Найти тему
Report Informasiya Agentliyi

Bakıda evdən 5 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report" a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki evlərin birindən 3000 manat pul, 2000 manat dəyərində televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mayılov saxlanılıb.