Ürək üçün ən zərərli qidalar
“Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır”.
Bu məlumatları diyetoloq və qastroenteroloq Nuria Dianova “Zvezda” kanalında müsahibəsində bildirib.
Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.