Найти в Дзене
KÜR İnformasiya Agentliyi

17.05.2023/ 09:48/ Ukraynanın bərpasına çəkilən xərclər 411 milyard dollara yüksəlib

Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşıb, BVF-nin kreditlərinə və beynəlxalq maliyyə yardımlarına baxmayaraq, bu günə olan bərpa xərcləri 411 milyard dollar olaraq qiymətləndirilir. Bu barədə çərşənbə axşamı dərc olunmuş BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və onun perspektivləri” adlı hesabatında deyilir. Ukrayna iqtisadiyyatı müharibə nəticəsində sənaye imkanlarının və enerji infrastrukturunun böyük hissəsini itirib və 2022-ci ildə 29,1% azalıb. Xarici maliyyə yardımına, o cümlədən BVF kreditinə və Avropa İttifaqı və ABŞ-ın birbaşa büdcə dəstəyinə baxmayaraq, 2023-cü ildə ölkə iqtisadiyyatında durğunluq müşahidə oluna bilər. Uzunmüddətli perspektivlər müharibənin müddəti və intensivliyindən və ölkənin yenidənqurma işini maliyyələşdirmək imkanından asılıdır və bu, təxmini dəyəri 411 milyard dollara çatıb.

Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşıb, BVF-nin kreditlərinə və beynəlxalq maliyyə yardımlarına baxmayaraq, bu günə olan bərpa xərcləri 411 milyard dollar olaraq qiymətləndirilir. Bu barədə çərşənbə axşamı dərc olunmuş BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və onun perspektivləri” adlı hesabatında deyilir.

Ukrayna iqtisadiyyatı müharibə nəticəsində sənaye imkanlarının və enerji infrastrukturunun böyük hissəsini itirib və 2022-ci ildə 29,1% azalıb. Xarici maliyyə yardımına, o cümlədən BVF kreditinə və Avropa İttifaqı və ABŞ-ın birbaşa büdcə dəstəyinə baxmayaraq, 2023-cü ildə ölkə iqtisadiyyatında durğunluq müşahidə oluna bilər. Uzunmüddətli perspektivlər müharibənin müddəti və intensivliyindən və ölkənin yenidənqurma işini maliyyələşdirmək imkanından asılıdır və bu, təxmini dəyəri 411 milyard dollara çatıb.