Найти в Дзене
KÜR İnformasiya Agentliyi

13.05.2023/ 10:52/ Bayden kimyəvi silah ehtiyatlarının yekun məhv edilməsi vaxtını açıqlayıb

Bayden Birləşmiş Ştatlarda kimyəvi silah ehtiyatlarının yekun məhv edilməsi vaxtını açıqlayıb

Birləşmiş Ştatlar Administrasiyası kimyəvi silahlarının ləğvi prosesini vaxtında, bu ilin payızına qədər tam başa çatdırmağa hazırdır. Bu barədə cümə günü ABŞ prezidenti Co Baydenin mayın 15-19-da Haaqada keçirilməsi planlaşdırılan Kimyəvi Silahlara dair Konvensiyaya yenidən baxılması üçün İştirakçı Dövlətlərin Beşinci Konfransı ərəfəsində yaydığı yazılı bəyanatda deyilir.

ABŞ dünyada kimyəvi silaha sahib olan yeganə ölkədir. Moskva dəfələrlə Vaşinqtonu konvensiya üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.