Bildiyiniz kimi, mod olunmuş WhatsApp Plus versiyaları üçün müəyyən vaxt aralığı ilə yeni versiyalar çıxır. Bu yeniləmələr sayəsində bir çox hallarda WhatsApp Plus-da olan səhvlər düzəldilir, yeni xüsusiyyətlər əlavə edilir və istifadə müddəti uzadılır. Yeniləmə mövcud olduqda yeni versiya xəbərdarlığı olaraq istifadəçilərə bu haqda bildiriş göndərilir. WhatsApp Plus yeniləmə qaydası necədir? Bir çox istifadəçi istifadə etdiyi WhatsApp Plus-u yeniləməsi üçün WhatsApp Plus tətbiqini telefonundan silir və yeni versiyanı yenidən yükləyirlər. Bu halda, istifadəçinin mesaj və faylları silinir, mesaj və fayllarını nüsxələməyibsə, onları geri bərpa edə bilmir. Bu cür problemlərin qarşısını almaq üçün istifadə etdiyiniz WhatsApp Plus-un paket adını bilmək kifayətdir. Yeniləmə bilidirişi gəldiyi zaman əvvəlki versiyanı silmədən istifadə etdiyiniz paket adı ilə eyni paket adına sahib WhatsApp Plus-u saytımızdan yükləyib quraşdırmalısınız. İstifadə etdiyim WhatsApp Plus-un paket adı nədir? Saytı