Rusiyada Azərbaycan diasporunun görkəmli nümayəndəsi, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim, Hacı Zeynalabdin Tağıyev adına Milli mükafat laureatı, Prezident təqaüdçüsü Ramiz Abutalıbovun doğum günüdür. R.Abutalıbov Azərbaycan
Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayan araşdırmaçıdır.
Həmin əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun misilsiz zəhməti olmuşdur. Ramiz müəllimi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.
@PATRİOT TVAZ.