Əgər, avtomobil videoqeydiyyatçısı (bundan sonra VQ) öz – özünə işləmirsə, bununla bağlı heç bir şey edə bilməzsiniz: ya təmirə, ya da zibil qabına. Ancaq biz, başqa bir geniş yayılmış problemdən bəhs edirik, bunun üçün faydalı bir cihaz istifadə etmək sadəcə mümkün deyil. VQ-nın ya pis olması, ya da avtomobilin alın şüşəsinə yapışmaması vəziyyətindən danışırıq. AVTO KLUB AZƏRBAYCAN, problemi kökündən həll edilə biləcəyi barədə danışacaq.
Deyək ki, VQ-nı şüşəyə quraşdırdıq, hər şey qaydasındadır, amma gözlənilməz bir anda, bərkidici ilə birlikdə avtomobilin döşəməsinə düşür. Sorucu qopdu! Düşən VQ-nın problemini həll etmək üçün, əvvəlcə VQ-nın sorucusunu və şüşənin səthinin təmizlənməsi tövsiyə olunur. Orada nəzərə çarpmayan bir kir qatı ola bilər – toz, tütün tüstüsü çöküntüləri və ya bənzər bir şey. Bu kir qatının hissəcikləri, sorucunun şüşəyə möhkəm yapışmasına imkan vermir və gec – tez qopur. Bu kir qatının şüşədən çıxarılması bəzən VQ-nın quraşdırılmasının etibarlılığını artırır