Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutu, Irəvan Komitəsi İctimai Birliyinin təşəbbüsü və PATRİOT TVAZ kanalının informasiya dəstəyi ilə yeni " Vətən üçün nə etdin" adlı layihələrin startı verildi.
Layihə dünyada yaşayan soydaşlarımıza və digər xalqlara, Azərbaycanın Irəvan xanlığının ərazisini əks etdirən xəritənin təbləgi və eyni zamanda da soydaşlarımızın yaşadıqları dövlətlərdə apardıqları işlər barəsində , sizlərə məlumatın çatdırılmasını nəzərdə tutur.
Verilişimizin ilk qonağı " Vətən üçün nə etdin" kitabında yer almış soydaşlarımızdan biri, Ukraynanın Nikolayev şəhərində yaşayan Əliyev Yunus Dəmir oğlu olacaqdır.
Yaxın günlərdə Nikolayev şəhərindən hazırladığımız verilişi siz tamaşaçılara təqdim edəcəyik.
Layihənin icracıları:
Irəvan Komitəsi İctimai Birliyinin sədri: Tofiq Həsənov.
PATRİOT TVAZ kanalının baş redaktoru
Ceyhun Əliyev.