Tokio-2020: Azərbaycan 6-cı medalı təmin edib Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib. "Report"un məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub. Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
Tokio-2020: Azərbaycan 6-cı medalı təmin edib
7 августа 20217 авг 2021
~1 мин