Найти в Дзене
РНК PATRİOT TVAZ

Fuad Muradovdan növbəti populist çıxış!

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada çıxışı zamanı həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib. “Azərbaycan Evləri soydaşlarımız üçün nəzərdə tutulub. Bu evlər həmvətənlərimizi birləşdirən məkandır. Hər kəsi Azərbaycan Evlərini tez-tez ziyarət etməyə dəvət edirəm. Onlar sizin evlərinizdir”, - deyə bildirib. 

Fuad Muradov Komitə sədri təyin olduğu 3 il ərzində ancaq populist çıxışları , diaspora təşkilatlarında ayrı seçkilik və qarşıdurma yaradan fəaliyyəti ilə yadda qalıbdır.

Əfsuslar olsun ki, Fuad Muradov diasporamızda fəaliyyəti dövründə durğunluğu aradan qaldırmaq əvəzinə, öz qeyri - konstruktiv mövqeyi ilə orada mövcud olan problemləri daha da çətin vəziyyətə salıbdır.

Zaman gələr ki, onun diasporamızda fəsadüf insan olduğunun şahidi olarıq.

PS: Maraqlıdır Fuad Muradov özü və komitənin əməkdaşları Moskvada olarkən, Ximki şəhərində yerləşən Azərbaycan evini niyə ziyarət etmədilər?

Almaniyada fəaliyyət göstərən, Azərbaycan evi ilə Ximki şəhərində fəaliyyət göstərən Azərbaycan evinin fərqi nədədir?

Deməli biz bir daha şahidi oluruq ki, Fuad Muradovun sözləri , hər zaman olduğu kimi, əməlləri ilə uyğun gəlmir.

PATRİOT TVAZ kanalının baş redaktoru Ceyhun Əliyev