Belçika Rusiya Federasiyasının aktivlərindən əldə etdiyi mənfəətdən Ukraynaya 92 milyon avro vergi göndərəcək
Belçika, ölkədə dondurulmuş Rusiyanın 250,6 milyard avroluq aktivindən əldə edilən gəlirdən alınan vergilərin bir hissəsi olaraq Ukraynaya dəstək üçün 92 milyon avro göndərəcək. Bu barədə krallığın hökumətinin cümə günü yaydığı məlumatda deyilir.
92 milyon avro - 2022-ci ildə Belçikanın Rusiya aktivləri ilə əməliyyatlardan aldığı bütün vergilərin 15%-dən az hissəsi. Bu vergilərdən krallığın büdcəsinə daxil olan ümumi məbləğ 625 milyon avro təşkil edir.
Sənəddə deyilir ki, Belçika Rusiya aktivlərinin yenidən investisiyasından əldə etdiyi mənfəətdən Ukraynaya 92 milyon avro vergi ayıracaq. Bu məbləğin yarısı silaha, qalanı isə humanitar yardıma xərclənəcək.