Ford Avropada “ucuz” sxem üzrə maşın satan və hər kəsin yaxşı tanıdığı markadır, tarixi vətənində isə güclü kupe və F seriyası sayəsində məşhur olub. Amma bu modellərdən başqa çoxlu qəribə, qeyri-adi və cəsarətli modellər də olub. Maşın TV Youtube kanalındakı musiqi pleylistindəki musiqiləri qoşun və gəlin ən qeyri-adi modelləri incələyək.
1958. Nucleon
İndi atom enerjisindən danışmaq ehtiyat tələb etsə də 50-60-cı illərdə Ford ciddi olaraq bütün modellərini mobil reaktorlarla təchiz etmək istəyirdi. Amerikalılar atomla işləyən maşın ideyası üzərində işləyirdilər və onun gələcəyinə inandılar. Qeyd edək ki, heç bir real prototip hazırlana bilmədi, hər biri genişmiqyaslı modellərlə məhdudlaşdı. Planları isə çox idi: iki turbinli və reaktorlu güc quraşdırması arxa tərəfdə yer tuturdu, bir nüvə enerjisi kapsullu belə avtomobil 8000 km-ə qədər getməli idi, sonra isə onu xüsusi yanacaq doldurma məntəqələrində dəyişmək olardı. Radiasiyadan müdafiə şübhə doğururdu - sürücü və sərnişini reak