Türkiyə milli komandasının Avropa çempionatındakı uğursuzluğunun səbəbləri araşdırılıb. "Report"un məlumatına görə, "Akşam" qəzeti yığmanın A qrupunun ilk 2 oyununda İtaliya və Uelsə məğlubiyyətini futbolçuların təlim-məşq toplanışına qeyri-ciddi yanaşmaları, oyunçular arasındakı münasibətlərin yaxşı olmaması və transfer dedi-qoduları ilə əlaqələndirib. Nəşr iddia edir ki, mövsümün sonunda ailələri ilə planlaşdırdıqları tətil proqramı futbolçuların matçlara köklənməsinə mane olub: "Məşqçilər heyəti bunun qarşısını ala bilmədi. Millidə oyunçuları motivasiya edə biləcək şəxsin olmaması problem yaratdı. Digər önəmli amil isə arxayınlıqdır. "Biz hamını udarıq" düşüncəsinə qapılan komanda üzvləri AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaqla, vəzifələrinin başa çatdığını hesab etdilər". Qəzetin idddiasına görə, açılış matçında İtaliyaya 0:3 hesablı məğlubiyyət kollektiv daxilində problemləri daha da artırıb: "Meydana çıxan və ehtiyatda qalanlar arasındakı soyuqluq münasibətləri sarsıdıb
AVRO-2020: Türkiyə millisinin uğursuzluq səbəbləri açıqlandı
19 июня 202119 июн 2021
1
1 мин