Ə. Vahidin qəzəlinə tərbi.
Müəllif Elsevər Əhliqürbət.
Sanma, ey əhli-qələm, biganələrdən çıxmışıq,
Biz də, söz aşiqləri, divanələrdən, çıxmışıq
Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Biz ki, odlar yurdunun övladıyıq, bir millətik,
Gözləri qəmgin-kədərli, sözləri tər şərbətik.
Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.
Pis günə, ey əhli-hal, biz mahəzərdən düşmüşük,
Düşməziydik böylə halə sər güzərdən düşmüşük
İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrden çıxmışıq.
Seyr edincə biz nəzər sallıq üzün göz-qaşına,
Ki, görüb tərif deyək, qaşdansa çox, nəqaşına.
Gah öpüb yarın ayağın, gəh dolannıq başına,
Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.
Bir sözü təkrar görsən, bil ki, ahəng özgədir.
Söyləmə kimsə bizimdir, əsli firəng özgədir.
Bir şuanın zərrəsinnəndir fəqət rəng özgədir,
Qeyrilərtək məsçidi-viranələrdən çıxmışıq.
Elsevər zəngin fikir divanıdır, yaddaşı bol,
Nola kim, qürbətdə zindan içrə buldu safi-yol?
Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.
05.12.2022 il.