Şübhə etmirəm ki, hər birimiz öz məlumatlarımızı, kənar şəxslərin gözündən qorumaq istəyirik, lakin əksər insanlar elementar olaraq təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Bugünkü mövzuda məlumatların saxlandığı hesabların şifrəsindən danışacayıq. Etibarlı şifrə nədir? Etibarlı şifrə- elə bir şifrədir ki, onu sezməsinlər və seçmə yolu ilə tapmasınlar. Güman edirəm Siz bilirsiz ki, şifrənin yad əllərə düşməsinin əsas səbəbi- müxtəlif hərf, rəqəm və simvolların kombinasiya edərək seçilməsidir. Müasir kompüterlər üçün, yalnız hərflərdən və rəqəmlərdən ibarət qısa şifrələri bir neçə saniyə ərzində tapmaq çətin deyil. Bu səbəbdən kombinasiyalardan istifadə etmək çox vacibdir — böyük və kiçik hərfləri, rəqəmləri və xüsusi simvolları növbələmək lazımdır. Şifrənin uzunluğu ən azı 12 simvoldan ibarət olmalıdır, lakin mən daha uzun şifrəni seçməyi məsləhət görürəm. Bundan əlavə, hər hesabın öz şifrəsi olması, dəfələrlə sizin məlumatlarınızın qorunmasını artırır. Nəticə olaraq məsləhətim: 1)