🕵️♀️ Varvara İvanovna Bakunina, görkəmli rus yazıçısı və memuarçısı, 1796-cı ildə Rusiya-Qacar müharibəsi zamanı Dərbənd döyüşünün şahidi olub və sonradan bu hadisələr zamanı gördüklərini və eşitdiklərini öz xatirələrində yazıb. İnşallah zaman-zaman bu xatirələrdən çıxarışlar paylaşacam.
⚡️⚡️⚡️⚡️ Bu gün isə, ən mühüm və heç vaxt səsləndirilməyən, bəlkə də müəyyən məqsədlər üçün gizlədilən faktı paylaşıram: Şeyx Əli xanın anasının etnik məsələsinə baxış:
"Dərbənd divarlarında orduya baxmağa gələn farsların (Q.X. - yerlilərin) bir kütləsi dayanmışdı, Şeyx Əlini şəhərdən keçəndə gördüm, deyəsən atının üstündə yatırdı (Q.X. - yorğun idi) və qəlbi qırılmış kimi görünürdü, farslar ona mərhəmətlə baxırdılar, bəziləri hətta ağlayırdı, Şeyx Əli təxminən on yeddi yaşlarında, ortaboylu, zərif cizgiləri olan yəhudi tipli, çünki anası yəhudi idi, lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gəncdir."
Mənbə: Персидский поход в 1796 году, Бакунина Варвара Ивановна
📌 Varvara İvanovna burada təxmin etdiyim yəhudi məsələsini qeyd edir. Beləliklə, ötən aylarda erməni-gürcü iddialarına cavab verdikdən sonra, bu paylaşım ilə bu məsələyə tam bir nöqtəni qoyuram.
Həmçinin bax:
Fəth Əli xanın ailəsi, həyat yoldaşları, etnik mənsubiyyətləri və övladları haqqında suallara cavab
Şeyx Əli xanın anası Səhərnas xanımın erməni olduğunu idda edənlər kimlər idi?
Telegram-da abunə ol! ☑️