09 avqust 2021 tarixində Stavropol ş. "Xalqlar dostlugu" evində Stavropol regional Azərbaycan Milli Mədəniyyət Mərkəzi "Odlar yurdu" diaspora təşkilatının növbəti toplantısı keçirilmişdir.
Toplantını giriş sözü ilə təşkilatın Prezidenti Fəxrəddin Yarıyev açmışdır. O , təşkilatın 8 ay ərzində apardığı işlər və qarşıda duran tapşırıqlar haqqında məruzə ilə çıxış etmişdir.
Daha sonra təşkilatın üzvləri və diaspora fəalları məruzə ətrafında çıxış edərək, bundan sonrada daha da fəal olmağa və Stavropol diyarında fəaliyyət göstərən diaspora təşkilatları ilə əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu vurğulamışlar.
Toplantının sonunda saz, söz ustası, şair Şaiq Mədətoğlu sazda el havası səslləndirmiş, bazar günü məktəbinin şagirdləri Adilə, Rüqəyyə, Fəxrəddin və İlkin toplantı iştirakçıları qarşısında çıxış edərək Azərbaycana həsr olunmuş şeirlər söyləmişlər.
Bununlada Stavropol regional Azərbaycan Milli Mədəniyyət Mərkəzinin "Odlar yurdu" diaspora təşkilatının növbəti iclası öz işini yekunlaşdırmışdır.
Müəllif: PATRİOT TVAZ kanalının baş redaktoru
Ceyhun Əliyev.