Türkiyənin yaxın gələcəyi üçün ciddi önəm daşıyacaq ölkə cümhurbaşkanlığına və Türkiyə Böyük Millət Məclisinə seçkilər cari 2023-cü ilin 14 may tarixində keçiriləcəkdir. Bu seçkilərdə əsas mücadilə iki seçki bloku arasında – hakim Cümhur İttifaqı və müxalif Millət İttifaqı arasında gedəcəkdir. Cümhurbaşkanlığına Cümhur İttifaqının namizədi indiki ölkə başçısı, Ədalət və İnkişaf Partiyasının (ƏİP) sədri Rəcəb Tayyib Ərdoğandır, Millət İttifaqının isə ölkə başkanlığına namizədi Cumhuriyyət Halk Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğludur.
Buradakı araşdırmamda mən seçkilər mövzusu üzərində deyil, daha çox Ərdoğanın və məsləkdaşların qarşılarında 2033-cü ilə qədər duracaq və Türkiyə üçün taleyüklü önəm daşıyacaq əsas vəzifələrin üzərində dayanacağam. Çünki, zənnimcə, hal-hazırda məhz Ərdoğanın və məsləkdaşların fəaliyyətləri, mövqeləri Türk Dünyasının, Türkiyə və Azərbaycanın köklü mənafeləri üçün daha mühüm önəm daşıyır.
Öncə Türkiyə mediyasında müzakirə olunan Ərdoğanın soy köklərinə nəzər salaq. Bəzi müxbirlər yazmışlar ki, 2003-cü ildə Ərdoğan baş nazir qismində Gürcüstanda olarkan öz soyunun Acar xalqı ilə bağlı olmasını söyləmişdir. Lakin 2014-cü ildə Ərdoğan bunu inkar etmişdir. Çox guman ki, Ərdoğanın soy kökü lazlara gedir. Onu da demək lazımdır ki, tarix boyu lazlar heç zaman biz, türklərə, xəyanət etməmişdilər, həmişə yanımızda olaraq bizə dəstək vermişlər. Biz lazlardan razıyıq, onlar Türkiyənin əsl vətənpərvərləridirlər.
Lazlar, acarlar, gürcülər bir-birlərinə qohum xalqlardır. Bu xalqların kökü ikilidir, daha doğrusu, bu xalqlar, məncə, qədim türk tayfalarla qədim sami tayfaların qarışığından, baş vermiş sintezindən əmələ gəlmişlər. Təsadüfi deyil ki, gürcü, acar, laz dilləri qrammatika cəhətindən qədim türk dillərinə aiddirlər. Çünki bu dillər quruluşuna görə türk dilləri kimi aqqlyutinativ dilləridir. Qədimdə bu xalqların törəmə sürəci əsasən Urartu, Assuriya dövlətlərin ərazilərində baş vermişdir.
Həmən ərazilər qədim türk və samilər üçün geniş ünsiyyət əraziləri olmuşlar. Hələ miladdan öncə 5-ci minillikdə Qədim Azərbaycandan çıxmış qədim subar/sumer/şumer türkləri (dünya tarixində ilk dövləti – Şumer dövlətini onlar qurmuşlar), Azərbaycanın digər türk elləri, bir tərəfdən, Mesopotamiyaya və sonralar Assuriya və Urartu ərazilərinə Suriyadan köç etmiş qədim sami tayfalar, digər tərəfdən, minlərlə il ərzində geniş və sıx ünsiyyət qurmuşlar. Nəticədə həmən ərazilərdə yeni ellər törənmişdir ki, onların arasında laz, acar, gürcü, çeçen, indiki Dağıstan xalqları da yer almışdı. Göstərilən xalqların əcdadları həmən ərazilərdən miladdan öncə 5-4 əsrlərdə Qafqaza köç etmişlər. Çeçen və Dağıstan xalqların dillərin qramatikası sami dillərinə daha yönəlikdir. Laz, acar, gürcü dillərin qrammatik quruluşu isə türk dillərinə bənzəyir.
Tarixi hadisələr göstərir ki, bütün bu xalqların qanında türk qanı az deyil. Məsələn, miladdan öncə 7-ci əsrdə Quzey Qafqazdan Azərbaycana qayıtmış türkdilli skif/saqa tayfaları Qarabağda Skif/Sakasena padşahlığını qurmuşlar. Bununla da türkdilli skiflər Azərbaycanın diğər türk kaspi xalqının (xəzər xalqı) indiki Gürcüstanın Daryal dərəsindən ta Xəzər dənizinə qədər uzanan ərazisini ikiyə bölmüşdülər. Nəticədə Gürcüstan ərazisində qalmış kaspilər Azərbaycan ərazisindəki kaspilərlə əlaqələri itirərək zəifləmişlər. Odur ki, miladdan öncə 5-4 əsrlərdə indiki Gürcüstan ərazisinə gəlmiş gürcü tayfaları zəifləmiş batı kaspiləri assimilə edə bilmişlər. İndiki Tiflis şəhərinin yaxınlığında yerləşən Kaspi şəhərinin adı həmən kaspi türklərindən qalmış yadigardır.
Yaxud, miladdan öncə 4-cü əsrdən 7-ci əsrə qədər indiki Gürcüstanın bütün doğu hissəsi azərlilərə aid olan Qafqaz Albaniyasının hissəsi olmuşdur. 7-сi əsrdən 12-ci əsrin əvvəllərinə qədər həmən ərazidə müsəlman Tiflis əmirliyi varmış. 12-ci əsrdə gürcü çarlar tərəfindən Quzey Qafqazdan 200 minlik türk qıpçak tayfası gətirilmiş və muzdlu qıpçaq döyüşçülərin sayəsində Tiflis əmirliyi ləğv edilmişdir.
O dövr üçün 200 minlik qıpçaq eli iri rəqəmdir. Bu qıpçaklar gürcü ordusunda əksəriyyət təşkil etmiş və 12-ci əsrdə gürcü ordusunun zəfərlərini əsasən onlar təmin etmişlər. Sonradan həmən qıpçakların bir hissəsi geri Quzey Qafqaza qayıtmış, digər hissəsi xaçpərəstliyə keçərək tədricən gürcülər tərəfindən assimilə edilmiş, bir hissəsi isə Gürcüstanın indiki Borçalı və Azərbaycanın Qazax nahiyələrində yaşayan azərlilərə qarışmışdır.
Laz, acar, gürcülər hələ qədim dövrlərdə Az, saqa, qamər (kimmer), kaspi türk xalqlarla, orta əsrlərdə isə alban və səlcuk türk xalqları ilə sıx təmasda olaraq türklərlə əsaslı surətdə qan qarışığını əldə etmişlər. Bəli, gürcü, acar, lazların damarlarında o dərəcədə çox türk qanı axır ki, cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın “Türk xalqı millətimdir” söyləməsinə tam haqqı vardır.
Türk dünyasının qədim Vətəni, Ata Yurdu tarixi Böyük (yəni, İri) Azərbaycan (Azərbaycan Cümhuriyyəti, indiki Güney (İran) Azərbaycanı və Anadolunun doğu hissəsi) olmuşdur. Təsadüfi deyil ki, “Türk” kəlməsi Güney Azərbayanın “Turuk” elinin adından yaranmışdır. Urmiya gölün güneyində onların “Turuk” bəyliyi hələ miladdan öncə 2-ci minilliyində var idi. Həmən turuklar 5-ci əsrdə Doğuya kedərək sonradan Göy-Türk imperiyasını qurmuşlar.
İndiki həm oğuz, həm də qıpçak xalqların əcdadları məhz Böyük Azərbayandan çıxmışlar.
Qədim Azərbaycandan çıxmış “içquz” elinə yunanlar “skif”, iranlılar “saka/saqa”, qədim assuriyalar isə öz sami dilinin səslənmə qaydasına uyğun olaraq “işquz” demişlər. Həmən assuriyaların “iş-quz” kəlməsi əslində azəri dilində “İç oğuz” kimi bərpa olunur ki, bu da “əsl, ilkin oğuz” mənasındadır. Həmən “İçquz”- lar Azərbaycandan yayılaraq oğuz xalqların təməlini təşkil etmişlər.
Oğuzların kökündə duran digər türk eli qamər elidir. Azər ellərindən birisi olmuş “Qamər” elinə yunanlar tərəfindən “kimmer” deyilirdi. Qamərlər miladdan öncə 7-ci əsrdə Anadolunun doğusunda, Qara dənizin güneyində güclü “Qamər” dövlətini qurmuşlar.
Qohum ellər olmuş qamər və saqa azərliləri miladdan öncə I minillikdə geniş əraziyə yayılmışlar: indiki Ukrayna və Krımda, Quzey Qafqazda, Sibirdə, Anadoluda, Fələstin və Suriada, Ərəbistan yarımadasında xeyli qamər və saqalar məskunlaşmış, dövlətlər yaratmışlar. Məsələn, fərziyyə var ki, qamərlər miladdan öncə 2-ci əsrdə indiki Yəmənin batısında Himyar çarlığını təsis etmişlər, skiflər isə Sakif şəhərinin (Məkkənin yaxınlığında yerləşən indiki Taif şəhəri) təməlini qoymuşlar, lakin sonradan ərəbiləşmişlər.
İndiki ərəblər mənşəyinə görə iki cürdür - əsl ərəblər və ərəb dilinə keçmiş qeyri-ərəblər. Məsələn, Suriyanın yerli sami mənşəli arami xalqı öz arami dilində danışırdı. 7-ci əsrdə Suriya Ərəb xilafətinə birləşdirdiyindən sonra oradakı aramilər ərəb dilinə keçməyə başlamışlar.
Məhəmməd peyğəmbərin də doğma qureyş tayfasının kökü Azər mənşəli türk qamər elinə gedir. Ərəb dilini öyrənmək məqsədi ilə qureyş qəbiləsi öz uşaqlarını, o cümlədən Məhəmmədi, bədəvi ərəblərə pul ödəməklə onların ailələrində bir neçə illik yerləşdirirdilər. Yəni, əslində Məhəmməd peyğəmbər ərəb dilini öyrənmiş türkdür. 12-ci əsrdə yaşamış Azər xalqının ulu mütəfəkkiri Nizami Gəncəvi öz şeyirlərində Məhəmməd peyğəmbəri türk adlandırırdı. Odur ki, İslam təlimi özündə türk dünyagörünüşü əks etdirir. Buna görə də türk mənəviyyatı, əxlaqı üzərində qurulumuş islam təlimi insanlara, xalqlara yönəlik həqiqi ədalətin tətbiq edilməsi, islamı zorla yox, inanaraq qəbul etməsi, başqa dinlərə, xalqlara tolerantlığın sərgiləməsi, insanı məhv edən uyuşdurucuların, spirtli içkilərin qadağan edilməsi kimi mühüm dəyərlərlə yanaşı insana, xalqlara xeyirli olan digər dəyərləri də özündə daşıyır. Məhz buna görə islam təlimi türk xalqları arasında sürətlə və asan yayılmışdır.
Bundan fərqli olaraq zorun tətbiqi üzərində qurulmuş xaçpərəstlik təlimini yayılması üçün bu dinin qurumları əsasən məcburi, qanlı, işkəncəli üsullardan istifadə etmişlər. Türk xalqların ənəvi tanrıçılıq dini başqa dinlərlə rəqabəti apara bilmədi. Xaçpərəstliyə, buddizmə, konfusianlığa keçmiş türk elləri sonradan assimilə olunurdular. Bununla da türk dünyası bəlkə də yüz milyonlarla türkü itirmişdir. Odur ki, bu dinlərdən Türk dünyasına ancaq zərər gəlir. İslam isə əksinə tarixən türkçülüyü qoruyan qalxan olmuşdur. İslam türk xalqların əsl inancıdır.
Müasir türk xalqların digər qolu olan qıpçaq türklərin mənşəyi yenə də qədim Böyük Azərbaycanla bağlıdır. Belə ki, qıpcaqların kökündə durmuş Kuman eli Güney Azərbaycanla bağlı olmuşdur. Güney Azərbaycanın batısında, Anadolunun indiki Hakkari, Şırnak ərazisində, indiki İraqın quzeyində miladdan öncə XIII-VII əsrlərdə Kuman elinin öz Kuman bəyliyi olmuşdur. Kumanlardan öncə isə həmən ərazilərdə minlərlə il ərzində qədim Azər xalqının lulu və qut türkdilli ellər yaşamışdı.
Kuman bəyliyi əsrlərlə iki tərəfdən hücumlara məruz qalırdı – guzeydən Urartu tərəfindən, güneydən isə Assur tərəfindən. Nəticədə, kumanlılar Ğüney Azərbaycana keçməyə başlamış və oradan Guzey və Doğu istiqamətlərdə yayılmışlar.
Doğuda Göy-Türk imperiyası çökəndən sonra kuman-qıpçaqlar batıya üz tutdular (Firudin Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədərki tarixi. (Doqquz Bitik); III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. Bakı, 2014, «Ağrıdağ» nəşriyatı, 310 s. https://bextiyartuncay.files.wordpress.com/2015/09/firudin-agasioglu-9-bitik-3.pdf).
Qədim türkdilli ellər hələ miladdan öncə 4-3 minilliklərdə məhz Böyük Azərbaycan ərazisindən dünyanın dörd tərəfinə yayılmağa başlamışlar: Güney istiqamətində azərlilərin qədim türkdilli əcdadları Şumer dövlətini yaratmışlar (indiki İraqın güney ərazisində); Doğuya yayılmış əcdadlarımız indiki Mərkəzi Asiya və Sibirdəki türk xalqların təməlindədirlər; Quzey istiqamətində qədim Az/As ellərimiz indiki Rusiya və Ukrayna ərazilərində yayılmış və Baltik dənizinə qədər getmişər, Azərbaycandan çıxmış xəzər türkləri isə qüdrətli Xəzər xaqanlığını qurmuşlar; Batı istiqamətində “As” əcdadlarımız indiki Anadolunun batısında hələ miladdan öncə 2-ci minillikdə “Asiya” (“As-iya”, azəricə “As-ların ölkəsi” deməkdir) adlı dövlətini qurmuşlar, lakin sonradan dağıdıcı zəlzələlər və şiddətli quraqlıq ucbatından türkdilli “As”-lar miladdan öncə 12-ci əsrdə Anadoludan indiki İtaliyanın Apennin yarımadasına köç etmiş və etrusklar adı altında orada dövlətini qurmuşlar.
Azər xalqının türk əcdadlarının minlərlə il ərzində bu cür yayılması nəticəsində Avrasiya məkanı türk məkanına çevrilmişdir. Bununla əlaqədar demək lazımdır ki, Türk dünyasının ilkin Vətəni qismində bəzi tədqiqatçılar Sibirin Altay nahiyəsini göstərirlər. Lakin bu fərziyyə yanlışdır. Türk dünyasının təməlini ancaq tarixi Böyük Azərbaycan təşkil edə bilərdi və etdi də. Məsələ ondadır ki, artıq təxminən son 60 min il ərzində hər 12,6 min ildən bir Tifon adlı neytron ulduzu Ğünəş sistemindən keçir. Tifon ulduzunun cəmi 30 km civarında diametri olsa da, lakin onun tərkibində olan sıxışmış kütləsi Günəşin kütləsi ilə müqayisə edilə bilər. Yəni, Tifon nəhəng cazibə qüvvəsinə malikdir. Bu cazibə qüvvənin sayəsində Tifon ulduzu Günəş sistemində yerləşən səyyarələrə dağıdıcı təsir göstərməklə onları darmadağın edirdi. Yer kürəsi səyyarəmizə gəldikdə isə demək lazımdır ki, Tifon ulduzu Yer kürəsinin yanından keçərkən adətən onun quzey yarımkürə hissəsinin üzərindən keçir və bu zaman bəşəriyyəti az qala bütövlüklə məhv edirdi.
Son dördüncü dəfə 12,6 min il öncə Yer kürəsinin yanından keçərkən Tifon ulduzu öz nəhəng cazibə qüvvəsi sayəsində Sibirin üzərində olmuş atmosfer qatını sökərək özünə çəkmişdir. Nəticədə Sibirə ani olaraq 200 dərəcədə olan kosmik soyuq daxil olmuş və həmən an Sibirdə mövcud olmuş bütün canlılar ani ölmüş və buza çevrilmişlər. Sibirin üst torpağ qatı da buzlaşmışdır. Nəticədə minlərcə il ərzində Sibirdə kimsə yaşamamışdır. Odur ki, təkçə buna görə Sibir və onun Altay bölgəsi Türk Dünyasının beşiyi kimi çıxış edə bilməzdi.
Tifon ulduzunun müxtəlif öldürücü təsirləri varmış. Tifonun daş-toz quyruğundan Yer kürəsinə düşmüş alovlu daşlar yanğınlar törətmişlər. Tifonun təsiri nəticəsində baş vermiş güclü zəlzələlər gitələri parçalamış, tikililəri məhv etmiş, əmələ gələn 500-600 metr hündürlüyündə olmuş ümman dalğaları qitələrə hücum edərək hər şeyi məhv etmişlər. Müxtəlif öldürücü təsirlər nəticəsində bəşəriyyət az qala tamam məhv olmuşdur. 12,6 min il öncə Tifonun törətdiyi Qiyamətdən (Apokalipsisdən) sonra Yer kürəsində cüzi sayda cəmi 5-7 milyon insan sağ qalmışdır.
Sibirdən fərqli olaraq Böyük Azərbaycan ərazisi Tifonun öldürücü təsirlərindən daha az ziyan çəkdiyindən buradakı əzəli türkdilli əhali nisbətən az tələf olmuş və tez bərpa olunaraq bir neçə min il ərzində sayı o dərəcədə artmışdır ki, əhalisi nisbətən az olan Avrasiya məkanında qədim azərlilərin geniş yayılması mümkün olsun. Nəticədə Böyük Azərbaycan ərazisi türk dünyasını yaradan Ata Vətəninə çevrilmişdir.
İndiyə qədər Tifon 4 dəfə Günəş sistemindən keçərək 4 dəfə Qiyamətlər törətmiş və bəşəriyyəti az qala bütövlüklə məhf edirdi. Əfsuslar olsun ki, hal-hazırda bəşəriyyət artıq Tifonun 5-ci Qiyamətin ərəfəsindədir. Bunu ezoterik mənbələrindən də yəqin etmək mümkündür. Belə ki, XVI əsrin görücüsü Mişel Nostradamusun şifrələnmiş proqnozlarında olan şifrənin ilk dəfə mən tərəfindən açılması, XX əsrin istedadlı rəssamı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindəki gizli informasiya dibinin ilk dəfə mən tərəfdən aşkar və deşifrə edilməsi sayəsində müəyyən etdim ki, növbəti 5-ci Qiyamət XXI əsrin tən ortasında baş verəcəkdir. Həmən Qiyamət haqqında son dərəcədə qiymətli informasiyalar Nostradamus və Daliyə, məncə, yadplanetlilər tərəfindən nazil edilmişdir ki, onların vasitəsi ilə bəşəriyyət yaxınlaşan Qiyamətdən xəbərdar olsun.
Salvador Dalinin bu rəsm əsərini mən ilk dəfə 2011-ci ilin iyul ayının 11-də Bakıda yerli “Lider” televiziya kanalının “Sirli Aləm” verilişində görmüşdüm. Verilişin aparıcısı Salvador Dalinin bu əsərində “geosiyasi uşağın” anasının əsərdə olan Yer kürəsinin təsvirində öz şəhadət barmağı ilə məhz Bakını göstərməsindən bəhs edərək, tablonun bu sirrin mahiyyətinin hələ də açılmamasından söyləmişdir. Lakin mən Dalinin bu əsərini görəndən sonra oradakı sirrlərin üstünü dərhal bir-bir açmağa başladım. Deşifrə etdiyim bu sirrlər haqqında geniş araşdırmam elə həmən ilin yayında Bakının “Vətəndaş həmrəyliyi” qəzetinin doqquz ardıcıl nömrəsində nəşr edilmişdir (Həsənli A. Azər xalqının ulu gələcəyi və dünyanın sabahı. Və yaxud ispan rəssamı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” əsərinin gizli mətləbləri // “Vətəndaş Həmrəyliyi” qəzeti, Bakı, 2011, №31-39).
Hesab edirəm ki, həmən rəsm əsərini çəkdiyi zaman Salvador Dalinin gözlərinə bu tablonun təsvirləri kənardan göndərilmiş və o, robot kimi həmən təsvirləri kətana köçürmüşdü. Tablonu çəkdiyi zaman Salvador Dalinin xəbəri olmadan paralel olaraq əsərə yadplanetlilər tərəfindən gizli informasiya dibi yerləşdirilmişdir ki, zənnimcə, bunun üçün Dalinin göz aparatından istifadə olunmuşdur. Hətta çəkdiyi rəsm əsərinin adı da ona göndərilmişdir.
Tablodakı həmən gizli informasiya dibini ilk dəfə mən kəşf etmişdim. Gizli dibini görmək üçün internetdən götürülmüş Dalinin bu rəsm əsərinin foto şəkili lazım olacaq. İnternetdən götürülmüş əsərin təsvirini kompyuterdə böyütmək olmaz, çünki belə halda gizli dibinin təsvirləri yayğın çıxacaq. Kompyuterdə əsərin təsvirini azaldılması da məsləhətli deyil, çünki foto şəklinin içindən ağır şualanma yayınır və şəklinin həcmini azaldanda şüalanma güclənərək gözləri qamaşdırır, ağrıdır. Yeri gəlmişkən, hesab edirəm ki, bu ağır şüalanma Axirət dünyasından da gələ bilir, çünki gizli dibdəki insan təsvirləri ölmüş insanların simalarıdır. Məsələn, bolşeviklərin başçısı Lenin dünyasını dəyişən an çox arıq olduğundan, rəsm əsərinin gizli dibindəki olan onun aşkar etdiyim siması çox arıq görsənir.
Yaxşı işıqlandırma şəraitində tablonun fotoşəklinin istənilən nöqtəsinə gözlərinizi ayırmadan 20 saniyə baxsanız, onda şəkilin içindən üzə çıxacaq qoloqrafiq, yəni həcmli halda olan insan sifətlərini, rəqəmləri, həndəsəli fiqurları və sairə təsvirləri görəcəksiz ki, onların hamısı informasiya daşıyıcılarıdır. Bu cür qoloqradik təsvirlərini insanlar yerləşdirə bilməzdilər, azı ona görə ki, Dalinin həmən əsəri 1943-cü ildə çəkdiyi zaman qoloqrafiya təzahürü haqda dünyada hələ heç anlayış da olmamışdır, qoloqrafiyanın tətbiqi isə ancaq 60-cı illərdə mümkün olmuşdur.
Dalinin bu əsəri qeyri-adidir. Belə ki, əsərin fotoşəklini tərsinə, yəni, baş-ayaq çevirsək, onda gizli dibindən üzə çıxan səhnələri orta əsrlərə aid etmək olar. Məsələn, tablodakı Yer kürəsinin xəritəsində Balkanlara aid hissəsində mən orta əsrlərə aid olan iki osmanlı sultanın təsvirlərini aşkar etmişəm. Zənnimcə, bu təsvirlər 1453-cü ildə Konstantinopolun fəthini gerçəkləşdirmiş sultan II Mehmedə və Osmanlı imperiyasının ən böyük genişlənməsinə nail olmuş I Süleyman Qanuniyə aiddir.
48 yaşlı sultan II Mehmedin portretini 1480-ci ildə italyan rəssamı Bellini çəkmişdir. Həmən portretdə sultanın çalmasının üstündə qırmızı rəngli çıxıntı vardır. Dalinin rəsm əsərindəki gizli dibindəki sultanın təsvirində çalmanın həmən qırmızı çıxıntı qismində Krit adası göstərilir. Krit adası ilə Yunanıstan arasında olan dəniz hissəsi sultanın ağ çalması ilə örtülüdür. Sultan II Mehmedin sifəti və saqqalı Yunanıstan üzərindən Balkanların içərisinə uzanır. Dalinin əsərindəki gizli dibində II Mehmedin təsvirindəki qara qaşların, qara bığın və ağarmağa başlamış qara saqqalın təsvirləri onun 49 yaşında zəhərlənərək öldürüldüyü zamanındakı xarici görünüşünə münasibdir. Yəni, Dalinin rəsm əsərinin gizli dibində olan sultanın siması rəssam Bellininin tərəfindən sultan II Mehmedin qətlindən bir il öncə çəkilmiş portretinə uyğundur.
Baxışımızı biraz aşağı yönəltsək sultan II Mehmedin çənəsi olan yerdə artıq sultan I Süleyman Qanuninin qəşəng, məncə, parlaq ipəkdən olan çalma yerləşir, sultanın sifəti isə Avropanın mərkəzinə qədər uzanır. Axı məhz I Süleyman Qanuninin fəthləri Osmanlı imperiyasının sərhədlərini Avropanın mərkəzinə qədər uzatmışdır. Tablonun gizli dibindən üzə çıxan yaşlı insanın sifətində qaşları, bığı və saqqalı ağdır. Bu da 1566-cı ildə 71 yaşında vəfat etmiş I Süleyman Qanuninin təsvirinə münasibdir.
Dalinin bu rəsm əsəri ilkin start mövqeyinə qaytarıb baxsaq, tablonun həm əyani görüntüsündə, həm də gizli informasiya dibində XX və XXI əsrlərin kürəsəl önəmi daşıyan hadisələrinin (o cümlədən, yaxınlaşan 5-ci Qiyamətə aid təsvirlərin) əksini görərik.
Yeri gəlmişkən, XXI əsrin gələcək hadisələrin arasında Dalinin tablosunda Türkiyəyə aid olan xoş xəbərləri də çatdırmaq istərdim. Belə ki, son zamanlarda Türkiyə tərəfindən Egey dənizi üzrə təqdim edilmiş şərti Mavi Vətən xəritəsi gələcəkdə həqiqətə çevriləcəkdir, yəni, orada göstərilən adalar Türkiyəyə qaytarılacaqdır. Belə ki, tablonun gizli informasiya dibində Yunanıstan ərazisinə və Egey dənizinin batısına aid hissəsində üzünü Avropaya çevirmiş insan sifəti yerləşir. Bu sifətin boyun hissəsi Krit adasına dirənir. Başın və boynun arxası Egey dənizinin ancaq batı hissəsini örtür. İnsanın kəllə və boynun arxa profil xətti ilə Türkiyə sahili arasında olan Egey dənizinin doğu hissəsində isə tablonun gizli dibindən xaç görüntüsü üzə çıxır. Xaçın şaquli tərəfi uzundur və Türkiyə sahilinə parallel uzanır.
Öncədən müəyyən etmişdim ki, əgər Dalinin bu rəsm əsərinin gizli dibində hansısa dənizdə, yaxud iri göldə xaçın görüntüsü yerləşdirilibsə, bu hal xaç görüntüsünün yanında yerləşən ərazilərdə xaçpərəstliyin yox olmasına işarədir. Bu isə onu göstərir ki, Egey dənizindəki Türkiyənin Mavi Vətənində yerləşmiş adalar azsaylı xaçpərəstlərdən qurtulub Türkiyəyə qaytarılacaq.
Digər xoş xəbər Yunanıstanın zəbt etdiyi Batı Trakya (Frakiya) ilə bağlıdır. Belə ki, Bolqarıstandan axan və Egey dənizinə tökülən Mesta çayından ta Türkiyə ilə Yunanıstan arasında olan indiki sərhədə qədər uzanan ərazi Batı Trakya ərazisidir ki, bu ərazi daha iri olan tarixi Trakyanın kiçik hissəsidir. Həmən ərazi Yunanıstanın qədim dövrdə Balkanlarda əmələ gələnə qədər tarixən türkdilli pelasqi xalqına məxsus olmuşdur. Yəni, bu ərazilərdə qədim dövrlərdə türk elləri yaşayanda yunanların orada heç izi-tozu olmamışdır.
Batı Trakyada 1913-cü ildə Batı Trakya Türk Cümhuriyyəti yaranmışdır. Lakin həmən il bu Batı Trakyanı Bolqarıstan işğal etmiş, 1922-ci ildə isə Batı Trakyanın güney hissəsi Birinci Dünya müharibəsində qalib olmuş Antanta hərbi blokun tərəfindən təzyiqi nəticəsində Yunanıstana “bağışlanmışdır”. Bolqarıstanın, sonra isə Yunanıstanın bu cür işğala qədər Batı Trakya əhalisinin 70 - 80 %-ni türklər təşkil etsələr də, lakin onların çoxusu (300-400 min civarında) Trakyanı tərk etməyə məcbur olmuşdur. Müasir dövrdə Yunanıstan Batı Trakyanın 150 minlik türk əhalisinin hüquqlarını arsızcasına pozur.
Salvador Dalinin “Yeni insanın ...” tablosunun gizli dibindən üzə çıxmış təsvirindən Batı Trakyadakı Mesta çayının batı kıyısının yanında yunanların bərabərtərəfli pravoslav xaçın görüntüsü gizli dibdən üzə çıxır. Bu xaçın həm quruda, həm də Batı Trakyanın sərhəddindən xaric yerləşdirilməsi, yəni oradakı müsəlman türklərdən aralı olması, ona dəlalət edir ki, Batı Trakyadakı Mesta çayı gələcəkdə şərti sərhəddən həqiqi dövlət sərhədinə çevriləcəkdir. Yəni, nəhayət ki, Batı Trakya doğma Türkiyə vətəninə qaytarılacaqdır. Odur ki, Salvador Dalinin tablosundakı informasiyaya görə Türkiyənin Egey dənizindəki Mavi Vətəni gələcəkdə Batı Trakyanın kıyılarından başlayacaqdır.
İnternetdən çıxartdığım Dalinin bu rəsm əsərinin ölçüsü əsl tablonun ölçüsü ilə müqayisədə daha kiçikdir. Əgər ABŞ-ın Florida ştatının muzeyində yerləşən və daha iri ölçüdə olan Salvador Dalinin “Yeni insanın ...” rəsm əsərinin birbaşa əslindən çıxarılmış və əsl tablonun gerçək ölçüsündə olan foto təsviri əlimdə olsaydı, onda bu sirlərin açılması daha asan olardı.
İnşallah, gələcəkdə Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərinin əslini Azərbaycana verilməsinə nail olacağıq. Axı Salvador Dalinin bu əsərin əsas qəhramanı Azərbaycanın Azər xalqıdır, onun paytaxtı Bakı şəhəridir. Bu rəsm əsərinin ön planında təklif etdiyim və “Tənmayadarlıq” adlandırdığım yeni kamil ictimai quruluşun rəmzi təsvirinin yerləşdirilməsi əlavə onu təsdiq edir ki, bu quruluş öncə Azərbaycanın, sonra isə dünyanın gələcəyi olacaq.
Üstəlik də müəyyən etmişdim ki, rəsm əsərində yumurta görkəmində göstərilən Yer kürəsinin yerləşdiyi məkan gözəl Bakı şəhərinin buxtasına və onun yanında yerləşən sahilə aiddir. ”Yer kürəsi” yumurtasının yerləşdiyi torpaq hamardır, çünki Bakı buxtasının dibidir. Tablonun sağ tərəfində görünən bina isə öz görkəminin məxsusi əlamətlərinə görə qədim zərdüştiliyin mərasim binasıdır. Məhz həmən yerdə zərdüştilik mərasimlərinin keçirilməsi üçün uyğun qaydada tikilmiş qədim “Qız qalası” indi də Bakı buxtasının bulvarın yanında yerləşir. Bəzi alimlərin fikrincə “Qız qalasının” təməli miladdan öncə qoyulmuşdur. Rəsm əsərinin gizli dibinin digər yerlərində də Bakıya, Azərbaycana işarə edən başqa əlamətləri də vardır. Salvador Dali Bakını heç zaman ziyarət etməmişdir. Lakin buna baxmayaraq, tabloda məhz Bakı buxtasının və onun sahilinin təsvir olunması əlavə isbat edir ki, tablo Daliyə yadplanetlilər tərəfindən göndərilmişdir.
Bəli, XXI əsrin ikinci yarısında Bakı şəhəri Yer kürəsinin paytaxtı olacaqdır. Niyə? Çünki baş verəcək Qiyamət nəticəsində dünyanın indiki superdövlətləri ya tamam məhv olacaqlar, ya da həddindən çox zəifləyəcəklər. 100 milyonluq Azər xalqının gələcək Azəristan superdövləti isə mütərəqqi tənmayadar quruluşu sayəsində sürətlə güclənərək gələcək dünyanın aparıcı dövləti olacaqdır.
Keçək Türkiyənin başkanı Rəcəb Tayyib bəy Ərdoğanın və məsləkdaşların 2033-cü ilə qədər qarşılarında duracaq əsas tarixi vəzifələrin qısa təqdimatına.
1) Günəş sisteminə yaxınlaşan Tifon neytron qatil-ulduzun yeri kosmosda hələ aşkar olunmamışdır, çünki onun kimi neytron ulduzlar öz nəhəng cazibə qüvvəsinin sayəsində onlara göndərilən radiodalğaları çəkirlər içinə, yəni, dəf etmirlər ki, onları kainatda aşkar etmək mümkün olsun. Buna görə bu ulduzların kainatda tapılması çox müşküllüdür. Alimlərin ehtimallarına görə bizim Qalaktikada bir milyarda qədər bu cür neytron ulduzlar olsalar da, lakin onlardan indiyə qədər cəmi 2 minini kəşf etmək mümkün olmuşdur. Bununla belə, Nostradamusun verdiyi məlumatların və Dalinin rəsm əsərindəki gizli informasiya dibində olan məlumatların mən tərəfinfən deşifrəsi nəticəsində Tifon ulduzunun kəşfi, zənnimcə, mümkün ola bilir. Məsələn, 5-ci Qiyamətin ərəfəsində Dalinin tablosunda olan Yer kürəsinin xəritəsi üzərində Tifonun hərəkət traektoriyasını kəşf etmişəm. Bu trayektoriyanın kəşvi çox mühümdür, çünki Tifonun törədəcəyi dunya zəlzələsinin yerinin müəyyənləşdirilməsinə yardım edəcək.
Keçmişdə Tifonun törətdikləri Qiyamətlərinə dair qədim Asiya, Amerika, Afrika xalqların əsatirlərində olan məlumatları tədqiqatçılar toplayaraq dünya zələləsinin keçmişdə baş vermiş ssenarini müəyyənləşdirmişlər. Belə ki, Tifon Yer kürəsinin yanından keçən zaman öz nəhəng cazibə qüvvəsi sayəsində mayedə üzən Yer kürəsinin nüvəsinin hərəkətini sürətləndirərək bu nüvəni Tifon öz traektoriyasına doğru çəkəcək. Hərəkəti sürətləndirilmiş Yer kürəsinin nüvəsi Yer kürəsinin mantiyasına zərbə endirəcək və bunula da dünya zəlzələsini törədəcək (Симонов.В.А. Пророки всего мира о России после 2012 года/В.Симонов. - М.: Эксмо, 2011, - 416 с.).
Salvador Dalinin “Yeni insan ...” rəsm əsərindəki kəşv etdiyim sirlərin təhlili nəticəsində müəyyən etdim ki, cari XXI əsrin ortasında baş verəcək 5-ci Qiyamətin ssenarisi tədqiqatçıların qədim əsatirlərdən əldə etdikləri ssenarisinə uyğun baş verəcəkdir. Yer nüvəsinin mantiyaya endirdiyi zərbə nöqtəsinin Yer səthindəki proeksiyası göstərir ki, həmən zərbə Sakit ümmanın ABŞ sahilinə yaxın yerdə baş verəcəkdir. Həmən zərbə yerində baş verəcək Dünya zəlzələsi nəticəsində ABŞ iki yerə parçalanacaq və onun Batı və Quzey hissələri, Kanada isə bütövlüklə ummanın sularına qərq olmaqla məhv olacaqlar. ABŞ-ın üzdə qalacaq quruda isə bütün yaşayış yerləri dağılaraq yerlə yeksan olacaqlar. ABŞ-ın ancaq bir ştatı nisbətən ayağda qalacaq.
Həmən Quzey Amerika qitəsini iki yerə paçalayacaq tektonik yarığı ABŞ xəritəsində indi də görmək mümkündür. ABŞ-ın parcalanacağı həmən yarıq xətti Dalinin tablosunda Yeni insanın Yer kürəsinin içindən çıxacağı dəliklə eynidir. Bu Yeni insan körpə deyil, Yer kürəsini yarmağa bacaran güclü cavan pəhləvandır. Tablonun bu sujeti məcazi məna daşıyır. Həqiqi Yeni insanın isə üzə çıxacağı yerini tablodakı ana sağ şəhadət barmağının dırnağı ilə uşağına göstərir. Həmən yer Azərbaycanın paytaxtı Bakı şəhəridir. Dünya üçün mühüm önəm kəsb edəcək əsl Yeni insanın “doğuluşu” yeri, yəni, onun Dünya siyasi meydanına üzə çıxması yeri Bakıda baş verəcəkdir ki, bu qismdə dünya xalqların onlarca əsr səbirsizliklə gözlədikləri Xilaskar, yaxud İmam Mehdi, yaxud Yeni insan (bu adlar eyni bir insana, azərli türkünə məxsusdur) çıxış edəcək.
Yer kürəsinin içindən çıxacaq tablodakı cavan oğlan qismində isə 2033-cü ildə yaranacaq Azəristan adlı yeni konfederativ superdövləti çıxış edəcəklər. Qiyamət nəticəsində məhv olacaq ABŞ-ın əvəzinə dünyanın yeni kürəsəl öndəri Azəristan konfederativ superdövləti olacaqdır.
Beləlkilə, Qiyamətə qədər qalmış müddət ərzində dünyanın bütün dövlətlərin, o cümlədən Türkiyənin, əsas vəzifəsi, əsas işləri Qiyamətə (Apokalipsisə) hazırlaşmaqdan ibarət olmalıdır. Həmən mürəkkəb vəzifələrin Türkiyədə çox çətin olacaq icrası üçün mən bugün üstünlüyü Türkiyənin indiki cümhurbaşkanı Ərdoğana və Cümhur İttifaqı siyasi blokuna verirəm. Müxalifətlə müqayisədə Ərdoğanın komandası (takımı) müxtəlif afətlərin dağıdıcı fəsadlarının aradan götürülməsi üçün, məncə, daha hazırlıqlıdır. Odur ki, cari ilin 6 fevralda Türkiyədə baş vermiş iki dağıdıcı zəlzələrinin fəsadlarının qaldırılması üçün indiki iqtidarın daha münasib olduğunu xalq anladığına görə, hesab edirəm ki, 14 may seçkisində xalq Cümhur İttifaqı blokuna və Ərdoğana üstünlük verəcək.
2) Öz qanları bahasına Türkiyə dövlətini qurmuş Azər mənşəli və azəri dilində danışan səlcuq-türkmanlarına və onların sonrakı nəsillərinə qarşı hələ 14-cü əsrin sonundan başlayaraq və indiyə qədər davam edən böyük haqsızlığın aradan götürülməsinin zamanı Türkiyədə artıq yetişmişdir və bu işin əməli icrasını biz, Azərbaycan və Türkiyə azərliləri, Rəcəb Tayyib bəy Ərdoğandan və onun məsləkdaşlarından gözləyirik. Azərlilərə qarşı törədilimiş həmən tarixi ədalətsizliyin mətləbinə keçək.
14 əsrin sonundan başlayaraq Osmanlı dövlətinin idarəetmə sistemindən səlcuq azərlilərinin kənarlaşdırma sürəci başlanmışdır. Buna səbəb də 28 iyun 1389-cü ildə serblərə qarşı Kosovo döyüşündən sonra baş vermiş hadisələr olmuşdur. Həmən döyüşdən sonra osmanlı hökmdarı I Murad savaş meydanında gəzərkən yerdə uzanan serb döyüşçüsü Obiliç tərəfindən öldürülürmüşdür. Döyüşdə iştirak etmiş I Muradın iki oğlu – İldırım Bayəzid və Yakub Çələbi taxta keçmək üçün namizəd idilər. Yakub Çələbinin döyüş meydanından qaçmış xaçlı ordusunun peşinə düşdüyünü fürsət sayaraq onun qardaşı İldırım Bayəzid atası I Murad həlak olandan dərhal sonra yeni sultan seçkisini ani təşkil etmiş və yeni sultan kimi taxta çıxmışdır. Düşməni təqib etmiş Yakub Çələbini isə qayıdan kimi İldırım Bayəzidin əmri ilə savaş meydanında boğaraq öldürmüşlər.
Türkman bəylərin xeyli hissəsi İldırım Bayəzidın bu cür xain, alçaq davranışını türklərin əxlaq qanunlarına zidd olduğunu sayaraq Bayəziddən və Osmanlı dövlətindən narazı olaraq Bayəzidə qarşı çıxdılar. Buna cavab olaraq Bayəzid türkman bəylərinə qarşı yürüş təşkil etdi. Balkan türk bəyləri Anadolu bəylərinə qarşı yürüşdə iştirak etmək imtina etsələr də, sultan Bayəzid 1390-cı ildə Anadolu bəylərinə qarşı yürüşə serb və bizanslıları cəlb edərək Anadolu bəylərin bəyliklərini əllərindən almışdır. Anadolu türkman bəyləri Bayəzidə tabe olmağa məcbur olsalar da, qisaslarını almaq üçün fürsət gözləyirdilər ki, bu fursət də əldə edildi. Belə ki, 1402-ci ildə Orta Asiyadan Əmir Teymur öz türk ordusu ilə Anadoluya hücuma keçir. Qisas hissi ilə yanan Anadolunun türkman bəyləri Əmir Teymurun türk ordusunun tərəfinə keçdilər. 20 iyul 1402-ci ildə Ankaranın yanında iki ordu arasında döyüş baş tutdu. Bayəzidin qoşununda olan türkman əsgərləri öz bəylərini Əmir Teymurun ordusunda görərək onların tərəfinə keçmiş və Bayəzid döyüşü uduzmuşdur.
Osmanlılar savaş zamanı Əmir Teymurun tərəfinə keçmiş Anadolu türklərini xain elan etmişlər. Nəticədə Osmanlı dövlətinin daxilində türkmanların rolu, önəmi azalmağa başlamışdır. 15-ci əsrdə yenidən bərpa edilmiş Osmanlı dövlətinin ordusuna, idarəetmə sisteminə əsgər və məmurların yığılması üçün Devşirmə sisteminə üstünlük verilmişdir ki, bu sistemə uyğun olaraq əsgərlər və məmurlar xaçpərəst ailələrindən toplanırdı. Nəticədə Osmanlı dövləti bundan sonra Anadolunun türkmanlarına deyil, devşirmələrə arxalanırdı. Yəni, əsgərlik sahəsində və dövlət idarəetmə sistemində önəm devşirmələrə verilmişdir. Devşirmələr isə əsasən xristian ailələrdən yığılmış və sonradan islama keçirilmiş 9-15 yaş arasında uşaqlardan ibarət olmuşdur.
Odur ki, XI əsrdə Türkiyəni qurmuş türkman-səlcuk azərliləri artıq XV əsrdə Osmanlı Türkiyənin dövlət işlərindən, ordudan kanarlaşdırılmışlar. Üstünlük isə xaçpərəst ailələrindən cəlb olunmuş yenıçarlara və keçmişdə 9-cu əsrdə Bizansa hərbi, sərhəd xidməti üçün Qara dənizin quzeyindən köçmüş türk tayfalarına verilmişdir. Bizansa xidmət etmiş bu türk tayfaları Balkanda, Konstantinopolda, Anadolunun batısında, İzmirdə yerləşmişlər. Anadolu əhalisinin əksəriyyətini səlcuk azərlilərin təşkil etməsinə baxmayaraq, həmən Bizanslı türk tayfaları yeniçərilərlə, islama keçmiş digər xaçpərəstlərlə birgə azərlilərə qarşı ittifaq yaratmışlar. Nəticədə XXI əsrə qədər həmən xain, hakim ittifaq azərli çoxluğunu sıxışdırmış, azərlilərin dövlət idarəçiliyində rolunu məhdudlaşdırmış və Anadolunun azəri dilinə (Türkiyədə buna “əski dil” deyirlər) ikinci dərəcəli dil kimi yanaşmışdır. Hal-hazırda Türkiyədə azəri dili ancaq məişətdə və dini qurumlarda işlənir.
Qəflət yuxusuna dalmış Anadolu azərlilərin arasında indiki hələ ilkin aşamada olan milli oyanış, milli dirçəliş sürəci Türkiyədə məhz Rəcəb Tayyip Ərdoğanın cümhurbaşkanlığı zamanında müşahidə edilməyə başlanmışdır.
Ağrı-Kars-Ərzurum-Sivas-Kayseri-Karaman-Konya-Ankara şərti xətt üzrə geniş zolaqda, həmçinin Türkiyənin diğər yerlərində yaşayan Azər mənşəli türklər 40 milyon civarındadırlar. Keçmiş Bizans türklərin indiki nəsilləri yeniçərilərin nəsilləri ilə qeyri-rəsmi ittifaqı davam etdirsələr də, lakin onların sayı Anadolu azərlilərin sayından iki dəfə azdır. Buna baxmayaraq, onlar Anadolu azərlilərə qarşı xain mücadilədən əl çəkmirlər. Güclərini artırmaq üçün bu xainlər həm tədhişçi (terrorçu) FETO ilə, həm də kürd tədhişçilərin PKK quldur təşkilatla və onun leqal uzantısı olan kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) firqəsi ilə ittifaq yaratmaq istəyindədirlər ki, hakimiyyəti yenidən özlərinə qaytararaq dirçələn azərliləri yenidən sıxışdırmağa davam edə bilsinlər.
Xain FETO, PKK, HDP-nın arxasında isə Türkiyəni zəiflətmək, əzmək istəyən Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa, İsrail, Rusiya və digər antitürk ölkələri dayanır. Belə ağır şəraitdə Türkiyəyə güclü öndər-rəhbər gərəkdir, ki, daxili və xarici düşmənlərin hücumlarını Türkiyə uğurla dəf edə bilsin. Bu cür səmərəli öndərliyə, məncə, hələlik Rəcəb Tayyip Ərdoğan daha münasibdir. Təbii ki, heç kəs əbədi deyil, Türkiyədə yeni öndərlər yetişməkdədir. Bu öndərlərin yetişməsinə Ərdoğan köməklik etməlidir və edəcək də. Xarici və daxili düşmənlərin ağır hücumlarına məruz qalmış Türkiyədə hal-hazırda prezident cümhuriyyəti idarəçiliyi və Ərdoğanın cümhurbaşkanı kimi olması daha tərcihlidir. Lakin, düşünürəm ki, yaxın 3-4 il ərzində güclənəcək Türkiyədə artıq qarışıq prezident-parlaman idarəçilik sisteminə keçmək üçün münbit şərait yaranacaqdır. Hələlik isə, məncə, Türkiyə üçün mövcud sistem daha münasibdir.
Odur ki, mən Türkiyə azərliləri, “Krım azaklı”-ları (Krım tatarları), çərkəzləri, lazları, xoş gələcəyini düşünən kürdləri, boşnakları (onların da kökündə 9-cu əsrdə Uraldan macar türklərlə birgə Balkanlara gəlmiş və o tarixi dövrdə oğuz əsilli olmuş başkırd türkləri dayanır) indiki taleyüklü seçimlərdə Cümhur İttifaqına, Ərdoğana səs verməyə çağırıram ki, Türkiyənin müstəqil inkişafı, Anadolu azərlilərinin milli dirçəliş sürəci daha güvənli şəraitdə davam edə bilsin.
Anadolunun Azər xalqının qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, 15-ci əsrdə iqtidar tərəfindən qəsdən qərq olduqları indiki zəif elat durumundan 2033-cü ilə qədər millət durumuna yüksəlməyi bacarsın və azəri dilinin Səlcuk dönəmində olduğu kimi dövlət dili statusunu bərpa edə bilsin.
Türkiyə qarşısında böyük xidmətləri olmuş, hörmət bəslədiyim öndər Mustafa Kamal Atatürk ciddi bir səhvə yol vermişdir. Bu səhv ondan ibarət olmuşdur ki, rəsmi türk dili qismində düzgün ləhcə seçilməmişdir. Türkiyəni yaratmış, onun əhalisinin çoxluğunu təşkil edən səlcuq azərlilərin azəri dili deyil, vaxtilə Bizansa hərbi xidmət etmiş və Qara dənizin şimalından gətirilmiş türkdilli tayfaların dili təyin edilmişdir. Türkiyənin indiki çox qüsurlu rəsmi əlifbası da məhz bu Bizanslı türklərin dilini əks etdirir. Nəticədə biz, azərlilər, Türkiyənin indiki yazılı dilini oxumaqda çətinliklə üzləşirik, türk şifahi danışıq dilini daha asan anlayırıq.
Azərlilərlə türklər arasında bu cür süni çətinliklərin yaradılmasında xüsusi xidməti erməni Aqop Martayan (Dilaçar) göstərmişdi. Ötən əsrin 20-ci illərdə Türkiyə üçün latın əlfbasının hazırlanması ona tapşırılmışdır. Hərçənd bunun üçün o zaman Azərbaycanda mükəmməl latın əlifbası var idi, üstəlik də bizim dilçilərimiz ümumtürk əlifbasını da işləmişlər. Lakin həmən Aqop Martayan elə qondarma əlifba qoşub-düzdü ki, nəticədə Türkiyə türkləri ilə azərlilər arasında əlifbadan ibarət olan yeni sədd inşa edilimiş oldu. Bəli, bu cür yöndəmsiz “əlifbaya” görə məsuliyyət həmçinin Atatürk daşıyır. Artıq bu səhvlərin düzəldilməsi vaxtı yetişmişdir. İlk növbədə dil quruculuğunda Türkiyədə azəri dilinə, azəri əlifbasına arxalanmaq lazımdır. Unutmaq lazım deyil ki, miladdan öncə min illər ərzində Anadolu həmçinin azərlilərin əcdadlarının məskəni olmuşdur, indiki Türkiyəni isə səlcuq azərliləri qurmuşlar.
Unutmaq lazım deyil ki, latın əlifbasının kökündə azərlilərin qədim əlifbası durur. Bəli, bizim tarixçilər Naxçıvanın Gəmiqaya dağında və Bakının yaxınlığında yerləşən Qobustan dağların qayalarında dünyanın ilk hərfli əlifbanı aşkar etmişlər. Bu Gəmiqaya-Qobustan əlifbası finikiya, yunan, latın əlifbaların kökündə durur : АЖДАР ФАРЗАЛИ. НОЕВ КОВЧЕГ И ГЯМИГАЯ-ГОБУСТАНСКИЙ АЛФАВИТ (переиздание с приложениями, дополнением) Баку – 2014. http://zagatala.cls.az/front/files/libraries/2476/books/266745896.pdf (ƏJDƏR FƏRZƏLİ . NUHUN GƏMİSİ VƏ GƏMİQAYA-QOBUSTAN ƏLİFBASI).
Dünyada sayı 100 milyondan artıq insanı olan Azər xalqı vardır. Azər xalqının əsas hissələri yığcam halda Azərbaycan Cümhuriyyəti, Türkiyə, İran, İraq, Suriya, Əfqanıstanda yaşayır. Azər xalqının bütün bu hissələri üçün hazırladığım məxsusi milli inkişaf strategiyaları urus dilində yazdığım 120 vərəqli “Предстоящие в XXI веке стадии развития и реализации азерлийской национальной идеи” (“XXI əsrdə azərli milli məfkurəsinin baş verəcək inkişaf və gerçəkləşdirmə mərhələləri”) araşdırmamda əksini tapmış və sosial şəbəkədə 2009-cu ilin yayında yerləşdirilmişdir. İndi də bu araşdırmadan pul qazanmaq üçün müxtəlif şəxslər araşdırmanı internetdə yerləşdirərək onun ancaq ilk səhifələrini oxumaq üçün açırlar ki, tam mətnini oxumaq istəyənlər pul ödəsinlər (bununla da mənim müəllif hüquqlarımı pozaraq).
Bu tədqiqatımda mən Azər xalqının ayrı-ayrı hissələri üçün, o cümlədən Türkiyədəki Azər gövmi üçün, yerli şəraitə müvafiq olaraq məxsusi milli məfkurələri də təqdim etmişdim.
Hal-hazırda müxtəlif ölkələrdə yaşayan Azər elləri üçün vahid milli ad hələ də mövcud deyil. Belə ki, Azərbaycan Cümhuriyyətində yaşayan Azər xalqının üzvlərinə qondarma, yöndəmsiz “azərbaycanlı” adını 1936-cı ildə Sovet ölkəsinin başçısı, tədhişçi (terrorist), bolşevik Stalin qoymuşdu. Biz isə özümüzü “türk, azəri, müsürman” adlandırırdıq, hətta 1936-cı ilə qədər bizim rəsmi adımız “türk” olmuşdur. Türkmənistanda islama qədər Azər xalqının “kaspi” eli yaşamışdır, sonradan islamı qəbul edən kaspilərə 9-cu əsrdə “türkmanənd” adı farslar tərəfindən verilmişdir ki, sonradan bu ad “türkmən” kimi səslənirdi. Türkiyə əhalisin yarısını təşkil edən Azər mənşəli insanlara “səlcuk, türkmən” demişlər, sonradan onları “osmanlı, türk” adlandırmışlar. İranda 1925-ci ilin fars çevrilişindən sonra milli təqiblərə məruz qalmış Azər türklərinə qeyri-müəyyən “iranlı” adı verilmişdir, hərçənd biz orada “türk, azəri” adımızdan indiyə qədər əl çəkmirik. İraqda, Suriyada Azər xalqının hissələri “türkman” adlandırılır. Əfqanıstanda bir neçə milyonluq Azər ellərinə “əfşar, qızılbaş, gilzai” deyilir.
Artıq Azər xalqını bütün bu hissələrinə vahid milliyyət adının verilməsi vaxtı yetişmişdir. Bu cür ümumi adımızı təklif etmək çətin deyil. Həmən təklifi də yuxarıda göstərilən 2009-cu ilin araşdırmamda mən təqdim etmişdim. Belə ki, bütün 100 milyonluq xalqımız, millətimiz, qövmlərimiz (etnos) üçün üçün vahid ad “Azər xalqı, Azər milləti, Azər qövmi” olmalıdır. “Milliyət” anlayışı xalqın hər insanın öz millətinə mənsubiyyətini bildirir. Millətimizin adı “Azər” olmasını, millətə mənsubiyyəti isə “-li“ şəkilçisinin bildirdiyini nəzərə alsaq, onda milliyyətimizin adı da “Azərli” olmalıdır. Beləliklə, bütün Azər mənşəli insanlara “Azərli” deyilməlidir. Bəli, biz milliyətimizin “azərli” adını 100 milyonluq Azər xalqının bütün üzvləri üçün mütləq tətbiq edəcəyik.
Bu haqda məlumatı mən həmçinin görücü Mişel Nostradamusun Fransa kralı II Henrixə yazdığı məktubunda aşkar etmişdim. Belə ki, məktubun əsl mətnində “Azoarains” adı altında bir xalqın adı təqdim edilir. Təssüflər olsun ki, bəzi şərhçilər bu adı təhrif edərək onu “Fələstinlilər” kimi təqdim edirlər, məsələn, Nostradamusa aid mətnlərin yozmaları ilə məşhurlaşan John Hogue. Əsl mətnində yazılır ki, “Azoarains”-lar “zəhərli şirnikləndirici işlərlə bala acı səfra qatmaq istəyində olmuşlar ki, bu da yeddinci minilliyə yaxın müddətdə baş verəcək, yəni, o zaman ki, İsus Xristosun müqəddəs ismi quzeydən gələcək inamsızların taptağları altında daha qalmayacaq. Dünya isə ulu yanğına yaxınlaşacaqdır.”. Yəni, Nostradamusun məktubunda bəhs olunan hadisələr Qiyamətin ərəfəsində baş verəcəkdir. Bəli, bəşəriyyət hal-hazırda artıq Qiyamətin baş verəcək zamanın ərəfəsindədir.
Bəs “Azoarains” – ların “şirnikləşdirici” işlər nədir? Bu işlər Azərbaycanda, sonra isə Azəristan superdövlətində baş verəcək yeni tənmayadarlıq ictimai quruluşun inşası ilə əlaqəlidir. Bu tənmayadar quruluşu Azəristanda yaşayan xalqlara az müddət ərzində elə bir yüksək həyat səviyyəsini təqdim edəcək ki, dünyanın ilk növbədə geridə qalmış ölkələr həmən tənmayadar quruluşa keçməyə meyl göstərəcəklər.
“Azoarains” kəlməsi üç hissədən ibarətdir: qövmi (etnik) ad “Azoar”, şəkilçilər “-a” və “-ins”. “Azoar” qövmi adı əslində “Azər” qövmi adıdır. Fransız əlifbasında “-ə” hərfi yoxdur, fransız tələffüzündə “-ə” səsi, foneması yoxdur. Odur ki, ekstrasens seansları ərzində gələcəyə dalmış Mişel Nostradamus gələcəyə dair səhnələrdə eşitdiyi “Azər” qövmi adındakı “-ə” səsini fransız dilinin tələffüzünə uyğun ikili “-oa” səslə əks etdirmişdir ki, bu da əsl azər tələffüzünə nisbətən yaxındır. Çünki azərlilər “-ə” səsini ifadə edəndə dodaqların mövqeyi “-e” və “-a” fonemlərin dodaq mövqelərin arasında olan orta mövqeyinə uyğundur. Fransız dilində “-a” şəkilçisi azəri dilindəki “-li” şəkilçisinə münasibdir; “-ins” şəkilçisi isə bizim “-lər” şəkilçisinə uyğundur.
Beləliklə, Mişel Nostradamusun təqdim etdiyi “Azoarains” qövmi adı bizim “Azərlilər” qövmi adıdır.
Həmçinin göstərilən araşdırmamda xalqımızın bütün hissələrini vahid Azər xalqının təşəkkülü istiqamətində aparacaq yol üçün ümumAzər inkişaf strategiyasının mərhələlərini də təqdim etmişdim. Cəmi üç ardıcıl inkişaf mərhələlərini təklif edirəm – “Tənmayadarlı azərçilik”, “Tənmayadarlı panazərçilik”, “Tənmayadarlı azərmərkəzçilik” mərhələləri. Bu mərhələlər arasında məxsusi kecid dövrləri vardır.
Birinci “Tənmayadarlı azərçilik” mərhələsində elə məxsusi inkişaf baş verməlidir ki, onun nəticəsində ən azı üç əsas Azər ölkəsi – Azərbaycan Cümhuriyyəti, Türkiyə, İran birləşərək konfederatif superdövlətlərini yarada bilsinlər. Mişel Nostradamusun Fransa kralı II Henrixə yazdığı məktubun təhlili əsasında müəyyən etdim ki, Azərbaycan Cümhuriyyəti, Türkiyə və İran təklif etdiyim konfederativ superdövlətlərini 2033-cü ildə təsis edəcəklər. Yeri gəlmişkən, Nostradamus öz almanaxlarında dünyanın yaradılmasından sonra yeddinci minilliyin başlama tarixi müxtəlif üç ilə bağlayırmış, lakin daha çox 2033-cü il göstərilirdi. Bəli, indi aydındır ki, ən düzgün tarix 2033-cü ildir. Yəni, 2033-cü ildə Azəristan superdövlətin yaradılış günü həmçinin Nostradamusun təqdim etdiyi yeddinci minilliyin ilk günü olacaqdır.
Dahi görücü Mişel Nostradamusa görə, İranın indiki molla iqtidarı tərəfindən şiddətli məhrumiyyətlərə, tədhişə (terrora) düçar qalmış İran xalqların müraciətləri əsasında ordumuz 2032-ci ildə İrana daxil olaraq xalqları molla rejimindən azad edəcək (mollaların özbaşınalıqlarından bezmiş və əksəriyyəti azərlilərdən ibarət olan İran ordusu bizim ordumuzun yürüşünə mane olmayacaq). 2033-cü ildə Azərbaycan Cümhuriyyəti, Türkiyə və İran tərəfindən qurulacaq konfederativ superdövlətin əhalisinin 60% civarında azərlilərdən ibarət olacağına görə bu superdövləti “Azəristan” adlandırmışam.
Nostradamusun bir katrenində də göstərilir ki, həmən superdövlətdə ad çəkilməyən cəmi 7 ölkə mövcud olacaq. Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindəki gizli informasiya dibinin mən tərəfdən hazırlanmış məxsusi tədqiqat texnologiyası vasitəsi ilə müəyyən etdim ki, həmən 7 ölkə bunlardır: Azərbaycan Cümhuriyyəti, Türkiyə, İran, Türkmənistan, Gürcüstan, İraq və Suriyanın sünni hissəsi (Suriya şiə və sünni dövlərtlərə bölünəcəkdir – Dalinin “Yeni insanın...” tablosunun gizli informasiya dibindən əldə etdiyim məlumata görə, şiə dövləti Ağ dəniz sahili boyu uzanan Ənsariyyə dağ silsiləsini, İordaniya qədər davam edən dağ silsiləsini, o cümlədən Dəməşq şəhərini əhatə edəcək).
Azəristanın mərkəzi Bakı şəhəri olacaq. Təsadüfi deyil ki, məhz Bakıda yaxın zamanda İmam Mehdi Sahibi əz-Zaman, yaxud “Yeni insan”, yaxud “Xilaskar” (bu adlar eyni insana məxsusdur) zühur edəcəkdir. Bunula əlaqədar diqqətimi Məhəmməd Peyğəmbərə aid olan bir hədis cəlb etmişdir (https://www.youtube.com/watch?v=vEiSITuSLf0). Həmin hədisdə göstərilir ki, İmam Mehdinin Qiyamət ərəfəsində zühur etməsi tarixi Suriyada baş verəcək xalq üsyanı ilə əlaqəlidir ki, həmən üsyanın başlanacağı isə “uşaq oyunu” ilə bağlı olacaq.
Suriyada prezident Bəşər Əsədin antimilli iqtidarına qarşı xalq üsyanı 2011-ci ilin mart ayında məhz “uşaq oyunu” ilə başlanmışdı. Belə ki, Suriyanın Dərya şəhərində yeniyetmə məktəblilər tərəfindən martın 6-da evlərin divarlarında hökümətə qarşı şüarlar yazılmışdır. Həmən yeniyetmələri təhlükəsiz xidməti həbs etmiş və sorğular zamanı şagirdlərə işkəncələr verilmişdir. Tutulan uşaqların qohumları martın 18-də polis məntəqəsinə gələrək uşaqların azad edilməsini tələb etmişlər. Cavabında polis atəş açaraq 4 nəfər adamı öldürmüşdür ki, bu olay əhalini silahlı üsyana qalxmağa sövq etmişdir.
Hədisdə deyilir ki, xalqın qiyamı 12 il davam edəcək, sonra isə İmam Mehdi zühur edəcək. Elə çıxır ki, İmam Mehdinin zühuru 2023-cü ildə mart ayının 18-dən sonrakı müddətdə baş verəcəkdir. Diğər hədisdə isə güya deyilir ki, qiyam 2029-cu ilə qədər davam edəcək ki, İmam Mehdi ondan sonra üzə çıxacaq. Lakin, məncə, İmam Mehdinin zühuru üçün 2023-cü il daha düzgün tarixdir. Niyə? Çünki Qiyamətə qalan zaman çox azdır, bu ümumbəşər bəlası ilə əlaqədar təcili görülməli hazırlıq işlərimiz isə həddindən çoxdur. Sürətlə yaxınlaşan Qiyamətə qədər qalan hər il artıq gızıl qiymətindədir. Odur ki, Suriyada Bəşər Əsəd, yaxud Azərbaycanda İlham Əliyev kimi antimilli diktatorların getməsinə artıq bir ilimiz də yoxdur. Bu diktatorlar elə cari ildə rədd olub getməlidirlər. Düşünürəm ki, bu işin dinc yolla həll edilməsində Türkiyə başkanı Rəcəb Tayyib bəy yardımını əsirgəməyəcək.
Azərbaycanda bəzi siyasətçilər hesab edillər ki, cənab Ərdoğan Azər xalqının tərəfində yox, İlham Əliyevin tərəfindədir. Lakin onlar yanılırlar. Məncə, Ərdoğan xalqımızın tərəfindədir. Lakin Ərdoğan gerçək siyasətçidir və çalışır ki, İlham Əliyevlə yaxşı münasibətlər saxlasın ki, xain Əliyev faşist Putinin qucağına düşməsin. Əfsuslar ki, Putinin qarşısında Əliyev tez əyilir və buna görə dəfələrlə Azər xalqına, eləcə də Ərdoğana xəyanət etmişdir.
Təkrar edirəm, üzərimizə Qiyamət kimi dəhşətli ümumbəşər bəlası gəlir ki, onun öldürücü zərbələri nəticəsində bəşəriyyətin üçdə ikisi məhv olacaq. Bu cür Dünya miqyasında afətin baş verməsinə çox az müddət qalmasını nəzərə alaraq yaxşı olardı ki, Rəcəb Tayyip bəy İlham Əliyevlə təcili təmas quraraq onu iqridardan getməsinə ikna etsin. Hakimiyyət elə cari 2023-cü ildə Azər xalqının geniş dəstəyinə malik olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və Milli Şuraya qaytarılmalıdır ki, onlar müvəqqəti hökümət təşkil edərək təcili zəruri islahatlara başlasınlar və ölkədə yaxın zamanda demokratik, şəffaf, düzgün seşkiləri təşkil edə bilsinlər. Belə münbit şəraitdə İmam Mehdi də tez zühur edəcək.
Öz zühuru zamanı İmam Mehdi elə inkaredilməz dəlil-dəstavüzları təqdim edəcək ki, heç kəsdə onun həqiqi İmam Mehdi olmasına azacıq da şübhəsi qalmayacaq. Yaxınlaşan Qiyamətlə əlaqədar bəşəriyyət üzərində kürəsəl idarəçiliyi öz əllərinə daha sıx götürməyə məcbur olan fövgəl qüvvələr, yəni yadplanetlilər və Axirətin ruhlar dünyası Rusiya prezidenti Vladimir Putin kimi iblisə, dəccala (bu iblis 2028-ci ilin sonunda – 2029-cu ilin əvvəlində asılmaq yolu ilə edam ediləcək. Bu haqda məlumat Mişel Nostradamusdan gəlir) qarşı Xilaskar İmam Mehdini də göndərməkdədirlər. Hakimiyyəti arsızcasına, cinayətkarlıqla qəsb etmiş “prezident” İlham Əliyev təcili ağıllanmaq zorundadır və cari ildə iqtidardan özü getməlidir nə qədər ki, bunu nisbətən üzüsulu etmək mümkündür. Ancaq iki şərtlə bunu etmək olar – xalqımıza verdiyi zülmlərə görə üzr istəsin və özünün, ailəsi tərəfindən millətimizdən, dövlətimizdən, sahibkarların ciblərindən taladığı yüzlərcə milyard dolları xalqımıza qaytarsın. İlham Əliyev, odla oynama, əgər bunları etməsən, onda vay halına ... ən azı dediyim fövqəl qüvvələr səni bir ziyanverici həşərat kimi əzib keçərlər. İlham Əliyev, nazınla oynamaq vaxtımız, hövsələmiz yoxdur.
3) Türkiyə hal-hazırda ağır iqtisadi böhran mərhələsini yaşamaqdadır. Bu böhranın baş verməsində Türkiyə müxalifəti bir hansısa ciddi əsas olmadan ölkə başçısı Ərdoğanı günahlandırır. Bəli, digər insanlar kimi Ərdoğanın səhvləri də ola bilir. Lakin Ərdoğan istəsə də, istəməsə də iqtisadi böhranı yarada bilməz, çünki vaxtaşırı baş verən böhranları sərmayədarlığın (kapitalizmin) təbiəti özü yaradır. Qaçılmaz vaxtaşırı iqtisadi böhranlar sərmayədarlığın əsas qanunlardan birisidir.
Böhranlardan yayınmaq üçün yeqanə yol sərmayədarlığı əvəzləyəcək postsərmayədar cəmiyyətinin tətbiqindən keçir. Marksizmin baniləri Marks, Enqels, Lenin hesab edirdilər ki, onların təklif etdikləri sosializm quruluşu həqiqi postsərmayədar cəmiyyətidir və sosializmi quracaq ölkələr böhranlardan azad olacaq. Lakin tarix göstərdi ki, onlar yanılmışlar. Bolşeviklərin qurduğu “sosializm” boş çıxmış və onlar sosializmi deyil, dövlət miqyasında kommuna qurmuşlar. Yəni, bolşeviklər təməl inkişaf qanunları tərəfindən ölümə məhkum edilmiş kommunalizm quruluşu inşa etmişlər. Dünya tarixi isə təsdiq edir ki, inkişaf qanunlarına zidd olan bütün kommuna növləri mütləq qaydada məhv olurlar, SSRİ məhv olduğu kimi.
Əsl təkamül qanunu tələb edir ki, gələcək cəmiyyətin nüvəsi mütləq halda mövcud ictimai quruluşun içindən doğmalıdır. Bolşeviklərin “sosializmi” mövcud sərmayədar cəmiyyətin içindən doğmamışdı, çünki bu cür “sosializm” həqiqətin deyil, xəyalların məhsulu idi.
Sərmayədarlığın içində atrıq doğmağda olan yeni postsərmayədar ictimai quruluşun cücərtilərinə dair postsərmayədar məfkurəsi (ideyası) ilk dəfə mən tərəfindən hələ 1994-cü ilin yazında hasil edilmişdir. Təklif etdiyim yeni kamil, postsərmayədar ictimai quruluşun adını “tənmayadarlıq” qoymuşam. Bu kəlmədə yeni postsərmayədar cəmiyyətin mahiyyəti, başlıca məfkurəsi tam əksini tapmışdır. Demək lazımdır ki, postsərmayədar adı altında indiyə qədər təqim edilmiş ictimai modellərin hamısı əslində sərmayədar cəmiyyətinin variantlarıdır və onlar sərmayədarlığın əsas prinsiplərindən kənara çıxmırlar. Təqdim etdiyim Tənmayadar cəmiyyəti tarixdə ilk və yeganə gerçək postsərmayədar ictimai quruluşu olacaqdır. Niyə? Çünki gələcək tənmayadar cəmiyyəti öz məxsusi mülkiyyət münasibətləri hesabına kapital təzahürünün dar çərçivələrindən kanara çıxaraq həqiqi postsərmayədar ictimai quruluşu yaradacaq.
Sərmayədarlıqdan kənara çıxmasına iddialı olan məfkurə öncə Amerika alimləri Kelso və Adler tərəfindən təqdim edilmişdir (Kelso L., Adler M. The Capitalist Manifesto. N.Y., 1958). Onların başlıca məfkurəsinə görə müəssisə mülkiyyəti kənar səhmdarların iştirakı olmadan ancaq müəssisəsi işçiləri arasında bölüşdürülməlidir. Bunu həyata keçirmək üçün Amerikada banklar vasitəsi ilə müvadiq mexanizm 60-ci illərdə yaradılmışdır. Bu mexanizm ESOP planı (Employee Stock Ownership Plans) kimi çıxış edir. Müəssisə mülkiyyətinin işçilər arasında paylanması üçün öncə bank məxsusi ESOP fonduna borc verir, ESOP fondu bu borc maliyyəsi ilə müəssisəni onun sahibindən, yaxud sahiblərdən alır. Müəssisədə isə digər məxsusi fond yaradılır ki, həmən fond vasitəsi ilə müəssisə öz gəlirlərindən hər il ESOP fonduna ödəmələr köçürür ki, Esop fondu da öz növbəsinda banka olan borçunu ödəyə bilsin. Nəticəfə bir müddət sonra müəssisə kollektivin öz mülkiyyətinə çevrilir. Həmən mülkiyyət ancaq işçilər arasında fərdi paylar qismində bölünür. Bu cür müəssisələr fəhlə, xalq, kollektiv müəssisələr adlandırılır. ABŞ-da xalq müəssisələrində işçilərin sayı artıq 15 milyon işçi civarındadır.
Xalq müəssisəsində səhmlərlə təmsil edilmiş fərdi işçi payları öz ölçüsünə görə müxtəlifdir, çünki bu payların ölcüsü işçilərin iş stajına və maaşlarına müvafiq müəyyən edilir. Yəni, müssisədə çalışma müddəti və maaşı daha iri olan işçilərin fərdi payı nisbətən iri olur.
Müəssisədə işləməyənlər müəssisənin fərdi mülkiyyət payını əldə edə bilməzlər. Əgər işçi müəssisədən gedirsə, onun payının məbləğini işçiyə kompensasiya edirlər, payın özü isə müəssisədə qalır. Müəssisədən getmiş işçilərin payları müəssisədə qalan payçılar arasında bölünür. Bunun nəticəsidir ki, zaman ötdükcə müəssisə sərmayəsinin böyük hissəsi əsasən köhnə işçilərin əllərində cəmləşir. Məsələn, ABŞ-da kondisionerlər və qızdırıcı sistemlərin quraşdırılması ilə məşğul olan bir firmada aparılmış tədqiqat nəticəsində məlum olub ki, xalq müəssisəsinin yaradılmasından keçmiş 20-i ildən sonra 600 işçisindən cəmi 30 işçisinin əlində firmaya məxsus sərmayənin 60 % cəmləşmişdir (Казанцев А. «Рабочий капитализм» в США (по страницам американской печати) // Экономические науки, 1990, №8, с.98-105).
Xalq müəssisəsində sərmayənin bu cür təmərküzləşməsi nəticəsində köhnə işçilər daha çox gəlir əldə etməsi üçün öz fərdi paylarını müəssisədən kənara satmağa daha maraqlı olurlar. Bu və ya digər səbəblər üzündən xalq müəssisəsinin nizamnaməsi elə dəyişdirilir ki, işçilər öz fərdi paylarını kənara sata bilsinlər. Nəticədə xalq müəssisəsi adi səhmdar müəssisə halına qayıtmış olur. Odur ki, xalq müəssisə növü postsərmayədar müəssisə növü kimi hesab edilə bilməz, çünki sərmayədarlıq sistemi çərçivəsindən kanara çıxa bilmir.
Xalq müəssisə növünün süqutuna aparan başlıca səbəb müəssisə sərmayəsinin əsas hissəsinin köhnə işçilərin əlində yığılmasından ibarətdir. Müəssisə sərmayəsinin bu cür təmərküzləşmə sürəcinin qarşısının alınması üçün mən təklif etdim ki, işçilərə ayrılmış fərdi paylar öz ölçüsünə görə bərabər olsunlar. Təklif etdiyim “Tənmayadarlıq” istilahı da bu məfkurədən yaranmış oldu: “tən” – bərabər deməkdir, “maya”-nın bir mənası da azəricə “kapital” deməkdir, “dar” şəkilçisi “sahibliyə” işarə edir, “lıq” şəkilçisi isə “izm” şəkilçisi kimi ümumilik əlamətin daşıyıcısıdır, yəni ictimai quruluşu bildirir.
Tənmayadar müəssisəsində digər işçilərin fərdi payları ilə eyni ölçüdə olan fərdi tənmayadar payın sahibinə “tənmayadar” deyilir. Tənmayadar müəssisələrində işləyən işçilər əslində tamamilə yeni tənmayadar sinfinin nümayəndələri olacaqlar. Tənmayarlıq ictimai quruluşun xüsusiyyətlərini ilk dəfə araşdırmamda təqdim etmişdim: Гасанли А. Танмаядарный манифест, или танмаядарлыг – строй после капитализма и до социализма // Монитор, 1997, № 6, с. 19-23; Ганун, 2003, № 9, с. 52-61 (Həsənli A. Tənmayadar manifesti, yaxud tənmayadarlıq – sərmayədarlıqdan sonra və sosializmdən öncə ictimai quruluş).
Əgər mövcud sərmayədar xalq müəssisəsində hər işçinin əsas məqsədi öz fərdi mülkiyyət payının böyüməsindən ibarətdirsə, bundan fərqli olaraq tənmayadar müəssisəsində işçinin əsas məqsədi öz əmək məhsuldarlığının artırılmasında olacaq. Çünki fərdi payların bərabər ölçüdə saxlanılması qaydası tənmayadar üçün fərdi payının digər işçilərin payları hesabına artmasını mümkünsüz edir. Odur ki, daha çox gəlir əldə etmək üçün tənmayadar öz əmək məhsuldarlığının artırılmasında maraqlıdır. Nəticədə sərmayədar müəssisəsi ilə müqayisədə tənmayadar müəssisəsində əmək məhsuldarlığı əsaslı surətdə daha yüksək olacaqdır. Bu isə tənmayadar quruluşun sərmayədar quruluşu üzərində dünya miqyasında zəfər çalması ilə yekunlaşacaq. Tənmayadar müəssisə növü sayəsində tənmayadar ölkəsində mülkiyyət xalqın öz əlində toplanacaq ki, bu da xalqın sürətlə zənginləşməsinə, gerçək iştimai nəzarətin tətbiq etməsinə, demokratiyanın hələ görünməmiş inkişaf zirvələrinə qalxmasına səbəb olacaqdır.
Keçmiş Sovetlər ölkəsində mülkiyyət rəsmən xalqın elan edilsə də, lakin bu mülkiyyət nə xalqa, nə də hansısa bir şəxsə məxsus olmamışdır. Axı Sovet dönəmində mülkiyyət ancaq dövlət mülkiyyəti qismində çıxış edirdi. Dövlət mülkiyyəti isə bütün xalqın mülkiyyəti elan edilsə də, lakin konkret olaraq heç kimin deyildi. Heç bir şəxs deyə bilməzdi ki, məsələn, dövlət fabrikada hansısa dəzgah onun şəxsi mülkiyyətidir. Nəticədə sovet ölkəsində yeqanə mülkiyyət növü olmuş dövlət mülkiyyəti simasız və yiyəsiz mülkiyyət olmuşdur ki, bu da həmən mülkiyyətin talanması üçün yaxşı zəmin yaratmışdır.
Sovetlər Birliyi dövlət miqyasında kommuna olduğu üçün işçilər arasında istehlak kommunaya xas olan qaydada yerinə yetirilirdi. Yəni, çalışılırdı ki, müəssisədə əldə edilmiş gəlir bütün işçilər arasında nisbətən tən qaydada bölünsün. Bu cür tən istehlak isə insanları daha səmərəli, məhsuldar işləməyə təşviq etmirdi. Odur ki, cəmiyyətdə məhsuldarlıq aşağı səviyyədə saxlanılırdı. Nəticədə Sovet kommuna sistemi məhv oldu.
Tənmayadar müəssisəsində hər tənmayadar müəssisənin bərabər sahibidir. Yəni, tənmayadar mülkiyyəti sahibsiz deyil və tənmayadar işçiləri öz müəssisəsinin fəaliyyət göstəricilərinə daim nəzarət edəcəklər. Tənmayadarlar öz müəssisəsinin sahibi olduğu üçün müəssisənin gəliri hər tənmayadarın sərf etdiyi əməyə münasib bölüşdürüləcək. Yəni, yaxşı işləyən tənmayadar daha yüksək maaşla mükafatlandırılacaq. Nəticədə tənmayadar müəssisəsində əmək məhsuldarlığı daim yüksələcəkdir ki, bu da gələcək dünya tənmayadar sisteminin sərmayədar sistemi üzərində qələbəsi ilə nəticələnəcəkdir.
Tənmayadarlıq dünyanın parlaq gələcəyi, “qızıl əsrin” təməlidir.
Tənmayadarlıq haqqında məlumatı həmçinin Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərində də kəşv etmişdim. Dalinin bu tablosunda “Tənmayadarlıq” istilahı rəmzi vasitələrlə təqdim edilmişdir. Belə ki, tabloda Yer kürəsi ağ parçanın üzərində yerləşdirilmişdir. Ezoterikada ağ rəngin əsas mənası “bərabərlikdir”. Bu isə “tənmayadarlıq” istilahının birinci “-tən” komponetinə işarədir.
Ağ parçanın üzərində yerləşdirilmiş Yer kürəsi yumurta formasında göstərilmişdir. Yumurtanın əsas rəmzi mənası “həyatın başlanğıcı, həyatın mayası”dır. İnsanların, xalqların həyatını təmin edən, onları yaşadan istehsalatdır. İstənilən istehsalatın isə həyat mayası “sərmayə”-dir. Sərmayə olmasa insanlar müasir istehsalat qura bilməzlər, cəmiyyət isə məhvə doğru gedə bilər. Sərmayə hər bir cəmiyyətin “həyat mayasıdır”. “Sər-mayə” sözü azəricə “əsas kapital” mənasını verir. Yəni, “mayə”, yaxud “maya” sözünün mənası “kapital”-dır. Gördüyümüz kimi, burada “tənmayadarlıq” kəlməsinin ikinci “-maya” (“kapital”) komponenti üzə çıxır.
“Tənmayadarlıq” istilahında sahiblik əlaməti azəri dilində “-dar” şəkilçisi ilə ifadə olunur. Həmən sahib qismində isə Dünya yumurtasını sındıraraq onun içindən çıxan “Yeni insan” çıxış edir.
Tabloda Yer kürəsinin üstündə çətir yerləşmişdir. Çətirin əsas rəmzi mənası isə “hakimiyyət”-dir. “Hakimiyyət” sözündə ümumilik anlayışı vardır, çünki hakimiyyət dövlət aparatı vasitəsi ilə ölkədəki bütün vətəndaşların üzərindədir, onların hamısını əhatə edir. Yəni, hakimiyyət anlayışının əsas mənalarından birisi “ümumilikdir” ki, bu anlayış da “Tənmayadarlıq” istilahında “-lıq” şəkilçisi ilə ifadə olunur.
Beləliklə, Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosunun ön planında məhz “Tənmayadarlıq” sözünün mənası əks etdirilmişdir. Bu isə gələcək Tənmayadarlıq ictimai quruluşun bəşəriyyət üçün taleyüklü önəm daşımasına işarədir. Bəli, bəşəriyyətin beşinci ictimai quruluşu olacaq Tənmayadarlıq quruluşu üzrə məfkürənin, təlimin Vətəni Azərbaycandır. İnşallah, ilk dəfə də tənmayadar quruluşu Azərbaycanda tətbiq olacaq.
4) Batı ölkələri və Rusiya tərəfindən yaradılmış “Kürdüstan” adlı süni və qondarma məsələsi Yaxın Şərq ölkələrin, o cümlədən Türkiyənin qarşısında ciddi müşkülllər yaradır. Öz imperialist maraqlarını güdən Batı, İsrail və Rusiya digər xalqların əzəli torpaqları hesabına tarixdə mövcud olmayan qondarma “Kürdüstan” ölkəsini yaratmağa kürdləri sövq edillər. Məqsəd odur ki, Yaxın Şərq ölkələrində kürdlərin əli ilə çaxnaşmalar, müharibələr alovlandırmaqla nəticədə zəifləyəcək Yaxın Şərq ölkələri Batının, İsrailin, keçmişdə Sovet İttifaqının, indi isə Rusiyanın təsiri altında saxlaması mümkün olsun. Məhz bu ölkələr kürdləri silahlandırır, onlara maddi yardımlar yönəldir, siyasi dəstək verir.
Həqiqət isə ondan ibarətdir ki, tarixdə olmayan qondarma Kürdüstanı yaratmaq üçün “kürd” adlı xalq nə keçmişdə, nə də indi mövcud deyil, təbiətdə yoxdur. “Kürd” kəlməsi fars dilinə məxsusdur və tərcümədə “köçəri” deməkdir, yəni bu söz qövmi (etnik) məna daşımır, İranla Osmanlı imperiyası arasındakı dağlarda dağ köçəriliklə məşğul olmuş tayfaları bildirən sosial istilahdır. XIX əsrin sonuna qədər köçəri həyat tərzi sürmüş və farslar tərəfinən “kürd”, yəni “köçəri” adlandırılmış bu İran dilli tayfalar 20-ci əsrin əvvələrindən oturaq həyata keçdiyinə görə onlara “köçəri”, yəni, “kürd” deməyə artıq olmaz.
Sosial anlamlı “kürd” istilahı indi qövmi istilah kimi Iranda, Türkiyədə, Iraqda, Suriyada yaşayan 5 irandilli xalqa şamil edilir. Hərçənd bu xalqların öz adları vardır: kurmanci, sorani, zaza, qorani, kelhuri (yezidlər kurmanci dilində danışsalar da, lakin mənşəcə onlar islama keçmək istəmədiyinə görə kürdçülük pərdəsi altında gizlənmiş İraq ərəblərinin bir hissəsidir. Yezidçilik təlimini 12-ci əsrdə yaradan şeyx Adi ibn-Müsafir ərəb olmuşdur). Tarixən İran ərazisindən çıxmış bu 5 irandilli xalq bir-birindən həm antropoloyi cəhətdən, həm də dilləri ilə kəskin fərqlənirlər. Bu xalqların təşəkkülündə müxtəlif İran tayfaları ilə yanaşı samilər (ərəb və yəhudilər), türk tayfaları, ermənilər, qaraçılar iştirak etmişlər.
Göstərilən 5 irandilli xalqlar müxtəlif dillərdə danışıllar və bu dillər bir-birləri üçün anlaşıqlı deyil. Misal üçün göstərmək olar ki, kurmanci və soranilər öz dillərində danışsalar bir-birlərini anlamazlar. Türkiyədə zazalar və kurmancilər bir-birləri ilə türk dilində danışırlar, çünki öz dillərində danışsalar bir-birlərini anlamazlar. Bir halda ki, vahid kürd dili, vahid kürd xalqı mövcud deyil, onda hansı vahid “Kürdüstan”-dan danışmaq olar?
Tarixdə Kürdüstan olmayıb və olmayacaq, azı ona görə ki, vahid kürd xalqı tarixdə olmayıb və indi də yoxdur, vahid kürd ərazisi olmayıb, indi də yoxdur. Kürdüstan məfkurəsi əsasən Batı ölkələrin, Rusiyanın uydurmasıdır. Məsələn, indi qondarma “Kürdüstan”-nın paytaxtı kimi Batı ölkələri və kürd millətçiləri Türkiyənin Diyarbakır şəhərini təqdim edirlər, hərçənd kürdlər Diyarbakırda yenicə peydə olmuşlar. 1878-ci ildə Diyarbakır şəhərin əhalisi 362 300 nəfər olmuşdur ki, onlardan 180 minini ermənilər, 130 minini türklər, və cəmi 44 minini kürdlər təşkil etmişlər (https://ru.wikipedia.org/wiki/Диярбакыр). Bunun harası “Kürdüstandır”?
Tarixdə vahid kürd xalqın olmaması, onun vahid tarixin olmamasına baxmayaraq, indiki “kürd” millətçiləri süni tarix uydururlar və hətta onu qədimləşdirilməsinə cəhd edirlər. Bu azmış kimi, onlar başqa xalqların qəhrəmanlarını özlərinə aid edirlər. Daha çox kürd millətçiləri 12-ci əsrin məşhur sərkərdəsi Səlahəddin al-Əyyubini kürd kimi təqdim edirlər ki, bu minvalla Səlahəddin ordusunun zəfərlərini öz adlarına çıxarsınlar. Lakin məlumdur ki, birincisi, Səlahəddinin ordusunun zəfərlərini qazandıran on minlərlə türkman döyüşçüləri olmuşdur, ikincisi, onun ordusunda kürd döyüşçüləri yox idi, üçüncüsü, Səlahəddinin doğma soyu türk soyu olmuşdur. Bu haqda Səlahəddinin doğma əmisi Şirkux məlumat vermişdir: ”Bizim nisbə Gökbörü”. (https://www.youtube.com/watch?v=W9Up7iJxk3g).
Azəri dilinin izahlı lüğətində “nisbə” sözünün yozumu belədir: “nisbə – ərəblərdə şəxsin adından sonrakı əlavə ləqəbdir ki, bu da şəxsin hansı məmləkətə aid olduğunu, harda doğulduğunu göstərir, məsələn, Sədi Şirazi, Nizami Gəncəvi”. Şirkux bildirirdi ki, Səlahəddinin soyu “Göy börü” (“Göy qurd”) türk soyuna aiddir. Əfsuslar olsun ki, bəzi tədqiqatçılar Səlahəddinin soyunu səhvən kürd soyu kimi təqdim edirlər. Bu səhv ondan doğur ki, Səlahəddinin öz adında sadalanan nəsil adların sonunda əl-Kürd yazılır. Səlahəddinə dair araşdırmalar aparmış Azərbaycanın ikinci prezidenti Əbülfəz Əliyev (Elçibəy) müəyyən etmişdir ki, Səlahəddinin şəcərəsində əl-Kürd yox, əl-Qurd yazılır. Axı tarixən türk xalqların əsas totemi “qurd” olmuşdur, türklər özlərini qurda bənzətmək xoşlayırlar. Ərəbşünas olmuş Əbülfəz Elçibəy müəyyən etmişdir ki, orta əsrlərdə “qurd” sözü ilə “kürd” sözünün ərəb əlifbası ilə yazılışında eynilik var idi. Yəni, orta əsrlərdə ərəb əlifbası ilə “qurd” və “kürd” sözləri eyni şəkildə yazılardı. Həmən səhv bu uyğunluğundan yaranmışdır.
Görkəmli alim ibn Hellikanın “Görkəmli adamların ölüm tarixi” (Vefayat əl-ayan) əsərini əldə etmiş Elçibəy oradan iqtibas gətirir: “Sultan Səlahəddindən soruşmuşlar:
- Deyirlər ki, siz kürdsünüz. Bu doğrudurmu?
- Xeyr! – cavab verir Sultan. – Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq”. Bəli, tarixi həqiqət odur ki, möhtəşəm sərkərdə olmuş Səlahəddin al-Əyyubi-nin soyu Azərbaycandan çıxmış və Səlahəddinin rəhbərliyi altında əldə edilmiş böyük zəfərlər türk dünyasına aiddir.
Elçibəy müəyyən etmişdir ki, eyni səhvi 12-ci əsrin dahisi olmuş Nizami Gəncəvinin anasına qarşı etmişlər. Belə ki, əsərlərin birində əsl türk kimi Nizami Gəncəvi anasının surətini qurdla eyniləşdirir. Nizami farsça “mənim qurd sifətli anam” yazmış, tədqiqatçılar isə bunu “Mənim anam kürd Rəisə” kimi səhv oxumuşlar.
(https://ovqat.com/prizma/255-slahddin-yyubi-kim-idi-krd-rb-yoxsa-azrbaycan-trk.html). Əfsuslar olsun ki, Nizami Gəncəvinin azərli anası indiyə qədər səhvən kürd kimi təqdim olunur. Bu cür səhvləri düzəltmək lazımdır. Axı bu cür səhvlər kürd millətçilərin öz uydurma tarixlərinin şişirdilməsinə, qədimləşdirilməsinə xidmət edir.
Türkiyə iqtidarın qarşısında duran əsas vəzifələrindən birisi də tədhişçi kürd təşkilatı PKK-ya qarşı amansız mübarizənin davam etdirilməsindən ibarətdir. Bu iş qətiyyətlə həyata keçirilməlidir. Məsələ təkçə kürdlərlə əlaqəli deyil. Türkiyə üçün əsas təhlükə imperialist qüvvələr tərəfindən gəlir, kürdlər onların əlində ancaq maşadır. Məsələ ondadır ki, həm İsrail, həm də onun yəhudi lobbisinin güclü təsiri altında olan ABŞ “Böyük İsrailin” yaradılması xülyası ilə kürd tədhişçilərindən istifadə edərək onlara silah, maliyyə dəstəyinin göndərilməsini davam etdirirlər ki, bu yolla Türkiyəni zəif hala salsınlar. Axı İsrailin bu planına qarşı çıxan əsas güc kimi Türkiyə çıxış edir.
İslam ölkələrini məhv etmək üçün məhz ABŞ və İsrail tədhişçi İŞİD (yaxud DEAŞ) təşkilatını yaratmışlar. Onların strateji planları ondan ibarət olmuşdur ki, ərəb və türkman torpaqları hesabına Suriyanın quzeyində Kürdüstan, güneyində isə Böyük İsrail yaradılsın. Şükürlər olsun ki, şanlı türk ordusu bu antiərəb, antitürkman, antiislam planların gerçəkləşdirilməsinə imkan vermədi. Bu mənada İranın Suriyada müəyyən müsbət rolunu da inkar etmək olmaz.
Məhz ABŞ, Batı ölkələri, İsrail tərəfindən silahlandırılmış quldur kürd tədhişçi dəstələri Suriyanın quzeyində qəsb etdikləri torpaqlardan ərəb və türkman əhalisini qovaraq Türkiyə istiqamətinə yönəlmiş ən güclü köç dalğasına səbəb olmuşlar. Kürd PKK/YPG döyüşçüləri imperialist ölkələrin verdikləri silahla tutduğu ərazilərdə kütləvi surətdə qövmi təmizləmələr apararaq köklü ərəb və türkman sakinlərini qovmuş, evlərini yandırmışlar. Ərəb və türkmanları Suriyaya qaytarmaq üçün Türkiyə ordusu Suriyanın quzeyindən PKK/YPG döyüşçülərinin tamamilə qovulması üçün hərbi əməliyatları davam etdirməlidir.
Eyni zamanda Türkiyə iqtidarı kürd əhalisi arasında maarifləndirmə işinin aparılmasına böyük önəm verməlidir. Kürdlərə izah edilməlidir ki, diğər xalqların torpaqlarını işğal edərək, orada cinayətkar etnik təmizlikləri apararaq süni Kürdüstanın yaradılması əməliyyatı haram əməlidir və kürdlərin özlərinə ziyandır, çünki qovulan ellər toparlanaraq mübarizəyə qalxırlar ki, bu da kürdlər arasında böyük itkilərə səbəb olur. Bəli, başqa xalqlara məhrumiyyətlər gətirməklə tədhişçi kürdlər öz xoşbəxt həyatlarını qura bilməzlər, digər xalqlar tərəfindən təcrid olacağına görə isə öz iqtisadiyyatını, normal həyatlarını təşkil edə bilməzlər.
Nəhayət, kürdlərə izah edilməlidir ki, əgər ABŞ, Batı, Rusiya, İsrail tərəfindən süni Kürdüstan məfkurəsinə hər tərəfli dəstəyi olmazsa, onda PKK/YPG döyüşçüləri asanlıqla darmadağın olacaqlar ki, bu da gec, ya tez mütləq baş verəcəkdir. Azad ediləcək torpaqlarına qayıdacaq xalqlar isə kürdləri oradan qovacaqlar.
ABŞ, Batı, Rusiya, İsrailin kürd tədhişçilərinə dəstəyi isə əbədi deyil, yaxın zamanlarda bu dəstək tamamilə yox olacaq. Məsələ ondadır ki, Yer kürəsinə yaxınlaşmaqda olan qatil-ulduz Tifonun törədəcək dünya zəlzələsi nəticəsində Kanada və ABŞ məhv olacaqlar. Odur ki, yaxınlaşan Tifon kainatda aşkar edilən kimi Kanada və ABŞ əhalisinin hər il on milyonlarla insanı Güzey Amerikadan köç etməyə başlayacaqlar. Belə şəraitdə ABŞ-ın kürd tədhişçilərinə bir sent belə ayırmağa nə imkanı, nə də istəyi olacaq.
2029-cu ilin əvvəlində Rusiyada indiki faşist rejimi çökəcək və artıq Rusiya tərəfindən silahlı kürdlərə heç bir yardım edilməyəcək. İsrailin də vəziyyəti yaxın illərdə ciddi tərzdə ağırlaşacaqdır, çünki İsrailin indiki avantyurist, ekstremist iqtidarı ökləni ölümcül istiqamətə - ərəblərlə müharibələr istiqamətinə yönəldir.
Bəli, təcəvüzkar silahlı kürd tədhişçilərinə yaxın gələcəkdə heç bir xalq, heç bir ölkə yardım etməyəcək. Nəticədə kürd tədhişçiləri darmadağın olacaqlar və heç bir süni Kürdüstanı qura bilməyəcəklər. Onlardan sağ qalanlar isə dustaqxanalarda çürüyəcəklər. Beləlklə, süni, xülyalı Kürdüstan uğrunda müharibə etmək tədhişçi kürdlər üçün heç bir məna kəsb etmir və onlara ancaq bədbəxtliklər gətirəcək.
İnşallah, yaxın zamanda Azər xalqı hamımızı bezdirmiş “prezident” İlham Əliyevin indiki talançı, rüşfətxor, antitürk, yaramaz, yezid iqtidarından azad olacaq. Ondan sonra Türkiyənin qarşısında dayanan mürəkkəb vəzifələrin həllində Azərbaycan var gücü ilə iştirak edəcək.
Bizim birqə fəaliyyətimizin strateji istiqaməti ondan ibarət olacaq ki, Türkiyə və Azərbaycan arasında münasibətlər konfederasiya istiqamətində inkişaf etdirililsin. 2033-cü ildə isə Türkiyə, Azərbaycan Cümhuriyyəti irtıca molla iqtidarından azad olacaq İranla birgə Azəristan konfederativ superdövlətini quracaqlar.
Ondan sonra isə Azəristan superdövəti bütün türk dövlətlərini Turan İttihadında (Assosiasiyada) birləşdirəcək. Bununla da türk dünyasının möhtəşəm dirçəliş, inkişaf sürəcinə start veriləcəkdir. Azəri dili öncə Turan İttihadında ümumtürk ünsiyyət dili kimi fəaliyyət göstərəcək, sonra isə dünyanın yeni beynəlxalq dili kimi dünya xalqları tərəfindən qəbul ediləcək.
Tarixi Böyük Azərbaycan türk dünyasının törənişini təmin etmişsə, gələcək Azəristan superdövləti isə türk dünyasının itirdiklərinin ehyası, bərpası ilə məşğul olacaq, Avrasiya yenidən Doğuda Sakit ümmanından Batıda Macarıstanın türk mənşəli macarlara qədər türk məkanına çevriləcək.
Azər Əbdül-Əli oğlu Həsənli
20.04.2023