Найти в Дзене
РНК PATRİOT TVAZ

Rostovda -21 fevral Beynəlxalq Ana dili günü qeyd olunub.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

21 fevral Rostovda diasporamızın rəhbəri Leyla Əhmədovanın rəhbərliyi və diaspora fəallarının iştirakı ilə Beynəlxalq Ana dili günü qeyd olunmuşdur. Tədbirdə iştirakçılar tərəfindən qeyd olunmuşdur ki, biz ana dilimizin Rusiyada qorunub saxlanılması və inkişafı istiqamətində aparılan işlərimizi dahada gücləndirməliyik. Hər bir azərbaycanlı ana dilində yazıb oxumağı bacarmalıdır.

Müəllif: PATRİOT TVAZ kanalının baş redaktoru

Ceyhun Əliyev.