"Patriot tvaz " xəbər verir ki, Zəfər Qurultayı aprelin 22-23-də Şüşa şəhərində keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir: “Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Dünya azərbaycanlılarının mötəbər tədbirinin
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək: Müzakirə ediləcək məsələlər Acıqlandı.
21 апреля 202221 апр 2022
96
1 мин