Belarus prezidenti Aleksandr Lukaşenko bu gün, mayın 14-də keçirilən Dövlət Rəmzləri Gününün qeyd edilməsinə qatılmayıb. Belarusun “Naşa Niva” qəzeti buna diqqət çəkib. Səhər Belarus prezidentinin saytında Aleksandr Lukaşenkonun Dövlət Rəmzləri Günü münasibətilə təbriki dərc olunub. Lakin tədbirdə prezidentin əvəzinə baş nazir Roman Qolovçenko bayram münasibətilə müraciəti oxuyub. Mayın 13-də “Motolko Help” və “Euroradio” xəbər verir ki, Aleksandr Lukaşenkonun korteji Respublika Kliniki Tibbi Mərkəzin binasına gəlib. KİV-in məlumatına görə, kortej iki saata yaxın xəstəxanada qalıb. Bu arada “Naşa Niva” mənbələrə istinadən xəbər verib ki, cənab Lukaşenkoya yaxın olanlar arasında prezidentdə virus xəstəliyi olması ilə bağlı versiya yayılır. İddialara görə, son günlər onun ətrafından da bir neçə nəfər xəstələnib. Həmin gün Belarusun Zerkalo.io nəşrinin jurnalisti Belarus prezidentinin mətbuat xidmətinə zəng edərək Aleksandr Lukaşenkonun vəziyyəti ilə maraqlanıb. Cavabında ona deyiblər: "
14.05.2023/18:23/Lukaşenko Dövlət Rəmzləri Gününün qeyd olunmasında iştirak etmədi
14 мая 202314 мая 2023
2
1 мин