Найти в Дзене
Report Informasiya Agentliyi

Azərbaycanda koronavirusdan qoruyan elektron maska hazırlanıb

Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində bir neçə məhsul hazırlanıb.

"Report" xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hazırlanan məhsullar aşağıdakılardır:

Elektron qoruyucu maska:

“E-Mask” adını alan bu respiratorda xüsusi elektron müdafiə sistemi mövcuddur. İki batareya ilə işləyən maskanın ön hissəsində virusların öldürülməsi üçün nəzərdə tutulan elektron cihaz var. Maska xüsusi çip vasitəsilə idarə olunur. Xaricdən burun və ağız boşluğu vasitəsi ilə insan orqanizminə daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənir və insan orqanizminə daxil olmasının qarşısı alınır. Belə ki, viruslar üzərində olan lipid təbəqəsi maskanın qoruyucu membranından daxil olarkən parçalanır və insan orqanizmi üçün təhlükəsini itirir. Asanlıqla dezinfeksiya oluna bilən bu maska digər tibbi maska və respiratorlardan fərqli olaraq çoxdəfəlik istifadə üçün nəzərdə tutulub. Maskanın sənaye modelində enerji mənbəyinin həcmini və insan hərarətini göstərən ekranın yerləşdirilməsi nəzərdə tutulur.