Найти тему
Report Informasiya Agentliyi

Xalq artisti Rəmiş vəfat edib

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə "Report" a xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.

R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Allah rəhmət eləsin!