Найти тему
Report Informasiya Agentliyi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə “Report” a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.