Найти тему
Məhəmməd Budaqov

Qızılgüllərə yaz qulluğu

Qızılgül və bəzi qışa davamlı bitkilərin yarpaqları qismən də olsa soyuq aylarda qalır. Erkən yazda isə yeni yarpaqlar əmələ gəlir. Təzə cücərtilərin başlaması havaların istilənməsinin nişanəsidir. Elə bu zaman köhnə ildən qalan yarpaqların qırılmasının vaxtıdır. Belə yarpaqlarda ötən ildən qalan bir çox zərərvericilər, onların yumurtaları, eləcə də bəzi bakteriya və virus xəstəlikləri ola bilər. Odur ki, köhnə yarpaqlardan yeni yarpaqlara yoluxma halı baş verməməsi üçün onları təcrid etmək lazımdır. Qırılmış yarpaqları bitkidən uzaqlaşdırmaq lazımdır. Yeni yarpaqlar cücərməyə başladığı an onun inkişafını dayandırmaq olmur. Odur ki, arxayınlıqla köhnə yarpaqları qıra bilərsiniz. Havanın və torpağın istilənməsi təzə pöhrə və yarpaqların inkişafına stimul verir.