Найти в Дзене
РНК PATRİOT TVAZ

Rostovda 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.

Rostov şəhərində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

 Tədbir Rostov şəhərində fəaliyyət göstərən "Birlik" Azərbaycan diasporunun kollektivi tərəfindən təşkil olunubbdur. 

"Birlik" cəmiyyətinin prezidenti Leyla Əhmədovadan 

“ Patriot tvaz" kanalına verilən məlumata görə, tədbirdə ictimai xadimlər, gənclər və təşkilatın fəalları iştirak ediblər. 

-2

Leyla Əhmədova təşkilatda fəaliyyət göstərən çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edərək hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu edib: “Əvvəllər, qadından danişanda onun evdarlığı və ailəsinə diqqəti önə çəkilirdirsə, bu gün azərbaycan qadını həyatın bütün sahəsində öncüldür və tanınınmaqdadır. İctimai həyatda fəal iştirak edərək, uğurlar qazanaraq, öz səsini eşitdirməyi bacarır”.

-3

Leyla Əhmədova Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd edib: “Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti ilə cəmiyyətin ictimai-siyasi, elm və mədəni həyatında qadınların rolu ciddi şəkildə artırılıb. Azərbaycan qadınlarının bütün sahələrdə olan uğurlarına bu gün də dövlət tərəfindən böyük qiymət verilir. Prezident İlham Əliyevin hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni sahələrində fərqlənən xanımları fəxri adlarla təltif edir”.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın çoxsahəli fəaliyyəti ölkənin çiçəklənməsi və inkişafı üçün gördüyü işlər azərbaycan qadınların ictimai həyatda oynadıqları vacib rolun bariz nümunəsidir.

-4

L.Əhmədova kollektivin bütün xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək onlara dəyərli hədiyyələr təqdim edib.

-5
-6

Tədbir iştirakçıları "Birlik" diaspora təşkilatının Qadınlar Şurasının sədri Zöhrə Əliyevanı ad günü münasibətilə təbrik ediblər.

Tədbir musiqili konsert proqramı ilə davam edib. Musiqili proqramda Rostov şəhərində fəaliyyət göstərən “Musiqi klubunun” üzvləri öz ifalarında müxtəlif musiqili kompozisiyalar təqdim ediblər.