Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək. DİM-dən “Report”a verilən məlumata görə, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər: Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Ümumi orta (9 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş imtahanda iştirak edərək qeyri-məqbul qiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri; Daha əvvəl keçirilmiş imtahanlarda iştirak edərək qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən ca
Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək
12 августа 202112 авг 2021
1 мин