Müasir avtomobillər getdikcə daha çox texniki cəhətdən mürəkkəbləşir. Onlarda ətraf mühitin, yanacaq sərfiyyatının qayğısına qalan bir çox sistemlər yaranır, lakin müəyyən şərtlər daxilində mühərriki əsaslı təmirədək çatdırmağa qadirdirlər. "AVTO KLUB AZƏRBAYCAN" hansı sistemlərin potensial təhlükəli olduğu barədə danışacaq.
Ondan başlayaq ki, istehsalçılar, bütün müasir avtomobil mühərriklərini qızdırmağı məsləhət görmür. Buna uyğun olaraq yanacaq çiləyici sistemləri elə tənzimlənir ki, zəngin bir qarışıq verir, bu da mühərrikin "soyuq" halda işə düşməsinə zəmanət verir. Bu həll yalnız isti mövsümdə və mülayim Avropa qışlarında təsirli olur. Bizdə vəziyyət fərqlidir.
Güclü şaxtada, müasir mühərrik artıq vəzifələrinin öhdəsindən zəif gəlir, yüklər isə kəskin şəkildə artır. Axı, güc qurğusu yağı yaymalıdır, porşenləri, silindrləri və "şatun"ları qızdırmalıdır. Nəticədə, "şatun" –porşen qrupunun ehtiyatı azalır, əgər borucuqlar kirlə tıxanırsa, onda silindrlərə yanacaq tökməyə başlay