Найти тему
KÜR İnformasiya Agentliyi

12.05.2023/ 09:01/ Britaniyanın “Storm Shadow” raketlərinin Ukraynaya ötürülməsi Kiyevin ehtiyaclarını ödəyir

Britaniyanın “Storm Shadow” raketlərinin Ukraynaya ötürülməsi Kiyevin ehtiyaclarını ödəyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Vaşinqton hesab edir ki, Britaniya hökumətinin Ukraynaya uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri ötürmək qərarı Ukrayna ordusunun ehtiyaclarına cavab verir, ABŞ dövlət katibi Entoni Blinken PBS telekanalına müsahibəsində belə deyib.

Blinkenin sözlərinə görə, müxtəlif dövlətlər öz imkanlarından asılı olaraq müxtəlif tədbirlər görəcəklər.

Bu proses vasitəsilə biz Ukraynaya xas olan bəzi şeyləri təmin etdik. Başqa ölkələr bizim gördüyümüzdən fərqli bir şey edə bilər. Sual olunur ki, bütün bunlar Ukraynanın ehtiyaclarını ödəyirmi? Biz əminik ki, belədir”, – Blinken belə bildirib.

Bundan əvvəl Polşanın Ukraynaya 14 ədəd MiQ-29 qırıcısı ötürdüyü bildirilirdi.