və Dəclə çaylar arasında yerləşən məkandır. İri və Kiçik Mesopatamiyalar üzrə apardığım araşdırmada həmən mövzuya Fərat, Dəclə, Kür, Araz çayları cəlb etdim. Bu çayların mənbələrin hamısı Anadolunun Doğu bölgəsində yerləşir. Fərat və Dəclə çayları İri Mesopotamiya ovalığını İraqda yaradırsa, Kür və Araz çayların Azərbaycanda yaratdıqları Kür-Araz ovalığı, zənnimcə, Nostradamusun göstərdiyi Kiçik Mesopotamiyadır.

Bizə bəlli olan ən qədim tarixi dövrlərdən Kür-Araz ovalığında türk Azər xalqı yaşamışsa, İri Mesopotamiya ovalığının Fərat və Dəclə çayların bir-birlərinə qovuşduğu məkanda da Güney Azərbaycandan çıxaraq dünyanın ən qədim Şumer dövlətini yaratmış türk Şumer xalqı yaşamışdı. Beləliklə, bu iki Mesopotamiya miladdan öncə minlərlə il ərzində türk Azər xalqının tarixi məkanı olmuşdur. Yəni, Nostradamusun yazdığı Kiçik Mesopotamiya birmənalı olaraq Azərbaycanın Kür-Araz ovalığına aidiyyatı vardır.

Nostradamus yazır ki, Xilaskar Asiyada “50-ci dərəcəsində”, yəni, 50-ci meridianda yerləşən yerdə peyda olacaq. Asiyada 50-ci meridian Azərbaycanın Abşeron yarımadasında yerləşən Bakı şəhərindən keçir. Beləliklə, Nostradamusun göstərdiyi kimi “digər kiçik Mesopotamiyanın azad şəhərində” Xilaskarın təsbit olacağı şəhər qismində indiki Bakı şəhəri çıxış edir.

İmam Mehdinin məhz Bakıda zühur edəcəyi hadisəsi həmçinin digər mühüm mənbədən təsdiqlənir. Belə ki, məncə, yadplanetlilər tərəfindən nazil edilimiş və gələcəyə dair sirlərlə dolu olan istedadlı rəssam Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərində İmam Mehdinin Bakıda zühuru öz təsdiqini tapır. Belə ki, tabloda yerləşdirilmiş Yer kürəsinin xəritəsi üzərində geosiyasi uşağın anası sağ əlinin şəhadət barmağının dırnağı ilə Yeni insanın, yəni İmam Mehdinin peyda olacağı yeri qismində Abşeron yarımadasını göstərir ki, bu da Yeni insanın, Xilaskarın, İmam Mehdinin doğuluşun və sonrakı zühurun məhz Bakıda baş verəcəyinə mühüm əlavə işarədir.

Yaxın 10 il ərzində Rəcəb Tayyib Ərdoğan Türkiyənin cümhurbaşkanı görəvində çalışacaqdır. Birinci 5 illik müddətində əsas vəzifə iqtisadiyyatın inkişafının daha yüksək səviyyəyə qaldırılması olacaq ki, bunula da ölkənin müdafiəsi və sabitliyi daha yüksək səviyyədə təmin edilə bilsin. Bunun üçün sərmayələr daha çox iqtisadi inkişafının təminatına yönəlməlidir. Türkiyənin inkişaf səviyyəsi hələ o yüksək səviyyədə deyil ki, həm iqtisadiyyata, həm də sosial sahəyə yüksək sərmayələr ayrıla bisin.

Bununla belə, Türkiyə iqtisadiyyatının dayanıqlığı lazımi səviyyəyə tədricən yüksəldikcə, dövlət tərəfindən sosial təminatlar artdıqca artıq yeni idarəetmə sisteminə keçmək üçün yeni imkanlar yaranacaqdır. Məsələ ondadır ki, indiki cümhurbaşkanlığı idarəetmə sisteminin səmərəsi ancaq müvəqqəti ola bilir. Türkiyəyə qarşı kənar təhdidlər dəf olduqca, iqtisadiyyatının dayanıqlığı artıqca həm ifrat cümhurbaşkanlığı, həm də ifrat parlamentar sistemlərinə xas olan qüsurlardan azad olmaq üçün daha mükəmməl idarəetmə sistemə – qarışıq cümhurbaşqanlığı-parlamentar sisteminə keçmək lazımdır.

Yaxın beş il ərzində çümhurbaşkanlığı sistemi çərçivəsində əldə ediləcək iqtisadiyyatın yüksək dayanaqlığı artıq həmən yeni sistemə keçməsi üçün münbit zəmin yaradacaqdır. İndiki beş illik cümhurbaşqanlığı sistemin dövrü ərzində yeni, daha kamil olacaq qarışıq cümhurbaşqanlığı-parlamentar sisteminə keçməsini təmin edəcək münasib dəyişikliklər Anayasayaya tətbiq edilməlidir ki, Ərdoğanın ikinci beşilliyində Türkiyənin qarışıq cümhurbaşqanlığı-parlamentar sisteminə keçməsi tətbiq edilsin.

Yaxın 10 il ərzində Türkiyənin uğurlu iqtisadi inkişafın, bacarıqlı xarici siyasətin nəticəsində həm Suriyada, həm də Egey dənizinin Mavi Vətənində türk xalqının haqlı məqsədlərinə çatması üçün yeni imkanlar yaranacaqdır. Həmən məqsədlərin həyata keçirilməsi üçün yaxın zamanlarda beynəlxalq, uluslararası meydanında əlverişli köklü dəyişiklər baş verəcək. Bu mənada, məncə, 2024-cü ildə Ukraynanın Rusiya təcavüzünün tamamilə dəf edilməsi, əslində türk kökənli olan ukraynalıların keçmişdə Ukraynaya məxsus olmuş indiki Rusiyanın sərhədyanı torpaqlarını da qaytara bilməsi həmçinin Türkiyə üçün də çox əlverişli olacaq. Axı bu müharibədə Rusiyanın əsaslı surətdə zəifləməsi nəticəsində həm Rusiyanın Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulacaq, həm də Putin iqtidarının Türkiyənin dəstəyinə ehtiyacı artacaqdır. Bununla əlaqədar Türkiyə Suriyada öz mövqelərini xeyli gücləndirə biləcəkdir.

Rusiyanın zəifləməsi həmçinin Suriyada Bəşər Əsəd iqtidarın zəifləməsinə səbəb olacaqdır. Bu cür yeni imkanlardan faydalanaraq, Türkiyə 2024-cü ildə daha rahat şəraitdə ilk növbədə Suriyanın quzeyindəki Tel-Rifat və Mənbic bölgələrindən PKK/YPG tədhişçi silahlı qüvvələri qova biləcək (hətta ola bilsin ki, bunu artıq cari 2023-cü ildə etmək mümkün olacaq ki, bu da əsasən Putinlə bağlı Ərdoğanın diplomatik məharəti ilə əlaqədar ola bilər). Bununla da azad ediləcək torpaqlara Suriya qaçqınların əlavə bir hissəsinin qaytarılması imkanları yaranacaqdır. Yeri gəlmişkən, Ərdoğan iqtidarının Suriya qaçqınları üçün Suriyanın guzeyində evlərin tikilməsi, orada lazımi təhlükəsiz şəraitin yaradılması şərti ilə qaçqınların Suriyaya qaytarılması siyasəti, zənnimcə, yeganə düzgün siyasətdir ki, bundan Türkiyə, türk dünyası yaxın gələcəkdə Suiriyada xeyli üstünlüklər əldə edə biləcək.

Bununla əlaqədar düşünürəm ki, Türkiyə müxalifətin qaçqınlar mövzusunu əsassız şişirdilməsi, bununla əhalini qorxutmaq cəhdləri, demaqoqluqla, yalanla dolu olan nitqləri həm Türkiyənin, həm də türk dünyasının strateji mənafelərinə ziddir. Türkiyənin aciz müxalifəti burnundan o tərəfə heçnə görmür.

Bu yaxınlarda təqdim etdiyim digər tədqiqatımda göstərmişdim ki, Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərində olan gizli informasiya dibindən əldə etdiyim məlumata görə tarixən Türkiyəyə məxsus olmuş Mavi Vətəndəki Egey adaları və Batı Trakiya Türkiyənin sərhədləri daxilində göstərilir, yəni bu ərazilər yaxın gələcəkdə Türkiyəyə qaytarılacaq. Artıq bu haqda Yunanıstanla danışıqların başlanmasına ehtiyac var. Yunan xalqı anlamalıdır ki, həm Türkiyə, həm də türk dünyası bu məsələnin müsbət həllinə gec-tez nail olacaq. Yunanıstanın özünə xeyirlidir ki, həmən məsələ daha tez müsbət çözülsün.

Yaxın 10 il ərzində Ərdoğanın digər mühüm vəzifəsi Türkiyədə yeni postsərmayədar tənmayadarlıq quruluşunun tətbiqi ilə bağlı olacaq. Bu işdə Azərbaycanın yeni milli iqtidarı Türkiyə ilə sıx əməkdaşlıq edəcək Axı öncə tənmayadar iqtisadi sektoru Azərbaycanda tətbiq ediləcək və əldə edəcəyimiz təcrübəni Türkiyə ilə bölüşəcəyik.

Ərdoğanın digər mühüm vəzifəsi cümhurbaşkanı görəvi üçün bir neçə layiqli kadrların yetişdirilməsi işindən ibarət olacaq. Məsələ ondadır ki, 2033-cü ildə Ərdoğan daha ciddi ümumtürk, müxtəlif kürəsəl vəzifələrin yerinə yetirilməsi üçün Bakıya köçməli olacaq. Niyə məhz Bakıya? 2033-cü ildə cümhurbaşkanlığı görəvini tamalayandan sonra Ərdoğanın Bakıya köçməsi indiki yaxın 10 il ərzində dünyada baş verəcək köklü dəyişikliklərlə əlaqəli olacaq. Bu dəyişikliklər üzərində qısaca dayanaq.

Həmən dəyişikliklər ilk növbədə Rusiya ilə bağlıdır, daha doğrusu Rusiya prezidenti Putinin işğalçı siyasəti ilə əlaqəlidir. Ukraynanın Krım yarımadasının 2014-ci ildə ilhaqını asanlıqla keçirən Putin əhali arasında əmələ gəlmiş yüksək reytinqinin qorumasına çalışır. 2018-ci ildə Urusiyyət prezidenti təkrarən seçiləndən sonra Putin əhalinin çoxluğu tərəfindən rəğbətlə qarşılanacaq hansısa strategiyanı təqdim etməli idi. Putinin qarşısında iki başlıca strategiya vardı: ya iqtisadiyyatda, ictimai sistemdə köklü srtateji dəyişikliklərin tətbiqi nəticəsində ölkənin çiçəklənməsini əldə edərək həmən yüksək reytinqini saxlamalı idi, yaxud da uruslar arasında populyar olan Rusiya imperiyasının bərpası strategiyanın həyata keçirilməsi sayəsində yüksək reytinqini saxlaya bilərdi.

Urusiyyətin köklü sosial, iqtisadi strategiyanın gerçəkləşdirilməsi üçün Putinin nə lazımi zəka səviyyəsi, nə bacarığı, nə də istəyi vardı. Üstəlik də ciddi iqtisadi inkişaf üçün istehsalata iri sərmayələrin qoyuluşu tələb olunur. Bəli, həmən iri sərmayələri Rusiya neftin, qazın satışı hesabına əldə etmişdir. Lakin bu sərmayələr məhz elə Putin və onun hakim quldur dəstəsi tərəfindən talanaraq “yuyulması” üçün əsasən Batı ölkələrə yönəlmişdir.

Beləliklə, Putin qarşısında ancaq Rusiya imperiyasının zor gücü ilə bərpası strategiyası qalmışdır ki, Putin məhz buna çox meyilli və həvəskardır. Bu da təsadüfi deyil, çünki Putinə, zənnimcə, yadplanetlilər tərəfindən ayrılmış tarixi rolu ilə əlaqəlidir. Bu haqda Nostradamus 10 senturiyanın 72-ci katrenində məlumat verir:

“1999 ildə, yeddi aydan sonra

Dəhşət, qorxu saçan ulu Kral göydən gələcək”.

Bu qorxu Kralın məhz göydən gəlməsi yadplanetlilərə işarədir. Axı öz katrenlərini Nostradamus “göylərdən”, yəni, yadplanetlilərdən əldə edirdi. Nostradamusun ölümündən sonra XVI-cı əsrdə Fransada yeni təqvimə keçməsini nəzərə alsaq, onda həmən yeddi aya 10 gün də əlavə edilməlidir. Beləliklə, Dəhşət Kralın gəlməsinin tarixi 1999-cu ilin avqust ayının 10-da olacaq. Bu tarix isə məhz Putinin Rusiyanın baş nazir görəvinə təyin edilməsi günüdür. Yəni, Putin həmən Dəhşət Kralıdır ki, insanlığa zidd olan öz qanlı hərəkətlərlə Putin bu adını təsdiqlənmiş oldu.

Məsələn, Putin baş nazir görəvinə təyin olduğundan cəmi bir ay sonra Rusiya xüsusi xidmətin başçısı Patruşevlə birgə, yəni 1999-cu ilin sentyabr ayında, Rusiyanın müxtəlif şəhərlərində dörd çox mərtəbəli binaların partlamasını təşkil etmişdi ki, bu partlayışlarda çeçenləri günahlandırmaqla İkinci Çeçen müharibəsinin başlanması üçün bəhanə əldə edə bilsin. Beşinci evin partlamasını hazırlayan zaman sakinlərin sayıqlığı nəticəsində həmən cinayətkar dəstə yaxalanmış və onların Rusiya xüsusi xidmətlərin əməkdaşları olması aşkar edilmişdir.

Həmən dörd binanın partlaması nəticəsində 307 sakin həlak olmuş, 1700 nəfərdən artıq insan yaralanmışdır. Budur Qorxu Kralı Putinin əsl tədhişçi (terrorist) siması.

Təsadüfi deyil ki, Nostradamus həmən Dəhşət Kralı Putini həmçinin ikinci Dəccal (Antixrist) adlandırır.

Rusiya imperiyasının bərpası strategiyasını həyata keçirmək üçün Putin ancaq hərbi təcavüzlərlə keçmiş Sovetlər Cümhuriyyətlərin ilhaqı nəticəsində gerçəkləşdirə bilərdi, çünki könüllü olaraq heç bir keçmiş Sovet Cümhuriyyəti Rusiya imperiyasının daxilində olmaq istəməz.

Həmən ilhaq strategiyasının başlanması üçün Putinin qarşısında iki potensial istiqaməti vardı: bir istiqamət Qazaxıstanın ilhaqı, digər istiqaməti isə – Ukraynanın ilhaqı ola bilərdi. Qazaxıstanın ilhaqı qarşısında əsas maneə Çindir. Çinə qarşı müharibə etmək Rusiyanın qüvvəsi yetərli deyil. Odur ki, Putin Çindən çəkinir. Məsələn, 2022-ci ilin yanvarında güya Qazaxıstan prezidenti Tokayevə yardım etmək üçün, əslində isə Qazaxıstan ilhaqı üçün, Putinin Qazaxıstana göndərdiyi ordunun oradan dərhal çıxarılması məhz Çinin təzyiqi nəticəsində baş vermişdir.

Beləliklə, Putininin qarşısında ancaq Ukraynanın ilhaqı strategiyası vardı. 2022-ci ilin fevralın 24 Putin Ukraynaya qarşı müharibəni başlamışdır. Putinin planına görə, müharibə nəticəsində öncə Ukraynanı, sonra isə Belarusu Rusiyaya qatması ilə keçmiş Sovet çümhuriyyətlərin yenidən ilhaqı üçün lazımi canlı kütlə əldə ediləcəkdi. Şükürlər olsun ki, Batı ölkələrin, həmçinin Türkiyənin yardımları ilə Ukrayna xalqının gəhrəman dirənişi nəticəsində Putinin bu xain, mənfur planları darmadağın edilir.

Şübhəsiz ki, Ukrayna həm urus işğalçı qüvvələri darmadağın edib qovacaq, həm də Ukraynaya məxsus olan, lakin Sovetlər dönəmində ondan qopararaq Urusiyyətə birləşdirilən nahiyyələri də qaytaracaqdır ki, bu haqda məlumatı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindəki gizli informasiya dibindən əldə etmək mümkündür. Düşünürəm ki, Ukrayna bu müharibəni öz zəfəri ilə 2024-cü ildə tamamlayacaq. Bununla da Putinin Rusiya imperiyasının bərpası planına son qoyulacaq.

Ruhdan düşəcək Putin bundan sonra əsasən öz cılız bədənin qorunması ilə maraqlanacaq. Lakin ən uzağı 2029-cu ilin əvvəlində Putinin hakimiyyətinə son qoyulacaq. Bu haqda Nostradamus II Henrixə yazdığı məktubunda bildirir. Nostradamus yazır ki, Doğu krallarla birləşmiş Güzey kralların xalqlara zülmün verilməsi müddəti “... 11 il, yaxud biraz az müddət davam edəcək, çünki sonra Quzeyin əsas kralı çökəcək. Bununla da bu zorakı illər tamamlanacaq. Lakin onun güney müttəfiqi qalxaraq üç il ərzində öz xalqına daha böyük şiddətlə zülm edəcək”. Nostradamusun bu çümlənin açıqlamasına keçək.

Putin 2018-ci ildə yenidən prezident seçilməsindən sonra Rusiya imperiyasının hərbi yolla bərpası planının məhz 2018-ci ildə işə salınmasını nəzərə alsaq və bu tarixə 11 ili əlavə etsək, aydın olur ki, Putin iqtidarının sonu 2029-cu ildə baş verəcək (digər yerdə Nostradamus göstərir ki, həmən ikinci Dəccal, yəni, Putin, dövlət çevrilişi nəticəsində asılmaqla edam olacaq).

Putin Rusiyasının “güney müttəfiqi” qismində İran çıxış edir ki, bunu Rusiyayanın Ukraynaya qarşı müharibədə İranın davranışı əyani surətdə təsdiqləyir.

Putin tədhişçi rejimin 2029-cu ildə çökməsindən sonra İranın molla iqtidarı “üç il ərzində öz xalqına daha böyük şiddətlə zülm edəcək”. Nostradamus yazır ki, buna cavab olaraq “üçüncü guzey kralı öz xalqın hönkürtüsünü eşidərək çox iri ordu yığacaq və güneyəki əcdadların, əqrəbaların dadına yetişəcək”. Burada güzey kralı qismində Quzey Azərbaycanın gələcək başçısı İmam Mehdi çıxış edir. Onun tərəfindən ordunun göndərəcəyi güney istiqaməti isə İrandır ki, nəticədə İran xalqları qudurmuş, harınlaşmış, quldur molla iqtidarından 2032-ci ildə azad olacaq. Nostradamus düz göstərir ki, İmam Mehdi güneydəki xalqın nümayəndəsidir, axı həqiqətən İmam Mehdinin əsli Güney Azərbaycandandır.

Artıq 2033-çü ildə Azərbaycan Cümhuriyyəti, İran və Türkiyə yeni konfederativ Azəristan adlı (bu ad mənim təklifimdir, çünki Azəristan əhalisinin 60 % Azər xalqına məxsus olacaq) superdövlətində birləşəcəklər. Azəristanın mərkəz şəhəri Bakı olacaq. Yəni, Azəristanın əsas idarəetmə orqanları Bakıda yerləşdiriləcəkdir. Düşünürəm ki, həmən rəhbər idarəetmə qurumda Türkiyəni Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Yəni, Bakı Ərdoğanın gələcək iş yeri olacaq. Bakıda Ərdoğanın ikinci əsas vəzifəsi Turan İttihadının (Assosiasiyanın) qurulması ilə bağlı olacaq.

Lakin Ərdoğanın ən mühüm fəaliyyəti Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə bağlı olacaq. Öncə Rəcəb Tayyib bəy Azəristan superdövlətin BMT-dəki nümayəndəliyin rəhbəri təyin ediləcəkdir. Ərdoğanın BMT-də əsas vəzifəsi BMT-nın baş qərargahını Nyu-York şəhərindən Bakıya köçürülməsi ilə əlaqəli olacaqdır.

Məsələ ondadır ki, XXI-ci əsrin ortasında baş verəcək Qiyamətlə əlaqədar ABŞ və Kanadanın əhalisi kütləvi surətdə Amerikadan köçəcəkdir. BMT-nin köçürülməsi üçün daha təhlükəsiz yer axtarılacaqdır. Tifon neytron ulduzunun törədəcəyi kürəsəl zəlzələdən qorunmaq üçün BMT-nın baş qərargahının yerləşdirilməsi üçün zəlzələ nöqteyi-nəzərdən ən təhlükəsiz, lakin eyni zamanda dünya ölkələri ilə asan qaydada dayanıqlı əlaqələrin qurulması üçün daha münasib olacaq yer axtarılacaqdır. Bu mənada nəzərə almaq lazımdır ki, Qiyamət baş verəcəyi dövrdə kosmosdan müxtəlif peyklər vasitəsi ilə ölkələrlə rabitə qurulması işi mümkün olmayacaq, çünki Tifon ulduzu həmən rabitə peyklərini məhv edəcək. Qiyamət zamanı və hətta uzun müddət sonra təyyarə nəqliyyatın da işlənməsi mümkün olmayacaq. Bu şərtləri nəzərə almaqla BMT-nin yerləşdirəcəyi şəhərin tapılması asan olmayacaq.

Şükürlər olsun ki, Bakı şəhəri var. Məhz Bakı şəhəri BMT-nin yerləşdirilməsi üçün ən münasib məkandır. Bununla əlaqədar kiçik izahat təqdim edirəm.

Birincisi, Bakı Avropa ilə Asiyanın sərhədində yerləşir, Afrika da çox uzaqda deyil. Yəni, dünya nəqliyyat şəbəkəsi nöqteyi-nəzərdən daha əlverişli məkanı qismində bəşər əhlinin mərkəzində yerləşən Bakı şəhəri çıxış edir. Yəni, BMT-nin bəşəriyyətin əsas kütləsi ilə quru nəqliyyat vasitəsi ilə rabitənin təşkili üçün münasib məkan Bakı olacaq.

İkincisi, dünya zəlzələsindən ən az zərər çəkəcək şəhər məhz Bakı olacaq. Əgər Bakıdan şaquli perpendikulyar xəttini Yer kürəsinin içindən qənşərə çəksək, həmən perpendikulyar ABŞ-da baş verəcək dünya zəlzələsinin törəmə sahəsindən keçəcək (bunu Dalinin tablosu da göstərir). Yəni, bu o deməkdir ki, Bakı kürəsəl zəlzələnin baş verəcəyi sahədən ən uzaq məsafədə yerləşəcəkdir. Nəticədə yer səthi ilə zəlzələdən yayılacaq dağıdıcı seysmik dalğaları Bakıya çatanda artıq xeyli zəif olacaq. Həmən seysmik dalğaların gücünü Bakıda zəiflədəcək digər amil Bakının altında yerləşən məxsusi torpaq süxurların xüsusiyyəti ilə bağlıdır. Həmən süxurlar zəlzələdən törənən seysmik dalğaların gücünü xeyli dərəcədə söndürür.

Kürəsəl zəlzələdən törənəcək ümman dalğaları yüz metrlərlə yuxarı qalxaraq qitələrin məkanlarını basaraq ölkələri yer üzündən siləcəklər. Bundan fərqli olaraq, Bakının cografi məkanı elədir ki, bizə heç bir ümman dalğası yetişə bilməz.

Üçüncüsü, yadplanetlilər Salvador Dalinin vasitəsilə nazil etdikləri “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsəri ilə birmənalı olaraq BMT-nın baş qərargahının Bakıda yerləşməsini tövsiyə etmişlər. Belə ki, öncəki araşdırmamda dəlillər gətirmişdim ki, Dalinin bu tablosunda yumurtavari Yer kürəsi məhz Bakının sahilyanı körfəzində yerləşir. Məhz buna görə qənaətə gəldim ki, BMT-nin Bakıdakı baş qərargahı binasını Bakı körfəzində tikmək lazımdır. Bunun üçün Bakı körfəzini bəndlə dənizdən ayırandan sonra əldə ediləcək quru ərazidə elə tabloda olduğu kimi yumurtavari görkəmində BMT-nın möhtəşəm binasını inşa etmək lazımdır. Bu binanın inşası bitəndən sonra onun ətrafını bəndlərlə bağlayaraq dəniz suyunu Bakı körfəzinə yenidən buraxarıq. Yəni, BMT-nin binası Bakı körfəzində ada şəklində olacaq. Bundan sonra BMT-ni Bakıya köçürərik. Bütün bu işlər 2040-cı ilə qədər tamamlanmalıdır.

Yaxşı olardı ki, Rəcəb Tayyib bəy Ərdoğan BMT rəhbərliyini BMT-nin binasını Bakıda tikilməsi üçün tələb olunan maliyyənin bir qisminin ayrılmasına ikna edə bilsin. Düşünürəm ki, bunu etmək onun üçün çətin olmayacaq, çünki Rəcəb Tayyib Ərdoğan BMT-nin gələcək baş katibi seçiləcəkdir. Bununla əlaqədar Rəcəb Tayyib bəy ingilis dilini öyrənməyə ciddi qaydada başlamalıdır. Düzdür, 30-cu illərdə azəri dilimiz də rəsmən beynəlxalq dili elan olacaqdır. Lakin hələlik dünya dili qismində ingilis dili çıxış edir. Azəri dilimiz isə dünya dili statusunu Qiyamətdən sonra XXI əsrin ikinci yarısında əldə edəcək.

2040-cı ilə qədər Turan İttihadı tam qurulmalı və onun vahid ordusu hazırlanmalıdır. Məsələ ondadır ki, yaxınlaşan Qiyamətlə əlaqədar Çin ordusu Mərkəzi Asiyanı işğal etməyə çalışacaq ki, yüz milyonlarla çinlini orada və hətta Avropaya qədər yerləşdirsin. Nostradamusa görə, 40-cı illərin ortasında Çinin türk dünyası ilə müharibəsi olacaq. Türk dünyası üçün bu ölüm-dirim savaşı olacaq. Odur ki, elə indidən türk dünyasında güclü hərbi sənayenin qurulmasına, türk xalqların birləşməsinə başlamaq lazımdır.

Çin ordusu Qazaxıstan istiqamətində hücuma keçəcək. Türk dünyasının vahid ordusu bu hücumun qarşısını alaraq çinliləri geri püskürdəcək. Müharibə uzunmüddətli olmayacaq, çinliləri sülh bağlamağa məcbur edəcəyik. Bu mənada BMT-nin gələcək baş katibi kimi Rəcəb Tayyib Ərdoğanın da rolu az olmayacaq.

Lakin əfsuslar olsun ki, Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosundakı gizli informasiya dibindən əldə etdiyim məlumata görə çinlilər uyğurları Uyğurustandan Sibirin Altay bölgəsinə doğru qovacaqlar. Düşünürəm ki, Qiyamətdən sonra XXI əsrin ikinci yarısında xeyli güclənəcək türk dünuyası uygurları yenidən Uyğurustana qaytararaq suveren Uyğurustan dövlətinin yaradılmasını təmin edəcək. XXI-ci əsrin ikinci yarısında türk dünyası əsl İntibah dövrünü yaşayacaq.

Azər Həsənli. Azərbaycan.

27.05.2023