2015 ildə Sankt Peterburq ş. yerli hakimiyyət orqanlarının qərarı ıiə General Hüseyn Xan Naxçıvanskinin heykəlinin ucaldılması ilə əlaqədar şəhərin mərkəzi küçələrinin birində yer ayrılması haqqında qərar qəbul olunubdur.
2016 ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən o vaxt ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə heykəlin layihəsi və hazırlanıb ucaldılması üçün pul vəsaitinin ayrılması haqqında göstəriş verilibdir. Həmin vəsait 2016 ilin dekabr ayında Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə köcürülübdür.
Bu işə nəzarət isə səfir Polad Bülbüloğluuna həvalə olunubdur .
Lakin heykəlin birinci arxitektoru və heykəltaraşı ilə səfir Polad Bülbüloğlu arasında razılığa gəlinmədiyi üçün bu məsələ, 2019 ilə kimi dondurulmuş vəziyyətdə qalıbdır.
2019 ildə ictimaiyyətin və KİV - lərin təkidi və tələbi ilə bu məsələ yenidən gündəmə gəlibdir.
Bu zaman artıq heykəlin arxitektoru Yevgeni Cerepaxin və heykəltəraş Mixail Popov səfir tərəfindən secilibdir.
İşçi qrupu ilə görüşən səfir Polad Bülbüloğlu onlarla razılığa gəlibdir ki, ilin sonuna kimi bu heykəlin ucaldılması təmin olunacaqdır. Lakin, bir müddət keçdikdən sonra arxitektorun və heykəltaraşın müqaviləyə əsasən nəzərdə tutulmuş əmək haqlarının bir qismi ödənilməsinə baxmayaraq, yerdə qalan hissəsi ödənilməyibdir.
Polad Bülbüloğlu heykəl ucaldılandan sonra yerdə qalan pulun ödənilməsinə söz veribdir.
Eyni zamanda ərazinin abadlaşdırılması üçün nəzərdə tutulmuş qranit daşlarının alınması üçündə səfirlik tərəfindən az miqdarda pul vəsaiti ayrılıbdır.
Bundan sonra səfirlik işçi qrupu ilə bütün əlaqələri kəsibdir, məsələ yenidən dondurulubdur.
Səfirliyin rəsmi nümayəndəsindən aldığımız məlumatda qeyd olunur ki, işlər həm pandemiyaya, həm də ki, texniki səbəblərə görə dayandırılıbdır.
Lakin tərəfimizdən Sankt Peterburq şəhərində olarkən, işçi qrupunun üzvləri səfirliyin verdiyi məlumatın tam əsassız olduğunu bildiriblər.
Artıq 2022 ildir, 6 il bundan öncə ucaldılmalı olan heykəl, hələ də ucaldılmayıbdır.
İndi siz deyin , bu məsələdə günahkar olan şəxsləri bağışlamaq olarmı?
Araşdırma davam edir.
Müəllif : PATRİOT TVAZ kanalının baş redaktoru
Ceyhun Əliyev.