Bu həftə Avropanın bəzi ölkələrində karantin tədbirlərinin artırılması, ABŞ-da yoluxmaların və işsizliyin artımı, Çində rekord sayda yoluxmalar neft bazarında bahalaşmaya son qoyaraq sürətli azalmaya səbəb olub.
“Report” xəbər verir ki, həftənin son hərraclarında “Brent” markalı neft 2,8 faiz ucuzlaşaraq 54,84 ABŞ dolları, “WTI” markalı neft də 2,82 faiz ucuzlaşaraq 52,06 dollara satılıb.