Şübhəsiz ki, səyahətə çıxmazdan əvvəl hər birimiz büdcəmizi planlaşdırırıq və Bakıda avtomobil icarəyə götürmək neçəyə başa gəlir?
Bakıda avtomobil icarəsinin qiyməti aşağıdakı məqamlardan və amillərdən asılıdır:
1. Avtomobil növü
Ümid edirik başa düşürsüz ki, ekonom sinif avtomobili və yolsuzluq avtomobili eyni qiymətə başa gələ bilməz. Yolsuzluq avtomobilinin qiyməti ekonom sinif avtomobilin qiymətindən dəfələrlə yüksək olduğuna görədi. Buna görə də seçim zamanı əsas meyarlardan biri avtomobilin sinfidir.
2. Avtomobilin istehsal tarixi
Çox vaxt qonaqlar avtomobilin istehsal tarixi kimi dərinliklərə girmədən avtomobil icarəsinin qiymətlərini müqayisə edirlər. Beləliklə, Hyundai Tucson 2015, 2018 və 2023 avtomobilləri tamamilə 3 fərqli avtomobillərdir və qiymətlər bir birilərinə bənzəmir.
3. İdarə müddəti
Bütün dünyada olduğu kimi Azərbaycanda da avtomobil icarəsinin qiyməti icarə müddətindən asılıdır. Burada hər şey sadədir, günlər nə qədər çox olsa, günlük qiymət də bir o qədər aşağı olur.
4. Sığorta növləri
Sığortanı üç hissəyə bölmək olar:
a) Standart sığorta paketi – icarəyə götürülmüş avtomobilin CDW, TP, TPL kimi risklərdən sığortalanmasıdır (sığorta növləri haqqında ətraflı burada oxuyun)
b) Tam sığorta – bu, avtomobilin bütün mümkün risklərdən sığortalanmasıdır, lakin, bu sığorta növü əlavə ödənişlə təmin edilir.
c) Sığortanın tam olmaması, ancaq belə bir “ekstrim” və əlavə baş ağrısının pərəstişkarı olmasanız, mənfi nəticələrin qarşısını almaq üçün bu seçimdən dərhal imtina etməkiniz daha yaxşıdır.
5. Xidmət göstərən şirkət
Beləliklə, siyahımızın əsas maddəsinə gəlirik. Ancaq burada hər şey sadədir. Avtomobil icarəsi şirkəti nə qədər etibarlıdırsa, qiymət də bir o qədər yüksəkdir. Ancaq seçim etməzdən əvvəl şirkət haqqında rəyləri oxumağınızdan əmin olun, (qonaqlarımızın fikrincə) böyük adları olan şirkətlərin xidmət səviyyəsinin Avropada və ya digər ölkələrdə göstərilən xidmətdən çox fərqli olması qeyri-adi deyil.
Aşağıda biz Bakıda (Azərbaycanda) Karavan Rent A Car -da avtomobil icarəsinin təxmini qiymətləri ilə cədvəl təqdim edəcəyik.
Bakıda avtomobil icarəsinin qiymətləri
Avtomobil sinfi
İstehsalGünlükHəftəlikAylıq
Ekonom sinif 2018 – 2023 70 AZN-dən
Orta sinif 2018 – 2023 80 AZN-dən
Krossoverlər 2018 – 2023 100 AZN-dən
Yolsuzluq 2018 – 20231 80 AZN-dən
Minivan 2015 – 2017 150 AZN-dən
Bütün qiymətlər təxminidir və mövsümdən və qarajın doluluğundan asılı olaraq dəyişə bilər.
Əgər siz Bakıda kirayə üçün uyğun avtomobil axtarırsınızsa, o zaman Karavan Rent A Car Bakida çətinliyinnən asılı olmayaraq istənilən problemi həll etməyə hazırdır. Karavan ən yaxşı xidmətə zəmanət verir və həm qısa, həm də uzun müddətə yeni, sığortalanmış avtomobillər təklif edir.
Ətraflı məlumat və məsləhət üçün mail@karavan.az ünvanına yaza və ya +994 55 455 22 45 (WhatsApp) nömrəsinə zəng edə bilərsiniz.