"Brand name" piano vs "No name" piano
“No name” –məşhur olmayan firma tərəfindən əsasən aşagı keyfiyyətdə istehsal edilən malların ümumiləşdirici adıdır. Hərfi mənası “adı olmayan, adsız” olmasına baxmayaraq, həmən məhsulların üzərində adətən hər hansı bir ad qeyd edilir. Lakin, “brand name” məhsullardan fərqli olaraq bu ad istehlakçıda keyfiyyəti barədə heç bir fikir formalaşdıra bilmir – yəni bu ad sadəcə addır. Əksinə, hər hansı “brand name” adı ilə məhsulun keyfiyyəti, dünya bazarında mövqesi və s.bu tip məlumatları ötürüb, alıcıda öncədən müsbət rəy formalaşdıra bilir. Burada “brand name” və ya sadəcə brendləri “premium” (yüksək), “middle” (orta) və “mass-market” (ortadan zəif) brendlərə bölmək yerinə düşər.
Yuxarıda qeyd olunanların hamıya bəlli olduğunu və burada alış zamanı büdcənin önəmli oldğunu vurğulayacaqsız və haqqlı olacaqsız. “ No name”məhsular hətta orta brendlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı qiymətə olurlar.
Lakin bu hər zaman belə olurmu? Bu postun yazılmasının əsas səbəbi də elə budur. Premium brendləri kənara qoyaraq, ölkə bazarında musiqi alətləri sahəsində orta brendlərlə “No name” məhsulların kiçik ümumi müqayisəsini aparmaqdır. Çünki bazarda eyni qiymətə “brand name” məhsul olduğu halda həmən qiymətə “no name” məhsullar almaqla büdcə və keyfiyyət baxımından xeyli uduzmuş oluruq. Burada alət nə qədər texnoloji cəhətdən qəliz olarsa və daha uzun müddət istifadəyə hesablanıbsa məsələ bir o qədər də aktuallaşır. Musiqi sahəsində ən bariz nümünə olaraq elektron pianoları göstərə bilərik. (Digər sahələrdə: smartfonlar, kompyuterler, müxtəlif elektron məişət cihazlarını və s.qeyd etmək olar –burada adını heç eşitmədiyimiz, məşhur olmayan məhsuların alınmasında necə çəkinməmizi yadımıza salaq). Eynilə vəziyyət elektron pianolar sahəsindədir. Reklam və ya anti-reklam olmasın deyə ad qeyd etməyəcəyik, yalnız ümumi məsələlərə toxunacağıq.
Əksər hallarda piano almaq istəyənlər bu sahədə yeni olduqlarından istənilən piano adı, istər “brand name” istərsə də “no name”, onlara eyni gəlir və satıcının təqdimatını əsas götürüb, verilən məlumatları yoxlamadan, pianonun alışına gərar verirlər. Belə hallarla rastlaşmamaq üçün ilk növbədə pianonın “brand name” və ya “no name” olmasını aşkarlamaq gərəkdir. Bunu elə həmən mağazanı tərk etmədən bir neçə dəqiqə ərzində aşkarlamaq olar. Neçə? Çox asan - kiçik zaman sərf etməklə sadə internet araşdırması aparmaqla.
Brend elektron pianolar – istehsalçının brendin adını əks etdirən internet səhifesi mövcüd olur, orada en azı iki dildə (biri beynəlxalq dil, adətən ingilis, digəri doğma dil) şirkət barədə etraflı məlumat əks etdirilir. Ən əsası isə şirkətin satış şəbəkəsini əks etdirən məlumatlar olur: hansı ölkələrdə məhsulu satılır və kim tərəfində satılır. Brend pianolarda belə şəbəkə 60-70 və daha çox ölkəni əhatə edir. Burada əsas məslələrdən biri brendin inkişaf etmiş bazarlarda mövcüd olub olmamasıdır. Bunu aydınlaşdırandan sonra alətin bəzi texniki parametrlərinə diqqət edə bilərsiniz -polifoniya (64 notdan daha yüksək olmalıdır), klavişlər (hissiyatlı və çəkiç mexanizminin imitasiyası olmalıdırlar) və s. Alət alarkən hansı parametrlərə diqqət edilməsinin vacib olması haqıında əlavə məqalə paylaşarıq tezliklə. Bu günki mövzu isə elə mağazanı tərk etmədən çox qısa bir zamanda edə biləcəyimizlər barədədir. Çünki, yuxarıda qeyd etdiyimiz kimi bazarda eyni qiymətə “brand name” piano olduğu halda həmən qiymətə “no name” piano almaqla büdcə və keyfiyyət baxımından xeyli uduzmuş olarıq.
No name pianolar -cox nadır hallarda məhsulun adına internet səhifə movcüd olur. Əsasən belə pianolar Chinin daxili bazarına (və ya lokal Cənubi-Şərq Aziya bazarlarına) istiqəmətləndikləri üçün məlumat yalnız Chin dilində olur. Əsas hallarda isə, ümumən belə adda piano axtarış saytlarında tapılmır, tapılanda isə yalnız “Youtube”-a bəzi yüklənmiş videolar tapılır və ya hər hansı online mağazada adlarını görmək olur. Lakin... Ən tez və asan yoxanila bilən satış şəbəkəsi mövcüd olmur, çox önəmli olan Avropa, xüsusən də Qerbi Avropa ölkələrində, ABŞ, Yaponiya və s.inkişaf etmiş ölkələrdə belə alətlər satılmır. Bu çox vacib məqamdır – “No Name” digital pianoların aparıcı dünya bazarında mövcüd olmamaları onların keyfiyyət göstərcililərinin bu bazarlar üçün yetərincə olmadığına görədir, inkişaf etmiş bazarlar sadəcə bu pianoları qəbul etmir, çünki əsas keyfiyyət tələblərinə cavab vermirlər. Eyni zamanda da eyni qiymətə həmin bazarlarda “Brand name” pianoların olması “No name” pianolara heç bir şans saxlamır.
Bəs “No Name” pianoların ümid yerləri və “gizli” silahı nədir?
Texnoloji ve texniki tərəfdən brend pianolardan xeyli geri qalan “no name” pianolar satış əldə etmələri üçün əl adtıqları yeganə üsül pianoların zahiri görünüşünü cəlb edici etməkdən ibarət olur. Çünki heç bir halda brendlərlərlə müqayisə ediləcək dərəcədə pianonun “daxilini” istehsal etmək gücündə deyillər – səslənmə, klavişlərin mexanizmi, klavişlərinin hissiyatlığı, alətin uzunğmürlüyü, təmir qabiliyyətliliyi və s. xeyli dərəcədə aşağı olurlar.
Beləliklə, “No name” elektron pianolarına mürəciət edilməsinin əsas səbəbi onların yalnız qiymətinin aşağı olmasıdır. Və əgər ölkə bazarında eyni və ya yaxın qiymətə, bunu bir daha vurğulamaq istətdik, “Brand name” pianolar mövcuddursa belə halda brand pianolarının alınması hər zaman doğru seçimdir.
Unutmayaq ki, dünya bazarında mövcüd olan istənilən hətta “mass-market” (ortadan zəif) brendlər təqdimatı ən yüksək belə olan “No name” pianolardan xeyli üstündür. Bunu umid edirik ki, aləti əldə edəndən sonra yox, etməmişdən öncə aydın etmək fürsətiniz olacaq.
Və sonda: biz azad dünyada yaşayırıq, hər insan öz seçimini etməkdə tam sərbəstdir. Doğru seçimlər arzusu ilə...