Найти в Дзене
KÜR İnformasiya Agentliyi

13.05.2023/ 11:51/ Ərdoğan 21 ildə Türkiyəni daha müstəqil və azad etdiyini söyləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 21 illik hakimiyyətdə o və rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası respublikanı daha müstəqil, azad və iqtisadi cəhətdən güclü hala gətirə bilib.

Ərdoğan qeyd edib ki, Türkiyənin demokratiyaya doğru addımlarını əngəlləməyə çalışıblar.

Biz səbir göstərdik və ölkəmizi 21 il əvvəllə müqayisədə daha azad, daha firavan, daha dinc və iqtisadi cəhətdən daha güclü mövqeyə apardıq”, - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Ərdoğan seçkilərdə məğlub olacağı təqdirdə prezidentlik postunu tərk etməyə və hakimiyyətdən demokratik yolla getməyə hazır olduğunu bildirib.