Bir çox sürücü üçün "mühərrik yağ yeməyə başladı" ifadəsi kifayət qədər standart bir mənzərə çəkir. Hansı ki, hərəkətdə olan zaman avtomobilin arxa hissəsindən xarakterik olan yanan yağ qoxulu mavi tüstü çıxır, sahibi isə mühərrikə hər min kilometr yürüşdən bir yağ əlavə etməli olur. Bu vəziyyətdə əsaslı təmir qaçılmazdır. Lakin, mühərrik yağını dəyişməklə və bununla da artan istehlak problemini dayandırmaq üçün tələsmək olmaz. Bunu necə edə biləcəyinizi, AVTO KLUB AZƏRBAYCAN izah edcək.
Mühərrikin "yağ yeməsi"nin əsas səbəbi avtomobilin yüksək yürüşü və ya ağır iş şəraiti səbəbindən silindr-porşen qrupunun (SPQ) təbii aşınmasıdır. Ancaq başınızı tutub mühərrikə çəkəcəyiniz xərcləri hesablamağa başlamazdan əvvəl, yağın porşen halqaları ilə silindr divarları arasındakı boşluqların artması səbəbindən itkisinə əmin olmalısınız, başqa səbəb yox.
Axı, aralıqlardan (prokladka) sızmanın olması və ya yağdəyişmə qapaqlarının sıradan çıxması yağın çox ciddi itkisinə səbəb ola bilər. SPQ-nun aş