Hələlik şirkət yalnız renderləri göstərməyə hazırdır. Ön hissəsi Lotus Evija-ya bənzəyir, amma “britaniyalı” ilə müqayisədə yenilik nəzərəçarpacaq dərəcədə daha kiçik görünür. Ban panelləri və interyer Ampliteks materialına əsaslanan kompozitdən hazırlanacaqdır. Karbon lifindən daha ağır olmasına baxmayaraq ekoloji cəhətdən təmizdir. Son vaxtlar İsveçrə avtomobilləri haqqında getdikcə daha çox məlumat alırıq. Adətən məlumatlar startaplar haqqında olur, amma yerli mühəndislərin iddialı olmağına yalnız qibtə edilə bilər. Məsələn: yeni şirkət olan Morand Cars eyni zamanda iki hiperkar istehsal etməyi planlaşdırır: hibrid və tamamilə elektrikli. Gücləri müvafiq olaraq 1115 və 1977 at gücüdür. Maraqlıdır ki, firmaya “Le Mans” da daxil olmaqla müxtəlif avtomobil idman fənlərində mexanik və komanda meneceri kimi fərqlənən Benua Muron rəhbərlik edir. Komanda yoldaşı Erik Bulyenin də qürur duyacağı çox şey var - Lotus F1 Team və McLaren F1 komandalarını inkişaf etdirmə təcrübəsi var. İsveçrəlil